Qara Qarayev adına ənənəvi beynəlxalq musiqi festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Eylül, 2007

Qara Qarayevin 90 illik yubileyi münasibəti ilə gələn ildən etibarən Qara Qarayev adına beynəlxalq festival keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov deyib. R. Zöhrabovun sözlərinə görə, festivalda Avropa və Asiya ölkələrinin bəstəkarları iştirak edəcək: “Belə bir festival 1990-cı ilə kimi keçirilib. Ancaq sonradan festivalın keçirilməsi dayandırılıb. 90 illik yubileyi münasibəti ilə bu festivalı yenidən həyata keçirəcəyik və ənənəvi davam etdiriləcək. Festivalda müasir bəstəkarların musiqiləri səslənəcək”.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın