Alim Qasımov və Şahin Növrəsli birgə konsert proqramı ilə çıxış ediblər
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Eylül, 2007Sentyabrın 27-də Yaşıl Teatrı Bakı Konsert Kompleksində xalq artisti, muğam ifaçısı Alim Qasımov və caz ifaçısı Şahin Növrəslinin konserti keçirilib. APA-nın məlumatına görə, saat 21:00-a nəzərdə tutulan konsert yarım saat gec başlayıb. Buna səbəb isə qonaqların konsertə gec təşrif buyurması olub. Konserti işıqlandırmaq istəyən mətbuat nümayəndələrinin bir qismi Yaşıl Teatrı Bakı Konsert Kompleksinə buraxılmayıb. Konsert Alim Qasımov və Fərqanə Qasımovun “Bayatı şiraz” muğamını ifa etməsi ilə başlayıb. 45 dəqiqə ərzində xanəndələr bir sıra muğamlardan parçalar ifa ediblər. Alim və Fərqanə Qasımovaları konsert zamanı Rauf İslamov, Ələsgər Məmmədov və Natiq Şirinov müşayiət edib. Daha sonra isə səhnəyə cazmen, pianoçu Şahin Növrəsli çıxıb. Gənc pianoçu musiqi nömrələrinin bəzilərini tar və kamançanın müşayiəti ilə ifa edib. Onun müşayiətçiləri isə qardaşları Nurlan və Arslan Növrəslilər olub. Alim Qasımov çıxışını başa vuraraq səhnədən getdikdən sonra tamaşaçıların yarıdan çoxu konserti tərk ediblər.





Yüklənir...