Onlar Musiqili Komediya Teatrında çıxış edəcəklər
Sabah Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Modern” Moskva Dram Teatrının tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, moskvalı aktyorlar “Mənim əziz kişilərim” adlı səhnə əsərini təqdim edəcəklər.
Məlumatda bildirilir ki, sözügedən teatr artıq 19 ilə yaxındır fəaliyyət göstərir. Teatrın kollektivi gələn il ad günlərini böyük təmtəraqla qeyd etməyə hazırlaşır. 1988-ci ildə “Şepkin” teatr məktəbinin buraxılış kursunun əsasında yaradılan “Modern” teatrı artıq bir çox ölkənin teatr səhnələrini fəth edib. Öyrəndik ki, kollektivin ilk tamaşaları uğurlu alınıb və onlar 90-cı illərin əvvəllərində artıq Los-Anceles, Çikaqo və bir sıra başqa şəhərlərdə qastrol səfərlərində olublar. Teatrın bədii rəhbəri, Rusiyanın xalq artisti Svetlana Vraqova bizim teatrla əməkdaşlığını bundan sonra da davam etdirmək fikrini bildirib.
Qeyd edək ki, sabah nümayiş etdirəcəkləri tamaşada Yelena Starodub, Sergey Pinegin və başqaları çıxış edəcəklər.
« BMT MƏDƏNİ MÜLKİYYƏTİMİZİN DAĞIDILMASI İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB | Əsas səhifə | Fəriba Vəfi, hekayələr »




Bölmə: 









yösüf adlı istifadəçi, Oktyabr 6, 2007 tarixində, saat 02:19 yazıb:
Onlar yanlış biliyor kimsenin suçu değil bu
Onun suçu değil bu kader oyunu değil bu
Bu benim suçum