Oktyabrın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqında Qurban Səidin “Əli və Nino” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Bu barədə APA-ya ittifaqın yaradıcılıq şöbəsinin məsləhətçisi Elmira Kərimova məlumat verib. Onun sözlərinə görə, tamaşa ittifaqın nəzdində yaradılan “Gənclər birliyi”nin aktyorları tərəfindən hazırlanıb. Elvin Mirzəyevin və İmaməddin Həsənovun quruluşunda hazırlanan tamaşada baş rolları Elvin Mirzəyev, Əlixan Şirvanşir, Nigar Həsənzadə və əməkdar artist Ayşad Məmmədov ifa edəcək.
« Azərbaycanda Beynəlxalq Audio-Vizual Festival keçiriləcək | Əsas səhifə | Horadiz qəsəbəsində Azərbaycan musiqi festivalı keçiriləcək »




Bölmə: 








