“Qala” Rəsm Qalereyasında Berlin və Azərbaycan rəssamlarının birgə sərgisi keçiriləcək. Qalereyadan APA-ya bildirilib ki, sərgi oktyabrın 12-də açılacaq. Sərgidə hər iki ölkə rəssamlarının 70-ə yaxın müxtəlif janrda əsərləri nümayiş etdiriləcək. Almaniyanın Azərbaycandakı səfirliyi və “Qala” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən sərginin nümayişi oktyabrın 22-nə kimi davam edəcək.
« Bakıda Çin sirkinin çıxışı olacaq | Əsas səhifə | Azərbaycanda “Eurovision” hazırlıqlarına start verilib »




Bölmə: 








