Azərbaycan Bəstəkarlar İttifaqı Hökumət Evinə köçür
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Eylül, 2007Uzun müddət “Səadət” Sarayının binasında fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar İttifaqı Hökumət Evinə köçür. Bunu APA-ya açıqlamasında ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov deyib. O bildirib ki, ittifaq müvəqqəti olaraq Hökumət Evinin 10-cu mərtəbəsində fəaliyyət göstərəcək. Daha sonra ittifaqın əvvəllər fəaliyyət göstərdiyi Xaqani-27 ünvanına (əvvəllər Türkiyə səfirliyinin yerləşdiyi bina) köçmək ehtimalı var: “İki gündür ki, köçməyə başlamışıq. Gələn həftədən artıq Hökumət Evində fəaliyyət göstərəcəyik. Hökumət Evinin 10-cu mərtəbəsində bizə 8 otaq verilib”. R. Zöhrabov onu da deyib ki, bu yer onlara Nazirlər Kabineti tərəfindən verilib: “Türkiyə səfirliyinin yerləşdiyi binada əvvəllər biz fəaliyyət göstərmişik. O binanın yenidən bizə verilməsi gözlənilir, ancaq bununla bağlı sərəncam verilməyib”.





Yüklənir...