“Cavad xan” filminin yaradıcı heyəti filmin çəkilişlərinin başa çatmasına həsr olunmuş tədbir keçirib. Filmin çəkilişləri ilə bağlı yaradılan mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə “Cavad xan”ın ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı, quruluşçu rejissor Rövşən Almuradlı, quruluşçu operator Məhəmməd Məcidi, baş rolun ifaçısı, xalq artisti Nurəddin Mehdixanlı (Cavad xan), xalq artisti Ramiz Novruz (Sisianov), “Bizim kino” prodüser mərkəzinin baş prodüseri Heydər Dadaşov və başqaları çıxış ediblər. Azərbaycanın tarixi filmləri içərisində “Cavad xan”ın xüsusilə seçiləcəyinə inandığını bildirən S. Rüstəmxanlı xalqımızın mübarizə və qürur simvollarından sayılan şəxsiyyətə həsr olunan bu sənət əsərini müstəqilliyimizin mədəniyyətimizə bəxş etdiyi ən dəyərli hadisə adlandırıb. Cavad xan – Nurəddin Mehdixanlı isə filmin çəkilişlərindəki uğuru bütün kollektivin Cavad xana sevgisi, vətənə məhəbbəti ilə əlaqələndirib.
Xatırladaq ki, Azərbaycan kinosu tarixində ilk dəfə olaraq kompüter qrafikasından istifadə edilməklə çəkilən “Cavad xan” filminin 2008-ci il yanvarın sonunda təhvil verilməsi nəzərdə tutulur. Hazırda filmin istehsalında yekun mərhələyə - montaj və səsləndirilmə mərhələsinə hazırlıq görülür.
« “Yeni Dalğa” Prodüser Mərkəzi gələn il 4 bədii, 1 sənədli film istehsal edəcək | Əsas səhifə | Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin açılışı olacaq »




Bölmə: 









aishen aliyeva adlı istifadəçi, Oktyabr 2, 2007 tarixində, saat 23:23 yazıb:
sesin gelsin cavad xan.bunun ucun yanvari gozlemek lazimdirsa gozleyerik teki layiqli ve seviyyeli bir ish ortaya cixsin.