“Biblioobraz-2007″ festivalı üçün daha bir miniatür kitab

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Eylül, 2007

Miniatür KitabAzərbaycan Respublikasının “Kitab” Cəmiyyəti oktyabrın 9-dan 11-dək Moskvada Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə keçiriləcək “Biblioobraz-2007” Beynəlxalq kitab və qiraət festivalında nümayiş etdirilmək üçün nəzərdə tutulmuş ikinci miniatür kitabı – “Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri” kitabını da rus dilində nəşr etdirmişdir. Cəmiyyətin sədri Zərifə Salahovanın bildirdiyinə görə, kitaba Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2006-cı il fevralın 21-22-də Azərbaycana işgüzar səfərindən bəhs edən materiallar daxildir. Burada oxuculara ali qonağın aeroportda ölkəmizin rəsmi şəxsləri tərəfindən təntənəli şəkildə qarşılanması, onun ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etməsi, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Rusiya milli sərgisinə baxması, Azərbaycanda Rusiya ilinin açılışı, Rusiya Prezidentinin şərəfinə “Gülüstan” sarayında qəbul, prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, Azərbaycan-Rusiya sənədlərinin imzalanması, birgə mətbuat konfransı, Rusiya liderinin Heydər Əliyev Fondunda olması barədə rəsmi materiallar təqdim edilmişdir.
Nəfis şəkildə, 38×53 millimetr ölçüdə çap edilmiş 248 səhifəlik bu miniatür kitabda 30 rəngli fotoşəkil verilmişdir. Super cildli kitabın forzasında Azərbaycan Respublikasının xəritəsi diqqəti cəlb edir.

Kultaz

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın