Qaynar xəbər portalı

Kitab dünyası


Sənəd konsensusla qəbul olunan ilk sənəd olub

BMT İnsan Hüquqları Şurasında Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul olunub.
Bu il 10-28 sentyabr tarixlərində BMT İnsan Hüquqları Şurasının növbəti - 11-ci sessiyası keçirilib. Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti “Silahlı münaqişələr zamanı mədəni hüquqların və mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi irəli sürüb. (APA)
Layihə Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin Ermənistan tərəfindən dağıdılmasına beynəlxalq birliyin münasibətini əks etdirməyə və yekdil mesajını göndərməyə yönəlib. Bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən hazırlanan və işğal altındakı ərazilərdə mədəni mülkiyyətin Ermənistan tərəfindən dağıdılmasına dair faktları əks etdirən təfsilatlı məlumat İnsan Hüquqları Şurasının 11-ci sessiyasının rəsmi sənədi qismində yayılıb. Qətnamə yenicə təsis edilmiş İnsan Hüquqları Şurasında 11-ci sessiya çərçivəsində konsensusla qəbul olunan ilk sənəd olub.
Layihənin müzakirəsi ilə bağlı Azərbaycan tərəfi açıq tərkibli məsləhətləşmə keçirərək hökumət və qeyri-hökumət nümayəndə heyətlərinin fikirlərini öyrənib. Sənədin konsensusla qəbul olunmasını təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyəti əsas fəallıq göstərən regional qrupların iclasında qonaq qismində iştirak edərək təşəbbüsün təqdimatını keçirib və verilən sualları cavablandırıb. İnsan Hüquqları Şurasının gündəliyinin 30-cu bəndi üzrə qəbul olunmuş qətnaməyə 12 dövlət müəllif, 16 dövlət isə həmmüəllif qismində qoşulub.
Öz növbəsində, Ermənistan tərəfi də şurada Azərbaycanın Naxçıvan Muxtar Respublikası və digər ərazilərində erməni tarixi-mədəni abidələrinin dağıdılması haqqında rəsmi sənəd yayıb. Bundan başqa, Yerevanın mədəni irsin qorunmasına dair təqdim etdiyi qətnamə layihəsi də yekdilliklə təsdiqlənib. Bu sənədə Misir, Əlcəzair, Tunis kimi ərəb ölkələri, eləcə də Rusiya, Belarus və Qazaxıstan həmmüəlliflik edib.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Oktyabr 3rd, 2007 tarixində 11:53 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Novarg adlı istifadəçi, Oktyabr 3, 2007 tarixində, saat 17:40 yazıb:

    Bele mezeli xeberler heqiqeten de insanin kefini achir… -))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: