Qaynar xəbər portalı

Kitab dünyası


KaufmanABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Amerika musiqiçisi və estrada aktyoru Rene Kaufman Bakıda səfərdədir. APA-nın məlumatına görə, bu gün Bakı Caz Mərkəzində Rene Kaufmanın iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə çıxış musiqiçi Azərbaycanda olmasından məmnunluq duyduğunu və səfərinin oktyabrın 2-nə kimi davam edəcəyini bildirib: “Məni Azərbaycana dəvət edəndə internetdə axtarış verdim. Buranın tarixi, mədəniyyəti haqda bilgiləri oxudum. Muğamın Azərbaycana məxsus olduğunu bilib çox sevindim. Səfər çərçivəsində Bakı, Ağcabədi və Gəncədə konsert verəcəyəm. Səfərimin əsas məqsədi uşaq evlərində konsert proqramı ilə çıxış etməkdir”. Musiqiçinin Mərdəkan və Suraxanıda da konserti nəzərdə tutulub: “Mən əsasən italyan, fransız və ingilis mahnılarını ifa edirəm. Ümidvaram ki, yaxın vaxtlarda muğamı da öyrənəcəyəm və gələn səfərim zamanı sizlərin qarşısına muğamla çıxacağam. Fikrimcə, ölkə nefti ilə yox, mədəniyyəti ilə tanınır. Tarix və mədəniyyətini qorumaq həb bir ölkə vətəndaşının borcudur”. Azərbaycan musiqiçilərindən Vaqif və Əzizə Mustafazadələrin adını çəkən R. Kaufman səfər zamanı keçmiş “Bəri bax” (indiki “Qaya”) instrumental ansamblının üzvləri ilə görüşəcək. R. Kaufman səfər çərçivəsində sentyabrın 28-də Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Tədbirin sonunda qonaq klaviş alətində məşhur ingilis mahnılarını ifa edib. Qeyd edək ki, R. Kaufmanın Azərbaycana səfəri oktyabrın 2-nə kimi davam edəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: