Son nəfəsinə qədər şəkil çəkən foto-müxbir
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 28 Eylül, 2007
Ötən gün Birmada buddist rahiblərinin hökumət əleyhinə keçirdikləri etiraz nümayişində Kenji Nagai adlı yapon foto-müxbir öldürüldü. AFP agentliyinin Yaponiya üzrə müxbiri işləyən Kenji, baş verən hadisələri təqib etmək üçün 2 gün öncə bölgəyə gəlmişdir. Nümayiş zamanı 50 yaşlı foto-müxbir yaralanaraq yerə yıxılmış, daha sonra isə sinəsinə vurulan güllədən ölmüşdür. Son ana qədər öz işinə davam edən Kenji Nagai daha öncə də bu cür qaynar bolgələrdə işləmişdir.
Hadisədən dərhal sonra Yapon hökuməti bu baş verənləri qınamış, Myanmanın Tokiodakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir. “Sərhədsiz Reportyorlar” təşkilatı da həmçinin Nagai’nin öldürülərkən əlində fotoaparat olduğuna diqqət çəkərək onun öldürülməsini qınamışdır. Təşkilatın Vaşinqton üzrə direktoru Nagai’yə kömək göstərilməyərək küçədə ölümə buraxıldığını bildirib.
Onu da xatırladım ki, Myanmada (Cənub-Şərqi Asiya) kütləvi etirazlar 19 avqustda başlanmışdır. Buna səbəb yanacağın qiymətinin iki dəfə artırılması olub. Nümayişçilər həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı 11 ildir ki, ev şəraitində həbsdə tutulan, 1990-cı ildə seçkilərdə partiyası qalib gələn San Su Çinin azad olunmasını da tələb edirlər. Son bir neçə gün davam edən nümayişdə ən az 11 sivil vətəndaş yaralanıb, 9 nəfər isə öldürülüb.






Yüklənir...
Peşəkarları həmişə sevmişəm. Üstəlik bu peşəkar həm də işinin fədaisidirsə…
Allah rəhmət eləsin!
Aha, raziyam, ishini ne qeder sevdiyine butun dunya shahid oldu…