Qaynar xəbər portalı

Kitab dünyası


2008-ci ilin qış və payız aylarında İFA-SC “Cənubi Qafqaz Filmləri üçün Proyekt və Ssenarilərin işlənib hazırlanması” adlı treyninq-seminarlar keçirməyi planlaşdırıb. İFA-SC-nın Azərbaycanda rəsmi nümayəndəsi “Nərimanfilm”dən “OLAYLAR”a verilən məlumata görə, treyninq hər biri 1 həftə müddətində olan 3 seminardan ibarətdir. Seminarlar plenar mühazirə və müzakirələrdən, fərdi və qrup işindən ibarət olacaq.
Prodüsserlər qrupuna layihənin işlənib hazırlanması üzərində işləmək imkanları yaradılacaq. Ssenaristlər qrupu isə ssenarinin işlənib hazırlanması üzərində qurulacaq. Treyninqin sonunda iştirakçılar ssenari və layihənin işlənib hazırlanması və film biznesinin fəaliyyəti barəsində daha dolğun biliklərə malik olacaqlar. Onlar həmçinin ssenarini necə yazmaq, işləyib hazırlamaq biliklərinə də yiyələnəcəklər. Qeyd edək ki, prodüsserlər üçün treyninqi bir çox mükafatlara layiq görülmüş Luciano Gloor aparacaq. Ssenaristlər üçün treyninqi isə Clare Dovns aparacaq. Ərizələrin təqdim olunması üçün son müddət noyabrın 9-dur.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: