Kitab Klubu oktyabrdan başlayaraq bu il ərzində iki yeni layihə həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə klubun direktoru Elxan Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Davamı…

Sen
27
Sen
27
Bu gün Muzey Mərkəzində Dünya Bankının təşəbbüsü ilə hazırlanmış İçərişəhər Tarixi Memarlıq Qoruğunun baş planının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İçərişəhərin Azərbaycanın ən qiymətli tarixi abidəsi olduğunu deyib. Davamı…
Sen
27
Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik
Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu da qanunauyğundur, çünki biz tarixdə ilk dəfə olaraq Şeksprin ritorik “olum, ya ölüm” sualının bəşəriyyət qarşısında duran problem kimi yeni səpkidə səsləndiyi və yeni məna kəsb etdiyi bir dövrə qədəm qoymuşuq. Qloballaşma prosesi yeni hadisə deyildir. Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmağa can atmışdır. Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, bəzən də üç qitəyə genişləndirmək imkanı vermişdir. Üç dünya dininin meydana gəlməsi dünya məkanının qlobal inteqrasiyasının yeni nümunəsini yaratmışdır. İudaizm, xristianlıq, sonra isə islam gerçəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək başlıca olaraq, bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar yaratdılar. Davamı…
Sen
27
Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə noyabrın 25-də azyaşlı rəssamların “İçərişəhəri necə görürəm” adlı sərgisi keçiriləcək. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev deyib ki, Tofiq İsmayılov adına Uşaq Rəsm Qalereyasında baş tutacaq sərgi xeyriyyə məqsədi daşıyır. Davamı…
Sen
27
Naxçıvanlı rəssamlar beynəlxalq festivalda “Qızıl sikkə” mükafatına layiq görülüb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində XIV Canlandırma İncəsənət Festivalı başa çatıb. Naxçıvan MR Rəssamlar Birliyindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, festivalda 10 ölkədən 145 nəfər rəssam iştirak edib. Davamı…
Sen
27
Bəstəkarlar İttifaqı təqaüdlərin siyahısını Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Azərbaycan Bəstəkarlar İttifaqı prezident sərəncamına əsasən bəstəkarlara bir illik təqaüdlərin verilməsi ilə bağlı hazırlanan siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Davamı…








