İlə görə arxiv: Eylül 2007


Aktyor Şahin Cəbrayılov vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Eylül, 2007

Ömrünün 30 ilini səhnəyə həsr etmiş aktyor bir qədər əvvəl infarktdan keçinib
Azərbaycan teatr sənətinə ağır itki üz verib. Ömrünün 30 ilini səhnəyə həsr etmiş aktyor Şahin Cəbrayılov bu gün saat 11.00 radələrində dünyasını dəyişib. “Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”, “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”, “Özgə ömür” və bu kimi bir çox [...]



Bayram Hacızadə “Ən yaxşı karikatura”nı çəkib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

DİCACO-2007-də karikaturaçılarımız mükafatlanıb
16-cı Beynəlxalq Daejeon Karikatura Müsabiqəsi (DİCACO 2007) müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə görə, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvləri Elman Mirzəyev, Bayram Qasımxanlı və Seyran Cəfərli xüsusi mükafata layiq görülüblər.



Bakıda keçirilən kinofestivala Buldakov, Usatova, Çuxray və başqaları gələcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

Sabah «Şərq-Qərb» kinofestivalının «Yaşıl teatr»da saat 19:30-da açılışı mərasimi olacaq. Bu haqda TrendLife-a teatrın mətbuat xidmətindən xəbər verilib. Bakıya çoxlu sayda qonaqların gələcəyi gözlənilir.



Rüstəm İbrahimbəyovun kino məktəbində tələbələrin sayı azalıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

Sentyabrın sonlarında. yəni 25- dən 30-dək Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin açılışı olacaq. TrendLife-ın verdiyi məlumata görə, dünən İbrahimbəyov seçim turundan keçmiş tələbələrlə görüşüb.



Neftçalada orta əsrlərə aid məzar daşları tapılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

Neftçala rayonunun Bayat kəndi ərazisində orta əsrlərə aid məzar daşları aşkar edilib. Bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Anar Ağalarzadə məlumat verib.



Azərbaycan filmləri Avstraliyada keçiriləcək beynəlxalq film festivalına dəvət alıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

Noyabrın 22-26-da Avstraliyada “Asiya Pacifics Es-Creen Awards” adlı film festivalı keçiriləcək. Festivalda Azərbaycanı iki sənədli film – İlqar Səvatın “Qobustana qayıdış”, Şamil Nəcəfzadənin “Qısa monoloqlar” filmləri və Firəngiz Quliyevanın “Ayna” animasiya filmi təmsil edəcək.



Yaçar Nurinin 56 yaşı tamam oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Eylül, 2007

Dünən xalq artisti Yaşar Nurinin 56 yaşı tamam olub. Aktyor 1951-ci ilin bu günündə Bakıda dünyaya göz açıb. Yaşar Nuri bu günə qədər çalışdığı Akademik Milli Dram Teatrında 50-dən çox tamaşada, 20-dən çox televiziya tamaşalarında və bir çox filimlərdə iştirak edib.



Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filmi “Moskovskaya premyera” kinofestivalının mükafatına layiq görülüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Eylül, 2007

“Moskovskaya premyera” kinofestivalında həmyerlimiz Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filmi “ART-liniya” proqramının tamaşaçı rəğbətinə görə ən yaxşı film mükafatına layiq görülüb. APA-nın Rusiya bürosunun məlumatına görə, “Azərbaycanfilm” kinostidiyası və “İbrus” stidiyasının birgə istehsal etdiyi filmin ssenari müəllifi və prodüseri Rüstəm İbrahimov, rejissoru Oleq Səfərəliyevdir.



Teatrlar yeni mövsümü açmağa hazırlaşırlar

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Eylül, 2007

Sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası qarşısında – Fizuli meydanında 135-ci teatr bayramı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova APA-ya bildirib ki, həmin gün dram teatrlarının mövsümünün təntənəli açılışı keçiriləcək.



Seymurun yeni romanı: “18,6 cm”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 03 Eylül, 2007

Əsəri oxuyandan sonra biri gürcü qızıyla evlənmək eşqinə düşə bilər, biri dəlixanaya…

Bayram günlərində Azərbaycan telekanalları bir-birinə bənzəyir. Pultu hansına yönəltsən, ekranın küncündən bəlli şəkli görəcəksən. Əksər vaxtlarda hətta eyni sənədli filmlər, eyni reportajlar və s. Həmin günü bütün kanallar Az TV olur.
Yazıçılar da belədir, pultu hara yönəltsələr də, yəni kimdən, nədən və necə yazsalar da [...]



TÜRKİYƏDƏ SƏMƏD VURĞUN ADINA KÜÇƏ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Eylül, 2007

21-24 avqust tarixlərində Türkiyənin Muğla vilayətinə bağlı Datça Bələdiyyəsi tərəfindən Beynəlxalq Şeir festivalı keçirilmişdir. Bu tədbirdə ölkəmizi «Vektor» Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadə təmsil etmişdir. Türkiyə, İngiltərə, Almaniya, Yunanıstan, Suriya, Fələstin, Kosova, Bolqarıstan, Makedoniya, QKTC, İordaniya, Livan və digər ölkələrdən tanınmış şairlərin qatıldığı şeir festivalında şəhərin küçələrinə dünyanın on beş klassik şairlərinin [...]



Reket Ədəbiyyatı

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 01 Eylül, 2007

Zahir Əzəmət
Nanay şairlərin nanay kitabları
Azərbaycanda kitab yazanların sayı kitab oxuyanlardan dəfələrlə çoxdur.
Təkcə Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvü var. Bura Həkim Qəni və Şahin Fazil adına əruzxanələrin, «Şam», «Pərvanə», AYO və s. bu kimi onlarla digər ədəbi dərnək və qurumların üzvlərini, həmçinin heç bir dərnəyin, birliyin, ocağın üzvü olmayan, amma şer yazıb qafiyə güdən on minlərlə [...]



“NİZAMİ”də BAHALI FİLMLƏR NÜMAYİŞ ETDİRİLƏCƏK

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Eylül, 2007

Təmirə dayandırılacaq kinoteatrın direktoru belə bir vəd verir
“Nizami” kinoteatrında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra burada dünyanın bahalı kinofilmləri nümayiş olunacaq. Kinoteatrın direktoru İlham Babayev bildirib ki, kinoteatr Moskvanın “İSPA” şirkətinin layihəsi əsasında təmir olunacaq.



“PRODÜSERİN MARAĞI FİLMİ SATMAQ OLMALIDIR”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Eylül, 2007

“Yeni Dalğa” Prodüser Mərkəzinin səlahiyyətlisi söyləyir ki, filmlərin çəkilişlərinə dövlət vəsait ayırsa da, sponsorların köməyinə ehtiyac duyulur
Məlum olduğu kimi, Azərbaycanda prodüser mərkəzlərinin sayı olduqca azdır. Fəaliyyət göstərən mərkəzlərin əksəriyyəti də əcnəbi müğənnilərin Bakının konsert salonlarında konsertlərini təşkil etməkdən ibarətdir. Əlbəttə, bu çox gəlirli sahədir. Lakin məsələ ondadır ki, prodüser mərkəzlərinin bu istiqamətdə fəaliyyət göstərməsi [...]



LEYLA MƏTİN: “NƏDƏN YAZIM?”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Eylül, 2007

Gənc şairənin bu adda şeirlər kitabı çapdan çıxıb
Gənc şairə Leyla Mətinin “Nədən yazım?” adlı ilk şeirlər kitabı çapdan çıxıb. “Nurlan” nəşriyyatında buraxılan topluda şairənin “Bir mən bilirəm ki”, “Mən ola bilsən”, “Xəzər”, “Həyat nədir?”, “Uzaqsan” adlı şeirləri dərc olunub.
Xatırladaq ki, son illər Leyla Mətin imzası ilə yerli mətbuatda silsilə şeirlər çap olunub. Şairə eyni [...]