Sen
30
Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
Məşhur naşirin adıyla bağlı kulturoloji Qüttenberq layihəsi - Azərbaycan ədəbiyyatının - yazılı xəzinəsinin elektron daşıyıcılara köçürmək və İnternet - Ümumdünya Elektron İnformasiya Şəbəkəsində yerləşdirmək məqsədi ilə həyata keçirilən proqram yarımçıq qaldı. http://gutenberg.aznet.org saytına daxil olmaqla biz gəlişigözəl vədlərlə rastlaşsaq da, yenə pullar yeyildi, görüləsi işlər isə yarımçıq saxlanıldı… Əslində isə, pərdəarxası söhbətlərdən məlum olur ki, səbəb tamam başqaydı… Araşdırıcılar “60-cilar ədəbi nəsli”ndən sonra ədəbiyyatımıza gələnlərin yaradıcılıq nümunələrinin bu layihədə əks olunması üstündə böyük mübahisələrə girişdilər. Davamı…
Sen
30
Sentyabrın 29-da ABŞ estrada artisti Renni Kaufina Ağcabədidəki “Taxta körpü”də laçınlı məcburi köçkünlər qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Elbrus Təhməzov Renni Kaufinaya Davamı…
Sen
30
Azərbaycan Respublikasının “Kitab” Cəmiyyəti oktyabrın 9-dan 11-dək Moskvada Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə keçiriləcək “Biblioobraz-2007” Beynəlxalq kitab və qiraət festivalında nümayiş etdirilmək üçün nəzərdə tutulmuş ikinci miniatür kitabı - “Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri” kitabını da rus dilində nəşr etdirmişdir. Davamı…
Sen
30
(səma üçün bəhanə)
Aydın Talıbzadə
“Fəhm qıl, gör ki nədir çəngu dəfü bərbətü ud,
Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,
Arif ol, rəmz bil, ey mahəsəli-qeybi-şühüd,
Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,
Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar”.
Seyid Əzim Şirvani
Hər hansı bir mədəniyyətdə ki, “DİNLƏMƏK” “BAXMAQ”DAN əfzəldir, qutsaldır, mübarəkdir, orada SEYR estetikasının qapıları yavaşca qapalıdır. Sufilər bica söyləmirdilər ki, “əgər Allahı dərk etmək istəyirsənsə, gözlərini iynə ilə tik”; yəni, baxışlarını sənə mane olacaq fanidən, zahirin ötərgi gözəlliyindən ayır, batinə yönəlt və tam daxili sakitliyin, rahatlığın içində Onu dinlə, Onu eşit. Məhz bu, “ürəyi mənəvinin səltənətinə doğru” aparmağa qadir. Orta çağların islam dünyasında seyr estetikası heç vədə dəstəklənməyib. Şaşırıb da soruşacaqsınız ki, niyə? Cavablayıram. Davamı…
Sen
30
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 35-ci teatr mövsümünə Üzeyir Hacıbəyovun hekayə və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” tamaşası ilə başlamışdır. Davamı…
Sen
30
Eyvaz TAHA
1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra “postmodernizm” sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim və düşüncə sahələrinə sırımış bu terminlə maraqlanmağımız, irəliləyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Davamı…