Məşhur “Xaç atası” filminin rejissoru Frensis Ford Koppolanı qarət ediblər
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Eylül, 2007Məşhur rejissor Frensis Ford Koppola soyğuna məruz qalıb. APA-nın məlumatına görə, beş silahlı şəxs rejissorun Buenos-Ayresdəki evinə basqın ediblər. Evdə pul və qiymətli əşyalar tapmayan quldurlar xidmətçilərin əl-ayağını bağlayaraq aradan çıxıblar. Frensis Ford Koppola hadisə zamanı evdə olmayıb. Quldurların evdən rejissora məxsus üç noutbuku aparması Koppolanı pis vəziyyətə qoyub. Noutbuklarda çəkilişi “Tetro” filminə dair qiymətli materiallar olub. Filmdə məşhur aktyorlar Metta Dillon və Havyer Bardemin çəkilməsi nəzərdə tutulur. Rejissorun təmsilçiləri qəzetlərdə elan verərək quldurlardan noutbukları qaytarmağı xahiş ediblər. Quldurlara noutbukları şəhər barlarından birinə qoymaq təklif olunsa da, hələlik bu təşəbbüs nəticəsiz qalıb.





Yüklənir...