Qaynar xəbər portalı

kenan_mecidov_sergi_tokyo_1.jpg15-25 sentyabr tarixlərində Tokioda, Ropponing Hills sərgi mərkəzində Birləşmiş Millətlər təşkilatının Yaponiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirdiyi “Hər kəs üçün təhlükəsiz həyat” (“Human security for All”) sərgisində diqqətimi çəkən bir foto-şəkil oldu: üzərində “Qaçqın olmaq cəsarət istər” yazılı köynək geyinmiş, Tanzaniya və ya Kamboçyadan olduğunu təxmin etdiyim bir qaçqının şəkli. Şəklə baxdım və bir anlıq işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş bir milyona yaxın soydaşımızı düşündüm. Həqiqətən də, evindən eşiyindən, bəzən isə yaxınlarından ayrı düşüb qaçqın həyatı yaşamaq insan üçün ağır yükdür. Davamı…


Ələkbər TağızadəOktyabrın 4-dən 7-nə qədər Bakıda “Qızıl payız” musiqi festivalı keçiriləcək. Bununla da Azərbaycan paytaxtında keçən əsrin 60-cı illərinin ortalarında əsası qoyulmuş gözəl musiqi ənənəsi yenidən canlanır.
Festival haqqında onun təşkilatçılarından biri – “Procent” prodüsser mərkəzinin baş direktoru Ələkbər Tağızadə ilə söhbət edirik.

- “Qızıl payız”ın keçirilməsi ideyası necə yarandı?
- Bizim həmvətənlərimizin çoxu xatırlayır ki, 60-cı illərin ortalarında “Qızıl payız” adlı festival son dərəcə məşhur idi. Bütün İttifaqdan və sosialist düşərgəsindən musiqiçilər Davamı…


Şamil NəcəfzadəŞamil Nəcəfzadə: “Azərbaycanda kinoteatr şəbəkəsi bərpa olunmalıdır”

“Çəkilən filmlərin hamısı şedevr olub ”Oskar” ala bilməz axı…”

Müasir kinomuzun problemləri haqda dəfələrlə yazmış, kino mütəxəssislərinin problemə münasibətini də öyrənmişik. Azərbaycan kinosunun hazırkı durumu və gələcək inkişaf perspektivləri haqda tanınmış rejissor Şamil Nəcəfzadənin də fikirlərini öyrənməyi zəruri hesab etdik. Şamil Nəcəfzadənin fikrincə, araya-ərsəyə şedevr filmlər gətirmək üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur.

- Şamil müəllim, siz bir çox xarici ölkələrdə olmusunuz. Avropa ölkələrinin kino sənəti ilə Azərbaycan arasında nə kimi fərqlər görürsünüz? Məsələn, bizim gənc nəsli kinomuzdan, musiqimizdən, milli dəyərlərimizdən daha çox internetdə vaxt keçirmək maraqlandırır. Sizcə, bu nə ilə bağlıdır?

- Bilirsinizmi, indi internet əsridir. Biz internet vasitəsilə hər hansı bir məlumatı əldə edə bilərik. Amma ondan mənəvi qida ala bilmərik. Davamı…