ELNUR ASTANBƏYLİ
«Vacib deyil ki, insan öz ömrünü bütövlükdə ən böyük Şər qüvvənin məhvinə sərf etsin - onun başqa qayğılarla yaşamağa da haqqı var. Amma hər kəsin borcudur ki, Şər qüvvədən heç olmasa, uzaqlaşmağa çalışsın, ona yardım göstərməsin»
Henri Toro
Azərbaycan ziyalısının sifəti haqqında çox yazmışıq. O, xislətcə karyeristdir, qorxaqdır. Etiraz hissi ona yaddır. Azərbaycan ziyalısı o vaxt etiraz edir ki, öz adını hansısa prezident təqaüdü və ya fəxri ad siyahısında görmür. Kiçik istisnalarla (bəstəkar Cavanşir Quliyev, şair Məmməd İsmayıl) Azərbaycan ziyalılarının hamısı bir bezin qırağıdır. Onları ölkəni bürümüş rüşvətxorluq, saxtakarlıq, özbaşınalıq, səfalət və cəhalət düşündürmür. Azərbaycan ziyalısı üçün qarın qardaşdan, «Şöhrət» ordeni şərəfdən, prezident təqaüdü ləyaqətdən irəlidir. Biz bunları yüz dəfə, min dəfə yazmışıq. Bundan sonra on min dəfə, yüz min dəfə yazacağıq. Çünki yaltaqlığı, sabunlamağı, karyeristliyi özünün həyat tərzinə, yaradıcılıq məqsədinə çevirmiş Azərbaycan ziyalısı hörmət və ehtiramdan başqa hər şeyə layiqdir.
Gələk Rasim Balayevə. Mən Azərbaycan çapında çox məşhur olan bu aktyorun əsl sifətini Polad Bülbüloğlu mədəniyyət naziri vəzifəsindən uzaqlaşdırılanda gördüm. Nə qədər ki, Polad nazir idi, susurdu. Elə ki, o, vəzifədən getdi, başladı Bülbüloğlunu Azərbaycan mədəniyyətinin evini yıxmaqda ittiham etməyə. Yıxılana balta çalmaq qəhrəmanlıq deyil. Sonra Əbülfəz Qarayev nazir oldu. Rasim Balayev başladı onun nazir təyinatını alqışlamağa. Onda hələ Əöülfəz Qarayev heç bircə gün yeni işinə çıxmamışdı. Sonra Əbülfəz Qarayev rejissor Vaqif Mustafayevi müavinlikdən uzaqlaşdırdı. Bu dəfə də Rasim Balayev başladı Vaqif Mustafayevin kölgəsini qılınclamağa. Onu Azərbaycan kinosunu məhv etməkdən suçladı. Heç Kim də soruşmadı ki, hörmətli aktyor, niyə bunu Vaqif Mustafayev nazir müavini olanda demirdiniz. Hətta bir ara qəzetlər Vaqif Mustafayevin üstünə düşəndə Rasim Balayev onun müdafiəsinə də qalxmışdı. Rasim müəllim, Vaqif Mustafayev vəzifədən gedəndə onu nənəm də tənqid edərdi. Hünəriniz vardı, Mustafayevi müavin olanda tənqid edərdiniz. O boyda Beyrək, Babək, Nəsimi obrazlarını yaratmasınız. Belədə qeyri-səmimilik olar? Allaha şükür ki, siz Yalıncıq, Səhl Sumbat rollarını oynamamısınız, yoxsa indi nə işlər çevirirdiniz, kim bilir.
Oxucuya sevimli aktyorunun bu kökə düşməsinin səbəbi maraqlı görünə bilər. Səbəb çox sadədir: Rasim Balayev Polad Bülbüloğlunun, V. Mustafayevin gedişinə, Ə. Qarayevinsə gəlişinə ona görə sevinirdi ki, könlündən nazir müavinliyi keçirdi. Amma bu istəyi baş tumadı. Bir neçə gündür Rasim müəllim Əbülfəz Qarayevin qabırğasına döşəməyə başlayıb. Nazirin «Azərbaycanfilm» kinostudiyasının 4 hektar ərazisini satması həm də Kinematoqrafçılar İttifaqının katibi olan Balayevi guya əsəbləşdirib. Amma Rasim müəllimin Ə. Qarayevi tənqid etməsinin, ondan prezidentə şikayətlənməsinin alt qatında şəxsi qisasçılıq hissi dayanır. O, nazir müavini təyin olunmamasını heç cür bağışlaya bilmir.
Bir ölkənin ki, mədəniyyət naziri Əbülfəz Qarayevdir, o ölkədə hansı mədəniyyətdən danışmaq olar. Bu cavabı özündə olan sualdır. Amma orası da var ki, bizim ölkənin özünü ciddi mədəniyyət xadimi hesab edən adamları karyera xəstəliyinə düçar olubsa, şər qüvvənin yaltağına, məddahına çevrilibsə, bütün yaradıcılığını «Şöhrət» ordenininə, Fəxri Xiyabana, prezident təqaüdünə hesablayıbsa, o ölkənin mədəniyyət naziri də elə Əbülfəz Qarayev olmalıdır.
Rasim Balayev ölkədə bu qədər haqsızlıq baş verir, dözürsünüz, susursunuz. Amma elə ki, öz maraqlarınıza toxunurlar, başlayırsınız asıb-kəsməyə. Zatən Azərbaycan ziyalısının problem də budur. Bir neçə il əvvəl İtaliyada 300-ə yaxın mədəniyyət və incəsənət xadimi yaradıcılıq azadlıqlarının pozulmasına etiraz etdi. Avropanın sivil ölkələrinin birində yaradıcılıq azadlığının pozulmasından şikayətlənmək təəccüblüdür, deyilmi? Elə İtaliyadakı həmkarlarımız da həmin etiraz edən mədəniyyət xadimlərindən birindən bunu soruşub. Həmin İtaliya ziyalısı bilirsiniz, öz etirazlarını necə əsaslandırıb? Çox sadə: «İtaliyaya Berluskoni kimi mafiyaya bağlı, rüşvətə bulaşmış, zövqsüz və gerizəkalı bir adamın başçılıq etməsi elə bizim yaradıcı azadlığımızı məhdudlaşdırmaqdır».
Bax belə…
« Ssenarist və prodüsserlər üçün treyninqlər | Əsas səhifə | Son nəfəsinə qədər şəkil çəkən foto-müxbir »




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)






Seyidsasha adlı istifadəçi, Sentyabr 30, 2007 tarixində, saat 14:21 yazıb:
Rasim Balayev Azerbaycan Medeniyyetinin canli korifeyidir.. Milli kinomuzun unudulmaz simalarindandir.. Evezsiz aktyor ve ozune mexsus yaradiciligi olan bir senet adamidir..
Gelin onun adini medeniyyetimizi berbad hala salanlarla bir yerde hallandirmayaq.. Bu adamin ne vaxtsa, kiminse unvanina dediyi veya demediyi (Eslinde gec deyilmish olsada, haqli movqeden cixish etmishdir..) fikirleri bashqa menalarda yozaraq, onun yaradiciligina xelel getirmek olmaz.. Rasim Balayev kinomuza verdiyi emeyin qarshiligini zaten almamishdir..
Mence bashqa muzakireye cixarilasi 1000-lerle mesele oldugu halda, bucur, sozun esl menasinda yaradici insanlari qinaq obyektine cevirmek yolverilmezdir..
Elnur Astanbeyli qiymetli yazardir ve intellektual ictimaiyyetde maraqla qarshilanan birisidir..
Onun fikirleri cemiyyetde bucur insanlar haqda yanlish tesevvurler oyada biler..
Barmaqla gosterilen 3-5 deyerli ziyalimiz var, gelin onlari esl senetden kusdurmeyek..
Tenqid!!! adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 21:47 yazıb:
Bu meqaleni yazan hansi ku4eden ke4en seviyyesizdirse,heddini bilsin oz texeyyullerini ona buna “sirimasin”.Rasim Balayev aktyor olanda bu meqalenin muellifi Allah bilir hansi kendde qoyun otarirdi.Rasim Balayev ve bununla yanashi bir sira aktyorlarimiz var ki,onlari mehz bu tip insanlar gozden salmaga 4alishir.Polad Bulbuloglu meselesine geldikde,her kes dushunub yazsa daha yaxshi olar.Yixilana balta vurmaq deyende ki,Polad Bulbuloglu ne vaxt “yixildi” ki?Sefir vezifesine teyin edildi de.Ve muavinlik meselesine geldikde ise Rasim Balayev niye de layiq olmasin bu vezifeye?!Azerbaycan kinosuna illerini hesr etmish bir insana bu cur hormetsizliyi qebul ede bilmirem,niye de qebul etmeliyem.Bir Azerbaycan genci kimi he4 kes mene korifeylerimi bu cur tanitmamalidir.Niye Rasim Balayevin Azerbaycan kinosuna verdiyi 40 ili haqqinda he4 kes yazmir,amma kimise “biabir” elemeye 4alishir oz fikrince ve oz seviyyesinde.Seviyyeniz ve mentiqiniz olsun!He4 kes Azerbaycan kinosunun Babekine,Nesimisine bu cur tehqiramiz ifadelerle munasibet bildire bilmez!