İlə görə arxiv: Eylül 2007


Musiqili Komediya Teatrı yeni mövsümü “Qısqanc ürəklər” tamaşası ilə açacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 98-ci teatr mövsümünə sabah “Qısqanc ürəklər” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib.



Sabah Gənclər Teatrı yeni mövsümə başlayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Dövlət Gənclər Teatrı yeni mövsümə sentyabrın 15-də “Dünyanın axırı” tamaşası ilə başlayacaq. Bu barədə APA-ya teatrın direktoru Həsən Həsənov məlumat verib. O bildirib ki, Gənclər Teatrı 19-cu teatr mövsümünün açılışını yeni binasında qeyd edəcək.



Azərbaycan səhnəsində ilk dəfə olaraq İblisi qadın oynayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Azərbaycanın teatr tarixində ilk dəfə olaraq İblis rolunu qadın aktrisa ifa edəcək. Bu barədə APA-ya Azərbaycan Dövlət Gənclər Teatrının direktoru Həsən Həsənov məlumat verib. Onun sözlərinə görə, Hüseyn Cavidin məşhur “İblis” faciəsinin qəhrəmanı olan İblisi Azərbaycanın bir neçə tanınmış aktrisası oynamağa çalışıb.



“BAKIFİLM” “QIZLAR”ı ÇƏKİR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Bir müddət əvvəl fəaliyyətə başlayan “Bakıfilm” kino şirkəti yerli serial həvəskarları üçün əsl sürpriz olacağını vəd edir. Öyrəndik ki, hazırda “Qızlar” serialının çəkilişləri gedir.



AZDRAMA ABŞ-DAN DƏVƏT ALIB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi ABŞ-a dəvət olunub. Teatrın direktoru Maqbet Bünyadovun sözlərinə görə, M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri ilk dəfə orada nümayiş etdiriləcək.



RÜSTƏM BEHRUDİ YUBİLEYİNİ QEYD EDİB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Eylül, 2007

Rüstəm Behrudinin 50 yaşı tamam olub.
Şair sənət dostları ilə birgə yubileyini təntənə ilə qeyd edib. Yubiley gecəsinə qatılanlar arasında şairin yaxın qohumları və qələm dostları olub.



Dövlət hesabına filmlər Ekspert Şurası tərəfindən seçiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Eylül, 2007

Bu ildən etibarən Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkiləcək bədii və sənədli filmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin olunmuş Ekspert Şurası tərəfindən seçiləcək. Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin istismarı və təbliği sektorunun müdiri Yusif Şeyxov deyib.



“Azərbaycan” kinoteatrında “Cavid ömrü” bədii filminə ilk baxış olub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Eylül, 2007

Bu gün “Azərbaycan” kinoteatrında “Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunan “Cavid ömrü” iki seriyalı bədii filminə ilk baxış olub. APA-nın məlumatına görə, yazıçı Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi “Cavid ömrü” filmi dövlət sifarişi ilə istehsal olunub.



Luçano Pavarottinin vəsiyyəti açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Eylül, 2007

Bu yaxınlarda vəfat etmiş məşhur tenor Luçano Pavarottinin vəsiyyəti açıqlanıb. APA-nın məlumatına görə, vəsiyyətnaməni notarius Luçano Buonanno elan edib. O bildirib ki, dünya şöhrətli sənətçinin mirasının 50 faizi onun 4 qızı arasında bölünəcək.



“İlahi heyvan” sənədli filmi Türkiyə və Gürcüstanda keçiriləcək kinofestivalda iştirak edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Eylül, 2007

Oktyabrın ortalarında Hollandiyada keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycan da təmsil olunacaq. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib.



“Yuğ” teatrı bu həftə yeni layihənin icrasına başlayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Eylül, 2007

Dövlət “Yuğ” Teatrı bu həftə “Mən Məhəmməd Füzuli…”adlı layihənin icrasına başlayacaq. Bu barədə APA-ya Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Cəfərov məlumat verib.



İçərişəhərin elektron xəritəsi hazırlanacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Eylül, 2007

İçərişəhərin elektron xəritəsi hazırlanacaq. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Kamran İmanov məlumat verib. O bildirib ki, İçərişəhərin keramika üzərində xəritəsi artıq hazırdır.



“Gözəl gözlər naminə” adlı foto-müsabiqə keçirilir

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 11 Eylül, 2007

Bəzən bir baxış insanın o ankı bütun sevincini, kədərini, xoşbəxt və ya qəmli olduğu bir anı – bir sözlə o ankı emosiyalarını ifadə edə bilir. İnsanın bütünlükdə daxili aləmini əks etdirəcək baxışı tutmaq isə heç də asan deyil. Bu cür baxışı təsadüfi çəkilmiş bir kadrda da tutmaq olar, bəzən isə illərlə bir obraz üzərində işləmək, [...]



Sevinc Çılğın, şeir

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Eylül, 2007

Hördüm saçımın ucunu
İnsanları çox uzaqda tutmalı,
təzə tanışlıqlardan uzaq durmalı
köhnə xatirələrimi uzağa tullamalıyam.
Uzaq bir məmləkətdə
xudmani bir həyətdə
bir ağac əkməli
kölgəsində uyumalı
fidanlarına baxıb sevinməliyəm.



Yazıçı Sorokini “KamAz” vurdu

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Eylül, 2007

Nərmin Kamalı “Jiquli”…
Cümə günü motosikletlə öz daçasına gedən məşhur rus yazıçısı Vladimiri Sorokini “KamAz” markalı yük maşını vurub. Qəza kifayət qədər müəmmalı təsir bağışlayıb. Belə ki, günorta saat 14:00 radələrində yazıçının hərəkət etdiyi Novo-Peredelkina şossesində heç bir avtomobil gözə dəyməyib, ona görə də yazıçı arxadan hərəkət edən “KamAz”dan hansısa sürpriz gözləməyib. Bununla belə, “KamAz” qəfildən [...]



IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Eylül, 2007

Sentyabrın 10-da “Azərbaycan” kinoteatrında IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində festivalda nümayiş etdirilən filmlər mükafatlara layiq görülüb.



“Qızıl Şir”i “Əxlaqsız əlaqə” aldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Eylül, 2007

Venesiya kinofestivalı başa çatdı
İtaliyanın Venesiya şəhərində beynəlxalq kinofestival başa çatıb. Münsiflər heyətinin sədri Çjan İmou müsabiqənin baş mükafatı olan “Qızıl Şir”i “Ən yaxşı film” nominasiyasının qalibi “Əxlaqsız əlaqə” (“Lust, Caution”) lentinin çinli rejissoru Enq Liyə təqdim edib.



Qabriel Qarsia Markes, hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Eylül, 2007

İri qanadlı çox qoca adam
Üç gün idi ki, yağış kəsmirdi və onlar evin içinə doluşan dəniz xərçənglərini çölə atmağa güclə macal tapırdılar. Əvvəl birlikdə xərçəngləri çomaqla vurub keyidir, sonra da Pelayo su basmış həyətdən sürüyüb dənizə atırdı.
Ötən gecə körpənin qızdırması da qalxmışdı. Yəqin ki, bunun səbəbi hədsiz rütubət və həyəti bürümüş üfunət idi. Çərşənbə axşamından [...]



Hamı və heç nə

Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 10 Eylül, 2007

Qan Turalı
qan_tural@yahoo.com
Havaların istiləşib soyuqladığı bu günlərdə kitab oxumaq insan yeganə xilas yolu kimi gəlir. Son vaxtlarda bir xeyli kitab oxumuşam. Əvvəlcə Orxan Pamukun “Kar” romanını Şərif Ağayarın təbiri ilə desək su kimi içdim. Daha sonra Qoqolun “Taras Bulba” povestini oxudum. Artur Heylinin “Aeroport” romanı bir il idi ki, evdə yatırdı. Seymur Verdizadəyə onu oxumaq üçün [...]



Kinematoqrafçılar İttifaqının təmiri uzanır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Eylül, 2007

Xeyli vaxtdır ki, təmir olunan Azərbaycan Kinematoqrafçılar İttifaqının təmir işi yubanır. Sentyabrın sonu üçün ittifaqın təmirdən çıxacağı deyilsə də, bu iş ləngiməkdədir.