Türkün çağdaş ədəbi tarixini yaradan Orxan Pamuk: sənə daş atan çox olacaq…

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2007

OrHan Pamuk - Aydın XanAydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,
yazıçı-kulturoloq

2006-cü ilin ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatı laureatının adı açıqlanandan sonra bütün Türk dünyası bu əlamətdar kulturoloji faktı, ədəbi-mədəni hadisəni böyük razılıqla qarşıladı. Türkiyə, Azərbaycan və bir sıra başqa ölkələr ədəbi-mədəni ictimaiyyət fəallarının saysız-hesabsız İnternet forumlarında yerləşdirilən fikirlərində Orxan Pamukun layiq görüldüyü Nobel ödülü ilə bağlı mövqeləri haçalandı. Düşüncə tolerantlığına böyük əhəmiyyət verən bir yaradıcı şəxs kimi, təəssüflər olsun ki, mən o fərqli, ziddiyətli mövqe sahiblərinin böyük əksəriyyətinin fikirləri ilə heç cür razılaşa bilmərəm.
Türk dünyasının fəxri və nəhəng söz-düşüncə sahibi olan Orxan Pamuka Nobel mükafatının verilməsini, əslində, qədim Şərq mədəniyyətinin – İslam sivilizasiyasının etirafı kimi də qəbul etmək mümkündür. Nyu-York şəhərində baş vermiş faciə – 11 sentyabr beynəlxalq terror hadisəsi nəticəsində ABŞ və Avropadakı müsəlmanfobiya basqılarından, Əfqanıstan, İraq, Livan, İran ətrafında qlobal geosiyasi oyunlardan, qalmaqallı karikatura biabırçılığından sonra Qərb – xaçpərəst aləmi kulturoloji “tövbə”sini Şərqə məhz bu jestiylə göstərmək istədi.
Orxan Pamuk son bir neçə ildə Beynəlxalq Nobel Mükafatı Komitəsi nümayəndələrinin – İsveç Ədəbiyyat Akamediyasının üzvlərinin bəlkə də seçimində yanılmadıqları tək-tük intellektual-estetik düşüncə sahiblərindəndir. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Yeni həyat”, “Bəyaz qala”, “Qara kitab”, “Qar”, “Mənim adım Qırmızı”, “İstanbul: həyatım, xatirələrim” kimi əsərlərin müəllifi nəinki Türkiyə və Azərbaycan milli ədəbi-bədii söz sənətinin yönünü, həm də çağdaş dünya ədəbiyyatının istiqamətlərini müəyyənləşdirən intellektual yazarlardandır…
Bu sənətkarın günümüzün ədəbi prosesinə təsirini yalnız bir faktla göstərmək olar: Onun şah əsəri sayılan “Mənim adım Qırmızı” romanının Azərbaycan türkcəsində üç bədii tərcüməsi mövcüddür. Şərq və Qərb təmasının sərhədlərini dürüst müəyyənləşdirən, multimədəniyyət çağında Türk Dünyasının yerini və rolunu göstərən bu romanın ən son uğuru barədə hər zaman Türklə rəqabətə girən Çindən məlumat aldıq: “Mənim adım Qırmızı” kitabı ilin dəyərli əsəri elan edildi.
Orxan bəyin Nobel mükafatı alması həm də o deməkdir ki, planetimizin elitar və qlobal beynəlxalq tribunalara – YUNESKO, Roma klubu kimi dünya proseslərini istiqamətləndirən beyin mərkəzlərinə çıxış əldə etmişik – buralarda türkün səsi eşidiləcək.
Mən hələ onu demirəm ki, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı kimi Orxan Pamuk hər il türkdilli yazarların əsərlərini İsveç Ədəbiyyat Akademiyasına – Beynəlxalq Nobel Mükafatı Komitəsinə təqdim etmək səlahiyyətini əldə edib.
Artıq bir aydan çoxdur ki, Orxan Pamuku bütün dünya ictimaiyyəti – müxtəlif ölkələrin dövlət və hökumət başçıları təbrik edir, hətta bir çoxları sənətkarı ölkələrinə qonaq çağıraraq, onları qarşıda gözləyən seçkilərdə siyasi-mədəni dvidentlər qazanmaq istəyirlər. Axı dünyada müxtəlif peşə sahibləri, tanınmış insanlar çoxdur, amma planet miqyaslı yaradıcı şəxslər – xüsusən də böyük yazıçıların sayı azdır.
Çox təəssüflər olsun ki, bu əlamətdar hadisəyə baxmayaraq, Türkiyə və Azərbaycanda Orxan Pamuka Nazim Hikmət qismətini arzulayanlar da tapılır. Maraqlıdır, Orxan Pamukun sevə-sevə vəsf etdiyi və dünyaya tanıtdırdığı İstanbulu qarış-qarış əcnəbilərə-yadlara satanlar, şəhəri dağıdanlar indi türk millətinin vəkili kimi – guya olmayan “erməni soyqrımı”nı tanıdığını dilə gətirdiyi üçün – bu dünyaşöhrətli məşhur yazarı müxtəlif basqılara məruz qoyurlar. Halbuki Orxan Pamukun kitablarını, xüsusən də sonuncunu köhnə İstanbulun ədəbi saxlanıcı da saymaq mümkündür.
…Artıq bir aydan çoxdur ki, Orxan Pamuku bütün dünya ictimaiyyəti – müxtəlif ölkələrin dövlət və hökumət başçıları təbrik edir, hətta bir çoxları sənətkarı ölkələrinə qonaq çağıraraq, onları qarşıda gözləyən seçkilərdə siyasi-mədəni dvidentlər qazanmaq istəyirlər. Axı dünyada müxtəlif peşə sahibləri, tanınmış insanlar çoxdur, amma planet miqyaslı yaradıcı şəxslər – xüsusən də böyük yazıçıların sayı azdır.
Çox təəssüflər olsun ki, bu əlamətdar hadisəyə baxmayaraq, Türkiyə və Azərbaycanda Orxan Pamuka Nazim Hikmət qismətini arzulayanlar da tapılır. Maraqlıdır, Orxan Pamukun sevə-sevə vəsf etdiyi və dünyaya tanıtdırdığı İstanbulu qarış-qarış əcnəbilərə-yadlara satanlar, şəhəri dağıdanlar indi türk millətinin vəkili kimi – guya olmayan “erməni soyqrımı”nı tanıdığını dilə gətirdiyi üçün – bu dünyaşöhrətli məşhur yazarı müxtəlif basqılara məruz qoyurlar. Halbuki Orxan Pamukun kitablarını, xüsusən də sonuncunu köhnə İstanbulun ədəbi saxlanıcı da saymaq mümkündür.
Qardaş Türkiyə Respublikasının bir çox mətbuat orqanları yazdı ki, Orxan Pamuk məhz Avropanın eşitmək istədiyi fikirləri dilinə gətirdiyinə və qlobalist movqeyinə görə Nobel mükafatı ilə şərəfləndirilib. Yanlış fikirdir, artıq altı ildir ki, yazıçının adı Nobel ödülünün iddiaçıları sırasında hallanırdı. O zamanlar Orxan Pamuk bir sıra məsələlərlə bağlı özünün fərdi mövqeyini ictimailəşdirmirdi. Nobel mükafatına qədər isə çoxsaylı milli və beynəlxalq sənət mükafatlarına layiq görülmüş bu böyük sənətkarı, əslində, biz Türk Dünyasının başı üzərinə qaldırmalı, beynəlxalq aləmdə haqq səsimizə çevirməliyik.
“Dəyərli yazarlar, Bakıda ilmaq mənim üçün çox böyük bir şərəfdir.
Mənim bir çox kitablarım dünyada işıq üzü görüb. Son 6-7 ildə əksər dillərə çevrilən kitablarıma görə mən çox səyahət edirəm. Səyahət etdiyim yerlərdə, qonaq olduğum ölkələrdə özümü doğma sayıram. Lakin burada, bu şəhərdə — Türkiyə ilə bağlı olan məkanda özümü evdəki kimi hiss edirəm. Musafir olduğum yerlərdə hər tərəfə qıraqdan baxır, oraları hiss etməyə çalışıram. Özümü evdə hiss etdiyim yerlər var.
İki milyon türk yaşayan Almaniya, ümumiyyətlə isə Türkiyənin izi olan ölkələr — Ukrayna və İrandakı kimi Azərbaycanda — Bakıda da özümü çox rahat hiss edirəm. Bu hisslər məni elə hava limanındaca bürüdü. Toplantınıza qoşularaq buranın yazarlarının ədəbi-mədəni fikirlərini dinləmək istərdim. Hamımızı birləşdirən şey Türk dünyasıdır. Anadoluda eşitmişəm: millət Türkiyədən və ya Azərbaycandan bəhs etməyə başladığı andan etibarən ədəbiyyatı sevir. Yazmaq istəyən əgər yazar, şair olacaqsa, belə bir şeyi hiss edirsə, həmən deyər ki, türk dilim var. Türk dilinin qədim keçmişinə, dünyada yayılmasına rəğmən, indi durum başqadır. Bütün zamanlarda özünü qəbul etdirən, keçmişi zəngin olan, sevilən bu dil indi seçim qarşısındadır. Türk dünyasının hər yerində, — istər İstanbul, istər Bakı, istərsə də Orta Asiya cümhuriyyətlərində yaşayan yazar bu dildə — türkcədə yazarkən, öncə bunu düşünür: məni kim oxuyacaq, işim çətinliyə düşməyəcək…
Çünki Türkiyə tarixinə varanlar bu gün bir qədər kənara çəkilmişdir. Özümdən götürürəm: əsərlərim 30 dilə çevrilsə də, çox zaman eşidirəm ki, yaxşı türk yazarı yoxdur. Türkiyədə minlərlə yazar var, amma onların səsi kənara çıxmır. Türk səsi vaxtilə dünyada çox duyulsa da, indi eşidilmir. Yazmağa təzə başlayan da, peşəkar yazar da ölkəsindən kənarda oxunmasını, duyulmasını istəyir. Yazarın bütün dünyada səslənmək, bütün insanlıq adından danışmaq keçər könlündən.
Çağdaş Türkiyə yazarlarının çoxlu çətinlikləri var. Bu, həm yaradıcılıqla bağlı məsələlərə, həm də ictimai-mədəni düşüncəyə aid problemlərdi. Türk cəmiyyətinin bir qism insanları belə düşünür ki, içimizə qapılaq, dünyaya qarışmayaq — başqa mədəniyyətlərdən bəhrələnən, lakin yabançılığa çox da meyl etməyək.
Əksinə, başqa cür, fərqli düşünənlərə də rast gəlmək mümkündür. Amma türk yazarı Türkiyəni, türk insanını, onun yaşam tərzini, düşüncələrini dünyaya çıxartmalı, xaricilərə tanıtmalıdır. Bu mənada dünya ilə təmasdan, başqa mədəniyyətlərlə ünsiyyətdən qorxmaq, çəkinmək lazım deyil. Türk yazarının bütün dünya üçün açıq olması vacibdir. Dövlət və siyasi maraqlar bir yana, xalqın və insanların maraqlarını qorumaq lazımdır.
Mən ötən əsrin 70-ci illərinin ortalarında roman yazmağa başladığım vaxt i zamankı türk uəmiyyətinin müxtəlif təbəqələrə parçalandığının şahidi oldum. Atatürkçülər, sosialistlər, millətçilər, kommunistlər, dinçilər, Avropalaşma tərəfdarları və b.
Bütün bu düşüncə sahibləri mənim əsərlərimin surətlərinə çevrildi. Onlara uyğun olaraq, yazarlar arasında da bir bölünmə vardı. Əlbəttə, bunun mənfi və müsbət tərəfləri çoxdur…
Ədəbiyyat cəmiyyətdə baş verən bütün bu olaylara reaksiya verməlidir. Bəzən yazarlar şikayətlənirlər:
“Əfəndim, bizləri kim oxuyur, kim bizi tanıyar, kim dinlər…”
Yazmağa başladığım zaman məndən də eynilə soruşardılar: səni kim oxuyar, necə dolanarsan, dünyada kim səni tanıyar. Amma son iyirmi ildə Türkiyə ədəbiyyatında, ədəbi-mədəni həyatında çox şeylər dəyişdi. Düşünürəm ki, bu dəyişikləri gerçəkləşdirənlər sırasında təkbaşına, şəxsi olaraq yazıb-yaradanlar da çoxluq təşkil edir. Lakin, bayaq da qeyd etdiyim kimi, müəyyən problemlər var. Dövlət yazarlarla bağlı xüsusi layihələrini gerçəkləşdirməlidir ki, yazarlar da ondan faydalana bilsinlər. Biz çox maraqlı bir zamanda yaşayırıq. Bu durum isə Türkiyədə yazan hər kəsə təsir edir.
Türkcə yazanlar, öncə, çox zəngin olan öz mədəniyyətlərinə güvənməlidirlər. Bütün dünyaya öz varlığını, mədəniyyətini sübut etmək lazımdır. Dünyadakıları öyrənməklə, öz mədəniyyətimizi zənginləşdirmək aə modern vasitələrlə onu tanıtmaq, yaymaq gərəkdir. “Dünyanın hansı problemləri millətimiz üçün daha aktualdır”, sualını da unutmamalıyıq ki, türk yazarının da deməyə sözü olsun.
Evimizdən, məhləmizdən, anamızdan, cocuqlarımızdan yazdıqlarımız bütün dünyanı maraqlandmalıdır. Modern ədəbiyyatı insanlara çağdaş dildə çatdırmaq lazımdır. Böyük əsərlərin dili bütün insanlıq tərəfindən asan anlaşılır. Kulturoloji bir aləm var ki, sənin yazdığını dəyərincə yaxşı anlayar. Mənim dediklərim bütün Türk Dünyasında yaşayıb-yaradanlara da aiddir.
Burada, Bakıda olduğuma görə çox şadam”.
Türk dünyasının öndər yazarı Orxan Pamukun 2004-cü ildə Azərbaycan Yazıçılarının XI Qurultayındakı bu çıxışını yada salanda, nədənsə, böyük türk şair Nazim Hikmət yada düşdü.
Hər iki nəhəng sənətkar dünyada tanındı, oxundu, sevildi, dəyərləndirildi, fəqət, məmləkətində söyüldü, basqıya məruz qaldı, incidildi. Bu qüdrətli qələm sahibləri həbsxana qorxusu, öldürülmək təzyiqi ilə üzləşdi qardaş Türkiyədə. Əgər sabah xəbər yayılsa ki, Orxan Pamuk Türkiyədən inciyərək Avropaya üz tub, şəxsən mən buna təəccüblənmərəm, əksinə, sevinərəm: çünki türklərin arasında “peyğəmbər olmaq mümkün deyil” .
2004-cü il mayın 17-də Azərbaycan Yazıçılarının XI Qurultayına dəvətli olan qonaqların arasında xarici yazarlar — Türkiyə, Rusiya, Finlandiya, İran, Gürcüstan və s. dövlətlərdən gəlmiş şəxslər vardı.
Dünya şöhrətli nasir, qardaş Türkiyə Cümhuriyyətinin çağdaş ədəbiyyatında adlı-sanlı imza sahibi kimi tanınan Orxan Pamukun da qurultayın qonaqları sırasına qoşulması bir daha onu sübut edir ki, milli söz sənətimiz artıq özünün yeni — daha keyfiyyətli kulturoloji mərhələsinə qədəm qoymalı aə yaxın gələcəkdə Şərq ilə Qərb dünyasının qovuşduğu Avrasiya məkanında güclü bir ədəbi-mədəni məkana çevrilməlidir. Amma arzu-istəklə reallıq arasında yerlə göy qədər fərq varmış, demə…
O zaman, yəni iki il bundan əvvəl Eazıçılar Birliyinin rəhbərliyi və qurultayın təşkilat komitəsi tərəfindən tanınmış yazıçıni — dünyanın 30 dilinə çevrilmiş romanların müəllifini qarşılamaq və müşayiət etmək kimi maraqlı tapşırığı alanda, düzü, çox sevindim. Oxuduğum kitablarından ruhən dostluq etdiyim bu böyük nənətkarın Azərbaycana gəlişi, doğrudan da çox əlamətdar, ədəbi-mədəni həyatımızda mühüm hadisə idi.
Rəsmi vəzifəm hörmətli qonağı qurultaya gətirmək və şəhəri gəzdirmək idi: qeyri-rəsmi işim isə bambaşqaydı. Məndə olan məlumata görə, Orxan Pamuk Azərbaycan səfərindən sonra Böyük Britaniyaya — İngilis Yazarlar Birliyinin toplantısına dəvət almışdı. Ölkəmizə iki günlüyə gəlmiş sənətkara bu qısa səfəri ərzində, heç olmasa, köhnə, indi isə gün-gündən yeniləşən – bir qədər dəyişdirilən, bir qədər dağıdılan, bir qədər gözəlləşən, bir o qədər də eybəcərləşdirilən Aakımızı sevdirməliydim.
Düzü, Orxan bəyi təkrarən Azərbaycana qaytarmaq estəyirdim və boynuma alım ki, “öhdəliyimi” uğurla yerinə yetirdim.
“Aydınciyim, ben Bakunu sevdim, bir daha buraya qayıdasıyam,” — sonda Orxan bəy mənə dedi: “bircə şərtlə…”
Bu yazımda Orxan Pamukla görüşümün bəzi məqamlarına toxunacağam. Yazarların oədbirində iştirakını və onun şərəfinə verilən ziyafətlərdən sonra ədəbi-mədəni mühitimizin bir çox maraqlı tərəflərini bəyəndiyini söyləyərək Orxan Pamuk o vaxt Aakı ilə ətraflı tanış ola bilmədiyinə görə təəssüfləndiyini dilinə gətirdi.
İçərişəhəri, Qız qalasını, Şirvanşahlar sarayını, dənizkənarı Milli Parkı, XIX əsrə aid binaları, italyan və Avropasayağı qədim tikililəri, bənzərsiz miniatür kitab muzeyini, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyini, S.Vurğunun ev muzeyini, Yazıçılar Birliyinin binasını, Fəvvarələr meydanını, qədim karvansaraları, Muğam Teatrını, paytaxt metrosunu, dolanbac küçələrimizi, şəhərkənarı gecəqondularını neft buruqlarını, modern restoranları, daha nələri, nələri görüb Bakımızı sevdi Orxan bəy.
İnsanlarımızın, xüsusən də yazarlarımızın, ədəbiyyatsevərlərimizin ahtiram və hörmətini duyandan sonra Azəri türklərinə qəlbdən vurulduğunu söyləməyi də unutmadı…
Hər bir daşında tarixin zərrəsi görünən şəhərimizdə çoxlu şəkillər çəkdi, öz gəlişi ilə isə çağdaş zamanımızı zənginləşdirərək sivil tarixə çevirdi.
“Bakı müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır”, — heyrətini gizlətmədi.
Mən isə elə ilk andaca onun gözünün odunu aldım:
- Əfəndim, Orxan bəy, bu gün sizi hamı tərifləyəcək, çünki bizlərdə qonağı heç vaxt tənqid etməzlər. Fəqət, mən, bir kulturoloq-oənqidçi olaraq, missiyamı yerinə yetirməyə çalışacağam: bütün günü tərif enerjisini toplayın, gecə isə sizi tənqid atəşinə tutacağam. “Mənim adım Qırmızı” romanında.
Tez sözümü kəsib:
- Aydın bəy, izn ver, Bakı ilə baş-başa durum…
Sözün düzü, gecənin bir yarısı mehmanxanaya qayıdanda söhbət əvəzinə ilk əvvəl “Qar” romanını, sonrakı gün isə “İstanbul: həyatım, xatirələrim ” eitabını mənə ərmağan edən yazıçıya sataşmaq məqsədilə ailimi yenə ainc qoymadıi: “Orxan bəy, siz tənqidçiyə rüşvətmi təklif edirsiz?..”
- Bakıda – nizlərin aranızda sanki ketablardan gerçək dünyaya qayıtdım, — növbəti nöhbətində boynuna aldı görkəmli sənətkar.
İki unudulmaz gün: bu zaman kəsiyində Orxan Pamuk dünyanı təkrarən mənə sevdirdi. Hələ onu demirəm ki, sənətkar sanki zəmanəmizi, şəhərimizi, həyatı mənə yenidən qaytardı. Orxan Pamukun magik oəsirindən ölkəmizə, Bakımıza, ədəbiyyatımıza, başda Anar, Elçin, Muğanna, Hidayət, Çingiz Abdullayev, Çingiz Əlioğlu, Rüstəm Behrudi kimi dəyərli ziyalılara – yazarlarımıza olan sevgim birə-yüz artdı…
Qurultaydan bir gün sonra, yəni mayın 19-da Yazıçılar Birliyinin Natəvan klubunda Orxan Pamuk ilə ölkəmizdə fəaliyyət göstərən çoxsaylı elektron və yazılı KİV nümayəndələrinin görüşü — jurnalistlərin təbirincə desək, mətbuat konfransı keçirildi. Tədbiri Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açdı. Orxan Pamuk kimi dəyərli türk yazarını Bakıda gördüyündən məmnun qaldığını söyləyən Anar bildirdi ki, AYB İdarə Heyətinin yekdil qərarı ilə tanınmış türk romançısı Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. Bu münasibətlə qonağı təbrik edən AYB sədri sözü jurnalistlərə verdi.
Media nümayəndəliklərinin suallarına cavab verən Orxan bəyə daha sonra Yazıçılar Birliyi katibliyinin hədiyyələri təqdim olundu…
Tanınmış nasir-publisist, Azərbaycanın böyük dostu, Yazıçılar Birliyinin Türkiyə təmsilçisi İrfan Ülküyə də verildi hədiyyələr. İrfan bəy Orxan Pamukun dostu və qonaqdaşı idi. Səfərin sonunda isə o dostluğu mənimlə tən yarı böləndə Orxan bəy etiraz etmədi:
- Biz türklərin sevgidən, dostluqdan özgə paylamağa bir oeyimiz yox…
O xoş günlərdə Orxan Pamukdan soruşanda:
- Bakının bir suyu İstanbula oxşayırmı? — İrfan bəy Azəri türkcəsinin Türkiyə türkcəsində anlamını verməyə məcbur oldu…
- Bəs nəyə görə rəngləri ədəbiyyata gətirdiniz? — növbəti sualımı ünvanladım Orxan bəyə.
- “Özün tap!” — tez dilləndi sevimli yazar.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin altındakı Bakı oxucularının sevimli yeri sayılan “Akademiya” kitab mağazasında “qonaq” dəftərinə ürək sözlərini yazıb imza atan Orxan Pamukun səhifənin qırağında air rəsm əsəri cızanda, daha sonra saysız-hesabsız fotoşəkillər çəkəndə sualımın cavabını tapdım. Axı yazıçı vaxtilə uəm rəssamlıqla məşğul olub, uəm də memarlığı oxuyub.
Sözün hər çalarında, hətta son “İstanbul: həyatım, xatirələrim” eitabındakı xatirə yazılarını sənədli, real tarixi-ailəvi oəkillərlə oamamladığını görəndə, əsla təəccüblənmədim…
O görüşdə myn ona zarafatla “qocam” dedim: 1952-ci ildə doğulduğuna işarə etdim. Sonra düşündüm ki, yaş fiziksal deyil, duyumsal bir nəsnədir. Doğrudan da Orxan Pamuka 52 yaş vermək mümkün deyil. Onun nimasında bir saflıq, təravətlik, təzəlik var: qələmə aldığı romanlardakı çağdaşlıqdan danışmağa, sadəcə, imkan yoxdur…
- Nədənsə, əsərlərinizdə intim səhnələrə çox rast gəlirik: kitabların satışına görəmi, yoxsa çağdaş oxucunu heyrətləndirmək üçündür bu?.. — sorğumdan da yayındı.
- Mənim 12 yaşda olanda qızım da bir dəfə utana-utana bu sualı məndən soruşanda, cavab verməyə çətinlik çəkdim…
Əgər söhbətimiz ancaq bundan – intimlikdən və rənglərdən olacaqsa, onda bizimki alınmaz, — deyən zaman onu özəl “ANS” telekanalının “Nəzər nöqtəsi” verilişinə çağırdılar.
Hələ onu demirəm ki, şair-tərcüməçi, dostum Səlim Babullaoğlu gah şəkillərimizi çəkir, gah da dünyanın tanınmış, dəbdə olan yazarların əsərləri ilə yaxından tanış olub-olmamasıyla bağlı yazıçını söhbətə cəlb edirdi.
- Sizdə səviyyəli gənclər var, – Orxan bəy söhbət əsnasında bildirdi.
Mənsə yazıçını qıcıqlandırıb ədəbi söhbətə həvəsləndirmək üçün yenə zarafat adlı silahıma əl atdım:
- Onsuz da sizi tənqid edəcəyəm, hətta bütün dünya üstümə düşsə belə.
- Şu Aydın məndən görəsən nə istəyir!? – demə, Orxan bəy də “şaka” – zarafat məsələsində məndən heç də geri qalmır.
Yazıçını özünə aid materiallara, eyni zamanda ədəbi tənqidə qarşı çox həssas gördüm. Yəqin bu ona görədir ki, vətənində ona haqlı-haqsız həddən artıq hücumlar olur.
Orxan Pamukun gəlişi ədəbiyyatsevər xalqımız üçün əsl hadisəyə çevrildi: ciddi söz sənətinin — böyük türk yazarının yaratdığı gözəl ovqatı ancaq bayrama oxşatmaq olar – maraqlı ədəbi-bədii söz hadisəsinə.
Tanınmış şair Rüstəm Behrudi demişkən, “Orxan Pamuk Türk Dünyasını həm cahanda, həm də bizim qəlbimizdə bir daha ucalda bildi…”
P.S. Orxan Pamuk səfərinin son günü mənə və “Gənclik” nəşriyyatının direktoru Əlican Əliyevə boyun oldu ki, Azərbaycanda əsərlərinin nəşrinə razıdır: “Bircə şərtlə, heç bir maddi marağım yoxdur, para istəmirəm, təkcə bədii çevirmələrin səviyyəsi çox yüksək olsun. Aydın bəyə isə çevirmələrin bədii redaktorluğunu tapşırıram. Əgər kitablarımı buraxsanız, təqdimatına mütləq gələcəyəm, həm də bütün Azərbaycanı gəzəcəyəm…”

P. P.S. Onu da bildirim ki, indiyə qədər, yəni 2006-cı ilin sonunacan yazarın “Qar” və “Mənim adım Qırmızı” romanları dilimizə uyğunlaşdırılıb. Birinci əsər “Dünya ədəbiyyatı” dərgisinin müxtəlif saylarında işıq üzü görüb. “Qar” romanı isə dərginin baş redaktoru, şair-tərcüməçi, dostum Səlim Babullaoğlunun böyük səyi nəticəsində bu günlərdə ayrıca kitab kimi Azərbaycan oxucularına təqdim edildi.

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

19 Şərh var
Şərh yazın »

  1. Bu ingilisce dushunub turkce yazan yazarin boyuk tesiri var Aydin muellim`in uzerinde…Ona gore de obyektiv qebul olunmadi bu yazi…

  2. o adam romanlarinda turku ve turkluyu,muslumani ve islami tehrif edir.turk cildine girmish ve turke dushmen.men bele dushunurem.

  3. Ehtiram, İstanbul haqqinda ədəbi abidə qoymuş və türkkülüyün “İçərişəhəri” sayılan məkan haqqindakı bayatı-romanına – miniatür prozasına görə Nobel almış Orxan Pamuk deyil, Türkiyəni qarış-qarış satan (yaxşı kiç yəhudi mənşəli azəri iş adamı da bir qarış aldı ordan, yoxsa, biz türklərə bir millimetr də qalmazdı) etniklər, pafoslu vətənpərvərlər, Allahin, bağışlayasız, sovetin Lenin Komsomolu mükafatını da ala bilməyən Əkrəm Əylislikimi dil pəhləvanları olan məmurlar, millət vəkilləridir…

    Qardaşım, O.Pamukun “Qar”, “Mənim adım Qırmızı”, “İstanbul” kitablarını diqqətlə oxusan, yəqin fikrindən daşınarsan.
    O, Türk ədəbiyyatını dünya bədii-kulturoloji fikrinə calamış bir bəyük sənətkardır…

    http://www.xariciedebiyyat.tk aytımda Orxan bəylə bağlı maraqlı materiallar və əsərlərindən nümunələrlə tanış ol!!!

  4. 2006- jı ilin Nobel mükafatçısı – Orxan PAMUK

    İsveç Akademiyası 2006-jı ilin ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı türk yazıçısı Orxan Pamuku layiq görüb. Pamuk Nəjib Məhfuzdan sonra Nobel mükafataına layiq görülən ikinji müsəlman yazıçıdır. Bu mükafat ona “doğma şəhərinin melonxolik ruhu ilə bağlı axtarışlarına, mədəniyyətlərarası birləşmələri və toqquşmaları anlatmaq üçün yeni rəmzlər yaratdığına görə” verilib. Nobel Komitəsi tərəfindən yayılan məlumatda Orhan Pamukun ailəsinin Osmanlı ənənələrindən Qərb həyat tərzinə keçdiyi və bu amilin yazıçının yaradıcılığında estetik şəkildə öz əksini tapdığı qeyd edilmişdi. İsveç Akademiyası Orxan Pamukun üslubunu Tomas Manla müqayisə edib. Nobel Komitəsinin katibi Horas Enqdahl Türkiyədəki siyasi vəziyyətin akademiyanın qərarına təsir etmədiyini bildirib. Katib Türkiyəli yazıçının Nobelə layiq görülməsini onun müasir romanın sərhədlərini genişləndirməsi ilə izah edib: “Orhan Pamuk romanı Qərbin əlindən alıb və bizim təsəvvürümüzdəkindən tamamilə fərqli bir hala salıb”

    Orxan Pamuk Türkiyənin ən məşhur yazıçısı və Avropa nəsrinin aparıjı simalarında biridir. Onun “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızı”, “Qar” kimi romanları bütün dünyada çox populyardır. Bütün il ərzində ədəbiyyat üzrə Nobel mükafatına ən əsas namizədlərdən biri kimi onun adı çəkilirdi. Pamukdan başqa, mükafata ən yaxın namizədlər amerikalı yazıçı Filip Rot, Suriya şairi Adonis, perulu Mario Varqos Lyosa, israilli Amos Oz, çex yazıçısı Milan Kundera hesab edilirdi.

    Son iki ildə Pamukun adı mətbuatda tez-tez Türkiyədə baş verən qalmaqalla əlaqədar xatırlanırdı.O, İsveçrənin “Tages-Anzaeigner” qəzetinə verdiyi müsahibədə türklərin ermənilərə və kürdlərə qarşı soyqırım törətdiyini bəyan etdikdən sonra, bir sıra ittihamlara məruz qalmışdı. Türk nasirini dünyaja məşhur səkkiz yazıçı – Coze Saramaqo, Qabriel Qarsia Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Xuan Qoytisalo, Jon Apdayk və Mario Varqas Lyosa müdafiə etmişdilər.

    Pamukun Nobel mükafatına layiq görülməsi də vətənində birmənalı qarşılanmadı. Səksənə yaxın türk ziyalısı mükafatın Pamuka verilməsi ilə bağlı etiraz edib. Millətçilər hesab edirlər ki, Nobel Pamuka erməni məsələsində tutduğu mövqenin əvəzində qonarar kimi ödənib. Ziyalılıarln yaydığı bəyanatda deyilir ki, İsveç Akademiyası mükafatdan ijtimaiyyətin fikrinə təsir etmək üçün silah kimi istifadə edir. Bəyanatı imzalayanlar arasında yazıçı Dəmirtaş Seyhun, recissor Halit Refik və ssenarist Kandemir Konduk kimi Türkiyənin tanınmış simaları var. Onların qənaətinə görə mükafat Orxan Pamuka erməni diasporunun janfəşanlığı sayəsində verilib. Millətçilər arasında hətta İsveç Akademiyasını məhkəməyə verməyi planlaşdırlanlar da var. Ermənistanın aparıjı yazıçıları isə Orhan Pamukun mükafat almasını sevinjlə qarşılayıblar. Ermənistan Yazıçılar Birliyinin sədri David Muradyan mükafatı, Pamuku ittiham edən türklərə verilən dərs kimi qiymətləndirib.

    Mükafata layiq görüldüyündən Nyu-Yorkda xəbər tutan Pamuk İsveçin “Svenska Dagbladet” qəzetinin suallarına telefon vasitəsilə javab verib. Yazıçı siyasi mövzulara toxunmaqdan imtina edərək, mükafatın Türk dilinə, türk mədəniyyətinə və Türkiyəyə verildiyini bildirib. Pamuk hesab edir ki, mükafat onun otuz illik yazıçılıq təjrübəsinin bəhrəsidir. Türkiyəli yazıçı artıq dörd ildir, məhəbbət romanı üzərində işlədiyini və kitabın 2007-ji ildə İstanbulda çap ediləjəyini qeyd edib.

    Qızıl medal və 1, 37 milyon dollar dəyərindəki çekin təqdimat mərasimi dekabr ayının onunda Stokholmda keçiriləjək.

    Bu ilin Buker mükafatına

    Kiran Desai layiq görüldü

    Londonda 2006-jı il üçün “Man Booker” mükafatının qalibi elan olunub. Bu ilin mükafatçısı hind əsilli yazıçı Kiran Desai oldu. Desai Britaniyanın ən nüfuzlu mükafatına “İtki mirası” romanına görə layiq görülüb. Yazıçıya əlli min funtsterlinq verilib. Otuz beş yaşlı Desai bu mükafata layiq görülən ən gənj qadındır.

    Müəllif “İtki mirası” romanını anası – yazıçı Anita Desaiyə həsr edilib. Anita özü də üç dəfə Bukerə namizəd göstərilib, lakin mükafatı ala bilməyib. “Buker”in münsiflər heyətinin sədri Hermion Li bu faktı xatırladaraq, Kiranın anasından çox şey öyrəndiyini deyib.

    Qeyd edək ki, bu ilki mükafatın münsiflər heyətinə ədəbi tənqidçi və Oksford Universitetinin professoru Hermion Li, yazıçı və şair Saymon Armitej, yazıçı Kandia Makvilyam və aktrisa Fiona Şo jəlb edilmilşdilər.

    Mükafatın əsas namizədləri arasında artıq təkjə Buker (1974) yox, Nobel (1991) mükafatına da sahib olan Nadin Qordimer də var idi. Finalçılar siyahısına həmçinin artıq iki dəfə 1988 və 2001-ji illərdə Bukerə layiq görülən Piter Kerinin də adı daxil edilmişdi.

    Ümumilikdə, müsabiqənin final mərhələsinə aşağıdakı yazıçılar vəsiqə almışdı.

    Piter Keri: “Oğru: Sevgi əhvalatı”

    Kiran Desai: “İtki mirası”

    Robert Edrik: “Su toplamaq”

    Nadin Qordimer: “Axmaq olma”

    Keyt Qrenvil: “Gizli dəniz”

    M.J. Hayland: “Məni apar”

    Hovard Jakobson: “Kaluki gejələri”

    Jeyms Lasdun: “Yeddi yalan”

    Meri Louson: “Körpünün o tayı”

    Jon Makqreqor: “Başlamaq üçün çox yol var”

    Hişam Matar: “İnsanlar ölkəsi”

    Kler Mesud: “İmperatorun uşaqları”

    Devid Mitçel: “Qara qu quşu parkı”

    Naem Mur: “İdeal insan”

    Endryu Haqan: “Yanımda ol”

    Jeyms Robertson: “Qideon Makinonun vəsiyyəti”

    Edvard Obin: “Ana südü”

    Bari Ansvort: “Onun göbəyindəki yaqut”

    Sara Vaters: “Gejə nəzarəti”

    Finalçılar siyahısına düşən yazıçıların hər biri 2,5 min funt sterlinqlə mükafatlandırılıb.

    Nəjib Məhfuz vəfat edib

    Ərəb dünyasının ədəbiyyat üzrə yeganə Nobel mükafatçısı Nəjib Məhfuz 95 yaşında Qahirədə dünyasını dəyişib.

    Məhfuz yaradıjılığının ən yaxşı əsərlərini XX əsrin ortalarında yazıb, Nobel mükafatına isə 1988-ji ildə layiq görülüb. Yazıçı 1911-ji ildə Qahirədə anadan olub, yerli universitetdə fəlsəfə və ədəbiyyat təhsili alıb. İlk novellalar toplusu 1938-ji ildə işıq üzü görüb. Məhfuz Avropada 1950-ji illərdə “Qahirə Trilogiyası” çap olunduqdan sonra tanınmağa başlayıb. O, ümumilikdə əlliyədək romannın və yüzdən çox hekayənin müəllifidir. Yazıçının “Göyün yeddinji” qatı adlı son kitabı 2005-ji ildə işıq üzü görüb.

    Nəjib Məhfuz Misirdə liberal yazıçı hesab edilirdi və onun əsərləri radikal islamçılar tərəfindən narazılıqla qarşılanırdı. 1994-jü ildə yazıçı onlardan birinin hüjumuna məruz qalır və ağır yaralanır. Bundan sonra Nobel mükafatçısının səhhəti zəifləyir, lakin o yazmağa davam edir.

    2006-jı ilin iyul ayında ayağı ilişib yıxılan yazıçı başından zədə alıb və xəstəxanaya yerləşdirlib. Məhfuz ölüm gününədək orada qalıb. Böyrək çatışmazlığı, sətəljəm və qojalıqla əlaqədar yaranan digər xəstəliklərin təsiri ilə onun vəziyyəti sürətlə ağırlaşıb. Son illər sağ əli iflij olduğundan Məhfuz mətnlərini diqtə etmək məjburiyyətində qalmışdı.

  5. Ay qardash, kime maraqlidirsa search elesin, tapsin oxusun da yuxaridakilari, daha bura niye sherh adina yerleshdirirsiz ki, bu sicilleme melumati…?

    Yaza bilirsiz siz de yazin, adini da qoyun “Menim de adim qirmizidir”, daha hansisa ingilis turkune elediyiniz shahsevenliye ne hacet var…? Pahooo…

  6. And olsun Allaha, Aydin xan bu yazini Pamukla seklini vermek ucun yazib.

  7. :)

  8. Seyyidda, 3 ildir o shekiller mende dururdu.

    Sizlerin Orxan beyi Turkiyeden qovdurmaqiniza etiraz elameti olaraq bu yaxinlarda o shekilleri Internetde tirajladim…

    http://www.artyazar.tk

  9. Bütün cavan yazıçıların əsərlərinə ən gözəl şərh:

    «Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğlunun səhhətində problemlər var. Bu barədə Samir Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinə baş redaktorun qardaşı Sabir Hüseynov məlumat verib. Sabir Hüseynov deyib: «Biz iki gün əvvəl Samirlə görüşdük. O özünü pis hiss edirdi. Ailəsini qorxutmamaq üçün suallardan yayınsa da, biz hər şeyi görürdük»

    Məlumat üçün deyək ki, Samir Sədaqətoğlu öz peşə borcunu yerinə yetirdiyinə, «Sənət qəzeti”nin 2006-ci il 1 noyabr tarixli nömrsində yazıçı Rafiq Tağının “Avropa və biz” məqaləsinə yer ayırdığına görə jəzalandırılıb. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qizişdirmaq) ilə ittiham olunaraq, məhkəminin qərari ilə 4 il müddətinə azadliqdan məhrum edilib.

    Azərbaycanda fərqli düşünən yazıçların təzyiqə, aryı – seçkiliyə və bədii sözə görə təşkil olunmuş təqibələrə məruz qaldığı indiki şəraidə «Sənət qəzeti»nin baş redaktorunun səhhtində özünü göstərən problemlər Samir Sədaqətoğlunun hüquqlarını Müdafiə Komitəsində dərin narahatlıq hissi oyadır və Komitə müvafiq dövlət orqanlardan məsələyə aydınlıq gətirməyi xahiş edir.

    Məlumat üçün deyək ki, Samir Sədaqətoğlu Xələcdəki 5 №-li həbsxanada saxlanilir.

    Samir Sədaqətoğlunun Hüquqdarını Müdafiə Komitəsinin sədri Rasət Pirisoyu

    Tel: 050 580 57 90

  10. hormetli artyazar,bu gunlerde internetin demek olar ki,olmadigi 1 yerde ezamiyyetde oldugum ucun sherhine gec cavab yaziram.o adam mence qerbin nokeridir.nokerliyini de yaxshi elediyi ucun mukafatini layiqince alir.onun qar adli romanini oxumusham.lacivert adli 1 islamcinin 2 baciyla elaqesinden yazir.o nece islamcidir ki,evlilik elaqesiyle bagli olmadigi biriyle eshqbazliq elesin ve islama bagli olan 1 deste adami arxasiyla apara bilsin.bu yadimda qalan en besit numunedir.islami tenqid etse derd yaridir.o adam tehrif edir .hemcinin o adam turk edebiyyatini qerb edebi -kulturoloji fikrine calayib ve bu calagin meyveleri bizim ucun cox aci olacaq.

  11. Dahinin Milliyeti olmur.
    Sizde qebahet yoxdur, lokal yazarlarin “romanlarina” ele alude olmusunuz ki, qlobal yazan insan tefekkurune lokal qiymet verirsiniz.
    O. Pamukun eserleri Kolumbiyada bestsellerdir, sual: Kolumbiyali ucun coxmu ehemiyyetlidir ki, Pamuk türkçülüyü_ Islamı təhqir edib ve ya Ermeniperest fikirleri müdafie edib? Sıravi Kolumbiyalının umrunda bele yox ermeni türkü qırıb ya türk ermenini.
    O.Pamuk qədər oxucuya əzab verən sadist yazar tanımıram. Romanlarını oxuyarkən fikir bir xətt üzrə hərəkət edir və qəfildən elə bir sonluqla bitir ki, hey düşünürsən, axı niyə belə?
    KAR-da qarın durmadan yağmasından şikayətlənən yazar cümlələrin arasına belə bir ifadə soxur: “…Bütün gecə yağmışdı. Ka sabah sokaklarda yürür, işsiz kürtlerle kahvanelerde oturur, hevesli bir qazeteçi gibi elinde kağıt kalemseçmenlerle görüşür, yoksul mahallelerin dik ve buzlu yollarını tırmanır eski belediyye başkanı, vali müavini ve intihar eden kızların yakınlarıyla görüşürken kar hiç dinmedi”
    Bu qədər gözəl iafdə olarmı? Oxucu cümlənin əvvəlində fikrin tamam başqa bir məzmunla qurtaracağını düşünərkən sonluq tamam bir surprizdir. “Mənim adım Qırmızı” və “Yeni Həyat”ı oxuyun bəylər.

    Aydın, yorulmayasan, enerjin bol olsun.

  12. Hörmətli Ehtiram!
    Mən sənin mövqeyinə sayqıyla yanaşıram, sən də bir qədər düşüncə dözümlüsü olsan, hər şey qaydasına düşər…

    Dostumç Türkiyəni qoyaq bir kənara, məgər Azərbaycan KİV-ində qardaşin baciya, atanın qızıına seksual təcavüzləri barədə – özü də həmin insanlar bayırda namusdan, nə bilim qeyrətdən dəm vurmaqda ustadırlar – heç oxumamısan?

    Bəs sən niyə yazmırsan ki, “Qar” romanı qədər -bizimki kimi – kiflənmiş çağdaş Türkiyə ictimai düşüncəsini darmadağın edən ikinci bir əsər hələ də qələmə alınmayıb?

  13. qar romani frans kafkanin yarimciq qalmish qesr romaninin ideyasinin dahilikle menimsenilmish 1 variantidir.o adam dahi ola biler.men bunun eksini subut etmeye calishmiram.sadece deyirem ki o adam kimlerinse maraqlarini heyata kecirir.o neye inanir?men bunu bilmeyi cox isteyerdim.nazim hikmete ruslarin nokeri deyirdiler ama nazim ideyasi ugrunda coxumuzun vaz kece bilmeyeceyimiz sheylerden vaz kecdi.dushunceye dozumsuz yanashmadigimi nazimi severek oxumagim isbat edir.oki qaldi qeyret,namus meselesine insanlari milletini,dinini mueyyenleshdirmekde cetinlik ceken 1 olkede bunlar olur.qarin neyise darmadagin etdiyini tesevvur etmek cetindir.yene dolu olsaydi neise.

  14. ehtiram, Abbasın şərhini bir də oxu!
    Türkiyə cəmiyyəti Azərbaycan toplumunun bu və digər dərəcədə boyuk variantını xatırladır – sadəcə, onlar bizi bir 20 il qabaqlamışlar. Fəqət, həmin düşüncə problemləri, kurdlərin insani haqlarının (bizdə isə şəxsiyyətin, fərdlərin) pozulması, Atatürkün bütləşdirilməsi, bir parça bayraq üstə cocuqun az qala qanına qəltan edilməsi, özünün dünyalarca övladı olan Orxan Pamukkimiləri aşağılamaq, millətin kütlə səviyyəsində saxlanması (bizdə xalq deyəndə kimlər nəzərdə tutulur? Fəhlə, çoban, nə bilim tumsatan Fatma qarı, amma Qara Qarayev – xeyr avropapərəstdir, Müslüm Moqamayev – yox, rustsevərdir, Həmid Herisçi, nə danışırsan – postmodernist, həm də solçudur, Aydın Xan, yox bir – bircə qlobalistimiz çatışmırdı… … …), canim, N sayda sənə daha nələri yaza bilərdim. Amma nə faydası, sənin kimilərini köhnə sovet düşüncə texnologiyaları elə sıxıb saxlayır ki, bütün arqumentlərimə bir qulp qoyacaqsan…

    P.S. Səncə, Orxan bəyin indi nəyinə gərəkdir: o yazıq bar-bar bağırır ki, ay mənim gözəlim türkiyəlilərim, XXI əsrdə belə düşünübən dözmək, kəsə sözlə ifadə etsək, heyvan kimi yaşamaq mümkün deyil…

  15. ehtiram artyazarin meslehetine qulaq asib abbasin sherhini diqqetle oxudu ve dahinin goyden zenbille dushduyunu,global cefengiyyatla lokal cefengiyyatin eyni oldugunu, masallida pamukun kitabinin bestseller oldugunu, siravi talishi turkmu ermenini ya ermenimi turku sualinin qetiyyen maraqlandirmagini, pamukun sadist deyil,bunca dash atana regmen hele de yazmaga davam etmesiyle mozaxist oldugunu,sherhde getirilen sitatdan daha axmaq 1 cumlenin menim adim qirmizi ola bileceyini dushunerken bayirda kulek esmekde davam etdi.pencereden gelen qoxudan kuleyin xezri,gilavar deyil qerb kuleyi oldugunu hiss etdi ve qlobal zibilin lokal zibilden daha ufunetli oldugunu keshf etdi.

  16. Ehtiram fikirlerine bir cok noqtede qatiliram.
    Bu globalist, milli menliyini unutmus ve basqalarina da unutturmaga calisanlar O.Pamuku ozlerine bayrak eliyibler.
    Bunlar Necip Fazili, Mehmet Akifi deyil turk milletinin xainlerinden terefdirler.
    Oz dusuncelerini de O.Pamuk kimilerle dogrulamaga calisirlar.

    O.Pamukun yazarligi bir baska, amma diger terefden Nobel mukafati -flan bos seylerdi, Gorbachev da oralardaydi- nolsun?
    Gorbachev dahimidir?:(

  17. ehtiram və National Identity!
    Qoy siz deyən olsun: etniklər türkçülük bayrağı altında qoy öncə Türk Dünyasını – Türkiyə və Azərbaycanı, daha sonra da Şərqi və Qərbi dağıtsınlar…

  18. Görəsən Beynəlxalq Nobel mükafatları Komitəsi son iki ildə Yaxın Şərq ölkələrində dünyaya göz açmış sənətkarların yaradıcılığına belə sıcağ sevgisini necə anlamalıyıq…

    P.S. Əslən İrandan olan Doris Lessinq nənəyə Nobel ödülü verməklə, Köhnə Qərb Vəhşi Qərbin İrana qarşı təzə “Səlıb” hücumlarını dəstəklədiyinə işarə etmir ki??

  19. ay xaoskar, Orxan Pambıq haçandan müsəlman olub?

Şərh yazın