“Qaçqın olmaq cəsarət istər”
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 29 Eylül, 2007
15-25 sentyabr tarixlərində Tokioda, Ropponing Hills sərgi mərkəzində Birləşmiş Millətlər təşkilatının Yaponiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirdiyi “Hər kəs üçün təhlükəsiz həyat” (“Human security for All”) sərgisində diqqətimi çəkən bir foto-şəkil oldu: üzərində “Qaçqın olmaq cəsarət istər” yazılı köynək geyinmiş, Tanzaniya və ya Kamboçyadan olduğunu təxmin etdiyim bir qaçqının şəkli. Şəklə baxdım və bir anlıq işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş bir milyona yaxın soydaşımızı düşündüm. Həqiqətən də, evindən eşiyindən, bəzən isə yaxınlarından ayrı düşüb qaçqın həyatı yaşamaq insan üçün ağır yükdür.
Sərginin keçirilməsində məqsəd, Yaponiya hökumətinin dəstəyi ilə Birləşmiş Millətlərin keçirdiyi fəaliyyətlər ilə vətəndaşları tanış etmək, həmçinin dünyada baş verən nümayişlərin, qarşıdurmaların, eləcə də müharibələrin insan azadlığına, insan həyatının təhlükəsizliyinə nə qədər zərbə vurduğunu göstərməkdir.





Yüklənir...
Maraqli yanashmadi…
Demek, koyneyin arxasinda yazilmish yazi beledir:
“It takes courage to be a refugee”
Bele tercume olunub muellif terefinden:
“Qachqin olmaq cesaret ister”
Mence, bu metn mubahiselidir, qachqin olmaq cesaret istemez, qachqin olmaq insanin cesaretini, urekliliyini (courage) ondan alar… Dolayisiyla, qachqin olmaq uchun Azerbaycan veya Somali kimi bir olkenin vetendashi olmaq kifayetdir, cesarete-zada ehtiyac yoxdur…
Novarg,
yazilan kelime fikrimce hem herfi menada, hem de ekvivalent olaraq bu cur tercume edilir. Yeni, qachqin olmaq, o heyati yashamaq asan deyil. Fotoqraf o shekille mence bu fikri chatdirmaq isteyib.
Kenan,
Eger bunlar hansisa siyasi rejimden, sosial iqtisadi veziyyetden ve s. qachirlarsa (Kubalilarin ABSh`a qachdigi kimi) o zaman, heqiqeten de, bu qachqin heyatini yashamaga cesaret lazimdir…
Yox, eger bu qachqinlar bizim torpaqlarindan zor gucune chixarilmish insanlarin taleyine benzer qachqinliqla uzleshiblerse, o zaman burda cesaret`den soz getmez…
Ve menim zennimce, yuxaridaki fotolar menim birinci abzasda gosterdiyim qachqin heyatini yashayanlarin fotolaridir…
Novarg,
olsun ele…:)