İlə görə arxiv: Ekim 2007


Zahir Əzəmət, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Ekim, 2007

Bu da son
bizlər ağlamaqçün doğulmamışdıq
nələr yapdılar nələr yapdılar
ağlatdılar
silah çiyinlərimiz atılmağa hazır
bizlər yıxılmaqçün doğulmamışdıq
necə yıxdılar necə yıxdılar
uçuq divarlara sıxdılar



DETEKTİV FİLMLƏR ÇƏKİLMİR

Yazar: Admin | Bölmə: Kino | Tarix: 27 Ekim, 2007

Kino adamlarının fikrincə, dövlət buna bir o qədər maraq göstərmir
Milli kino fonetekamızı bəzəyən detektiv filmlərin sayı bir o qədər az deyil. 1960-cı illərdə “İstintaq davam edir”lə başlayan ekran əsərindən sonra ekranlara “Arxadan vurulan zərbə”, “İstintaq”, “Şahid qız”, “Qara volqa” və s. filmlər çıxmağa başladı. Lakin 10 ildən artıq sürən durğunluq dövründən sonra kino inkişaf mərhələsini [...]



Erkin Qədirli, “Əxlaq haqqında”

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 26 Ekim, 2007

Azərbaycanın indiki durumunda əxlaq – pisliklərin vərdiş halını almasından başqa bir şey deyil
Əxlaq, əslində, mənəvi kateqoriya deyil. Əxlaq əksəriyyətin vərdiş etdiyi davranış modellərinin toplusudur. Nəyə vərdiş etsəniz, o da sizin əxlaqınız olacaq. Ərəblər Yunan və Roma mədəniyyətindən çox şeyi götürdükləri kimi, əxlaq və mənəviyyat fəlsəfəsinin təməlini də Yunan və Roma anlayışlarını mənimsəməklə qavrayıblar. Burada təəccüblü [...]



Məqsəd NUR, Umud (hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Ekim, 2007

(Yarımçıq əfsanələr silsiləsindən)
- … Umudun damevinin üstünə yığışırdıq, palaz salıb yun didirdik. O vaxt orda bu bayatını dedim… -…))
***
Kişi gərək musuğ olmasın:
-… döl-döşdə ağzının kəsəri olmayan, yanıbalalı arvadlara evlənən kişilər var…
-…((



Kamal Abdulla, “Parisin seçimi”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Ekim, 2007

Yazıçı Kamal Abdullanın yeni “Unutmağa kimsə yox…” romanından parça

Zevsin şıltaqlığı. Peley ilə Fetidanın toy mərasiminə dəvət. Heranın təkidi və Poseydonun onun tərəfini tutması. O zaman ki, küt bir külüng kimi torpaqdan dikəlib ətrafdan fərqlənmək istəyən bu dağdan üzü aşağı uzandıqca dənizdən dənizə qədər uzanan düzənliyə baxırdın, hər şey, hər bir hərəkət adi sürətini artırmış kimi [...]



Qəşəm Nəcəfzadə: “Döyüşmədim, ölmədim deyə şeir yazdım”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Ekim, 2007

Nənəsinin söz boğçasından və yovşan ətrindən poeziyaya gələn fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri haqqında
Yaradıcılığa nənəsindən eşitdiyi folklor nümunələrinin, tərəkəmə qadınların dup-duru dilinin, intəhasız türk bozqırını andıran Muğan çöllərindəki köç sədalarının təsirilə gəlib. Amma tələbə olanda yeniyetməykən yazdıqlarını bəyənməyib, müəllim olanda tələbəykən yazdıqlarını, jurnalist olanda müəllimkən yazdıqlarını. Beləcə özünü inkar edə-edə “ Pərvanə” [...]



Habil Əliyev “İstiqlal” ordeni ilə təltif olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ekim, 2007

Azərbaycan prezidenti İlham Əliyev Habil Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, H. Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə təltif olunub.



Ədəbiyyatımız xəstədir, yoxsa oxucular can üstə?!

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 19 Ekim, 2007

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Bəli, boynuma alıram: məni – dilimə gətirdiyim sözlərdən yapışaraq – qeyri-operativlikdə günahlandıran e-dostum Rəbiqənin (yazılarımda adını, sadəcə, Rə çağırıram) şərhi-basqısı olmasaydı, bu qeydlərin İnternetə gəlişi, kim bilir, haçana qalardı…
Şair dostum (deyəsən, bu ifadəm artıq sizlərin qulağınızı döyənək eləyib!), “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı [...]



AZƏRBAYCAN TELEVİZİYASININ “AFTOQRAF”ı

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 19 Ekim, 2007

Siyavuş Aslanı faciəvi rakursda təqdim edəcək
Azərbaycan televiziyasında gedən dəyişikliklər nəinki tamaşaçıların, heç mütəxəssislərin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, televiziya sahəsi üzrə ən tanınmış şərhçilər “Az.TV adı altında yeni televiziya yaradılır” ifadəsini işlətməkdən çəkinmirlər. Azərbaycan televiziyasına yeni nəfəs gəlir, efir gəncləşir, maraqlı televerilişlər, layihələr televiziyanın auditoriyasını böyüdür. Belə verilişlərdən birinin – “Avtoqraf”ın müəllifi Vidadi Hüseynov [...]



«Yuğ» teatrı: «Toxumu səpmişik, necə cücərəcəyini zaman göstərər»

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ekim, 2007

«Yuğ» teatrının kollektivi Qafqazın Mədəniyyət Yarmarkasında iştirak edəcək. TrendLife-ın verdiyi məlumata görə, Yarmarka hazırda Tbilisidə keçirilir. «Yuğ» yeganə teatrdır ki, orada öz tamaşasını təqdim etmişdir. Bu,onların Yarmarkada ikinci iştirakıdır.



İki azərbaycanlı “Oskar”a iddialıdır

Yazar: Admin | Bölmə: Kino | Tarix: 19 Ekim, 2007

ABŞ Kino Akademiyasının təsisi etdiyi və dünya kinosunda ən nüfuzlu mükafat sayılan “Oskar”ın builki sahibləri arasında azərbaycanlı kinorejissor Fərid Hümbətov da ola bilər. Onun çəkdiyi “Qafqaz” filmi “Oskar” mükafatının “Xarici dildə ən yaxşı film” (The Best Foreign Language Film) nominasiyasındakı siyahıda yer almış 63 lent arasındadır.
Ekspertlərin fikrincə, postsovet məkanı dövlətlərindən təqdim olunmuş əsərlərin arasında “Qafqaz”ın [...]



İlk dəfə Azərbaycan filmi “Oskar” müsabiqəsində

Yazar: Admin | Bölmə: Kino | Tarix: 18 Ekim, 2007

2007-ci il üçün “Oskar” mükafatına 63 ölkədə istehsal olunmuş film təqdim edilib. APA-nın məlumatına görə, bu nüfuzlu mükafatı almaq üçün müsabiqədə ilk dəfə olaraq Azərbaycanda istehsal edilmiş film də iştirak edəcək.
“Metropol” Kino Şirkətinin prezidenti, kinorejissor Fərid Hümbətovun “Qafqaz” filmi “Oskar” mükafatını almaq üçün müsabiqəyə təqdim olunub. “Qafqaz” tammetrajlı bədii filmi Fərid Hümbətovun ikinci ekran əsəridir. [...]



“Analar və uşaqlar” adlı foto-sərgi keçirildi

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 17 Ekim, 2007

“Azərfoto” agentliyi və Böyük Britaniyanın Oxfam təşkilatının “Analar və uşaqlar – problemlər və sağlam gələcək” mövzusunda birgə keçirdikləri foto-müsabiqə ötən günlərdə başa çatdı. İyun – sentyabr aylarında keçirilən və 15-ə yaxın peşəkar və həvəskar fotoqrafın iştirak etdiyi müsabiqədə münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı fotomateriallar bu gün boyunca Tofiq İsmayılov adına “Uşaq dünyası” sərgi [...]



İstanbul Bələdiyyə Teatrı Azərbaycana qastrol səfəri edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ekim, 2007

İstanbul Bələdiyyə Teatrı Elçinin “Qatil” pyesi əsasında səhnələşdirilmiş “Ulduzlar altında cinayət” tamaşası ilə Azərbaycana qastrol səfəri edəcək. Tamaşa noyabrın 2-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında göstəriləcək.



Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ekim, 2007

Böyük Britaniya Kino Muzeyinin təşəbbüsü ilə Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, tədbir noyabrın ilk ongünlüyündə Muzey Mərkəzində keçiriləcək.



XARİCİ ÖLKƏLƏRİN KİTABLARI TƏQDİM OLUNUR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ekim, 2007

Məqsəd xarici ölkələrin nəşriyyat yeniliklərindən vaxtında xəbər tutmaqdır
Kitab Klubu Bakıda “Xarici ölkələrin kitabları” adlı layihəyə başlayır. Məqsəd Azərbaycan oxucularını xarici ölkələrdə nəşr edilmiş kitablarla tanış etmək, xarici ölkələrin kitab yeniliklərindən vaxtında xəbər tutmaqdır.



Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı kitabın təqdimat mərasimi keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007

Bu gün Muğam Teatrında yazıçı-tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı “Yüz ilin sirləri” kitabının təqdimat mərasimi keçirilib.



Muğam Teatrında fonoqram oxumağa qadağa qoyulub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007

Muğam Teatrında fonoqram ifaya qadağa qoyulub. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Arif Qazıyev bildirib ki, teatrda bu fərmana qədər də müğənnilərin canlı oxumasına xüsusi diqqət yetirilib.



Azərbaycanlı rəssam İstanbulda emalatxana açıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007

Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu İstanbulun Yeşilyurt qəsəbəsində yeni incəsənət emalatxanası açıb. Əbülfəz Fərəcoğlu APA-nın Türkiyə bürosuna açıqlamasında sevincinin həddi-hüdudu olmadığını bildirib: “Həyatım boyu xəyalını qurduğum incəsənət emalatxanasını, nəhayət, yarada bilmişik.



“Uşaq böyüyüb mənim kimi bir gənc qız olmayacaq? Elə hazır mən varam da…”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Ekim, 2007

Nərmin Kamal: “Mən özümü feminist saymıram, amma ətrafda aşırı dərəcədə maskulinizm var ki, onunla savaşmaq üçün heç də feminist olmaq lazım deyil”
- Nərmin xanım, bugünkü gənc yazarların fərqli cəhətlərindən biri odur ki, uşaqlığı imperiya dövrünə, gəncliyi milli müstəqillik dövrünə düşüb və allah bilir qocalığı hansı dövrə düşəcək. Səncə, taleyin bu həftəbecərliyi onların yaradıcılıqlarında da özünü [...]