Qaynar xəbər portalı

Latviyanın tanınmış “Kosmos” vokal qrupu “Qızıl payız” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, qrup üzvləri bu gün mətbuat konfransı keçiriblər. Davamı…


Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2008-ci ildə keçiriləcək “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçinin müəyyənləşdirilməsi üçün I seçim turu keçirilib. Davamı…


“Qala” Rəsm Qalereyasında Berlin və Azərbaycan rəssamlarının birgə sərgisi keçiriləcək. Qalereyadan APA-ya bildirilib ki, sərgi oktyabrın 12-də açılacaq. Davamı…


Oktyabrın 20-dən Çin sirki Bakı Dövlət Sirkində “Qızıl şir əfsanəsi” proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verib. Davamı…


StimulStimul Gənclər Şəbəkəsi qaçqın, imkansız və əlil uşaqların əl işlərindən ibarət xeyriyyə məqsədli sərgi auksion təşkil edir. Tədbirin məqsədi - qayğıdan və diqqətdən uzaq qalmış, kiçik yaşlarında həyatın ağır zərbələrini almış, cəmiyyətlə öz aralarında daim uçurum hiss edən, dəstəyə, sevgiyə və nəvazişə ehtiyacı olan balacalara müəyyən qədər uşaqlıq sevinci yaşatmaq, onlarada həyat sevgisi aşılamaqdır. Davamı…


Azərbaycanın gənc muğam ifaçıları dünən Vaşinqtonun Karnegi İnstitutunda konsert proqramı ilə çıxış ediblər. APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertin əvvəlində bəstəkar Səyavuş Kərimi muğamın tarixi və hazırda muğamın inkişafı üçün ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib. Davamı…


Gülər MiryəhyaUğursuz qətlə cəhd

Səhər yuxudan duranda bütün planlar artıq hazır idi. Yox, Leyla bütün gecəni yuxusuz qalmamışdı. Nə də işıqpulunu ödəmədiyindən qaranılq evində, şam işığı altında plan çəkməmişdi.
Qəribədi, o işıqpulunu bilə-bilə ödəməmişdi. Qapıya gələn, tər iyi adamı yüz metrədən vurduğu, kök “Barmek” işçisinə “ Tənhalığın qaranlığı çox romantikdir” söylədikdə kişi ona əyri-əyri baxıb heç nə demədən dönüb getmişdi. Leyla ürəyində onu söymüş, amma bərkdən deməyə cəsarət etməmişdi. Davamı…


Aslan QuliyevDiv və onun canı

Dilxor idi, adamlarının heç nəyə yaramıdıqları qənaətinə gəlmişdi. Gölün sahilindəki qocanı daxmasını, torpağını satmağa razı salmalıydılar, tapşırmışdı, qiymət üstə çənə döyməyin, hansı qiyməti istəsə, verin. Bunlar isə boş qayıdıblar, kişi razılaşmayıb, bura mənim ata yurdumdu, mən burda anadan olmuşam, satmaram, deyib. İşə bax, kişi atasının yurdunu satmaq istəməyib, halbuki ona təklif olunan pulla on elə yurd almaq olardı. Başına batmırdı, pulun qabağında duruş gətirəcək birisinə rast gəlməmişdi, lap elə pul kara gəlmədi, pulla iş aşmadı, başqa cür başa sala bilməzdiz? Ata yurdu! Səfeh adam, bəs bizim ata yurdlarımız hardadı? Yoxdumu? Var, bizi ordan qovublar, əvəzində qara qəpik də verməyiblər. Fikirləşdikcə hirslənirdi. Davamı…


Jurnalist Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri” kitabı çapdan çıxıb. Əslən Şuşadan olan H.Sabiroğlu “Qarabağ söhbətləri”ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, milli azadlıq hərəkatı illərində şahidi olduğu hadisələri qələmə alıb. Davamı…