Səhər yuxudan duranda bütün planlar artıq hazır idi. Yox, Leyla bütün gecəni yuxusuz qalmamışdı. Nə də işıqpulunu ödəmədiyindən qaranılq evində, şam işığı altında plan çəkməmişdi.
Qəribədi, o işıqpulunu bilə-bilə ödəməmişdi. Qapıya gələn, tər iyi adamı yüz metrədən vurduğu, kök “Barmek” işçisinə “ Tənhalığın qaranlığı çox romantikdir” söylədikdə kişi ona əyri-əyri baxıb heç nə demədən dönüb getmişdi. Leyla ürəyində onu söymüş, amma bərkdən deməyə cəsarət etməmişdi. Əslində isə o, sadəcə bir gecəlik televizorsuz, radiosuz, işıqsız romantika istəmişdi. Dənizin göründüyü pəncərəsindən ayın işığı düşəcəkdi . O da şam işığında oturub Seymur Baycanı oxuyacaqdı. Seymurun kitabını tanış kitab köşkündə gördü iki gün əvvəl. Əlinə götürüb baxanda arxa qabığındakı bir az dolu gənc xoşuna gəldi. Nədənsə düşündü ki, bu gənc mütləq romantik yazılar yazmalıdı. Qəzetsatan qadın ona Seymurun müxtəlif qəzetlərdə köşə yazarı olduğunu desə də əlini yellədi. O anadan olandan qəzet oxumamışdı. Oxuyanda da bəzən işdə ağlamalı qəzet seriallarını oxuyurdu. Həmin günsə o yalnız romantika yaşamalıydı. Sakit-sakit kədərlənməli, aradabir şərabdan vurmalıydı. Amma kitabın ilk 3 səhifəsindən sonra romantika pozulmuşdu. Və o, kitabı bağlayıb yatmağa getmişdi.
Hə, axı planda qalmışdıq. Leyla səhər duranda bir insanı qətlə yetirəcəyinə əmin idi. Özü də o bunu soyuqqanlı edəcəkdi. Heç yazığı da gəlməyəcəkdi.
***
Leyla çarpayıda oturub, yerə baxırdı. Yanında oturmuş enlikürək, ucaboy gənc günahkarcasına gözlərini döyürdü. Oğlana 24-25 yaş vermək olardı, amma gözlərində hələ də körpə məsumluğu parlayırdı. Dərisi ağ idi. Qara, hamar saçları gözlərinin üzərinə tökülmüşdü. Əynində yalnız alt paltarı vardı. Sonda dözməyib, sükut pozdu.
- Niyə? Xəstəsən? – deyə Leyladan soruşdu. Sualı verəndən sonra ani olaraq üzündə “ mənim burda nə itim azıb axı“ ifadəsi yarandı. Tez də söndü.
Leyla başını qaldırdı, amma gəncə deyil, qarşıdakı güzgüyə baxdı. Ayağa durub bir az əvvəl soyunduğu üst köynəyini geyindi. Qapıya yaxınlaşdı.
***
Üzündən rəngləri gambıqla silməyə çalışırdı, amma rənglər göz yaşlarına qarışıb daha da yayılırdı. Hirslə pambığı yerə atdı.
Axı o bu gün öldürəcəkdi. Plan da qurmamışdı. O özü hazır idi.
Səhər yuxudan duran kimi köhnə paltarlarını zibil vedrəsinə atmışdı. Dişlərini yuyub dünən aldığı qısa yubkanı, sinəsi açıq köynəyi geyinmişdi. Qadın salonuna gedib saçlarını boyatmışdı. Sonra da axşama qədər şəhərin bu başından o başına gəzmiş, gecə ATV-də “88-00”-a “ 45 yaşlı, amma gənc ruhlu cazibədar qadınam. Tək yaşayıram. Yaxşı evim, işim var. Məzuniyyətdəyəm. Məni təklikdən qurtaracaq yaraşıqlı gənc axtarıram” məzmunlu mesaj göndərmişdi.
Səhər “Elmlər Akademiyası” metrosunun girişində ona zəng vuran oğlanla görüşmüş, onun evinə getmişdilər. Hər şey yaxşı gedirdi. Amma güzgü…
O hər şeyi korladı. Leyla üst köynəyini soyunarkən çarpayının önündəki rəfin güzgüsündə boşalmış, qırışlaşmış bədənini görmüşdü. Anlamışdı ki, o heç vaxt güzgüdəki qadının qatili ola bilməyəcək.
***
Leyla ayağa qalxdı. 2 gün öncə sellofan paketə qoyduğu, lakin zibil vedrəsi hələ boşalmadığından atılmamış köhnə paltarlarını çıxarıb paltaryuyan maşına atdı. Seymurun şəklini kəsib şəkil albomunda Şahrux Xanın şəklinin yanına yapışdırdı. O bu albomu çoxdan tuturdu. Görkəminə vurulduğu kişiləri toplayırdı bura.
Saçlarını daramadan yığdı. Tünd kofe içib poçta - işıqpulunu ödəməyə getdi.
« Aslan Quliyev, hekayə | Əsas səhifə | Karnegi İnstitutunda Azərbaycan muğam ifaçılarının konserti olub »




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)






artyazar adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 11:40 yazıb:
Yaponiyanın dünya şöhrətli Nobel mükafatı almış ədibi Yasunari Kavabata bu həcmdə olan nəsr nümunələrini “ovuciçi boyda hekayələr” adlandırırdı…
Əziz və mehriban bacımız Gülər Sadıq - Oppana, xanım yazar üçün nə orijinal ədəbi təxəllüs tapıldı, lap Jorj Sand imzasıyla səsləşir - sən belə yazsan, çox uzaqlara gedib çıxacaqsan və yaxın gələcəkdə Azəri ədəbiyyatında, onun proza qolunda gender bərabərliyini təmin edərsən…
P. S. Boynuma alım ki, hekayəndən çox, şəklindən xoşum gəldi, Miryəhya!!!
http://www.artyazar.tk
http://www.virtualedebiyyat.tk
http://www.xariciedebiyyat.tk
P.S.S. Öncə oxumadım yazını və yuxarıdakılarğ yazdım - ümumiyyətlə, mən həmişə beləyəm: Azərbaycan ədəbiyyatı nümunələri barədə onları oxumadan əla yazılar köçürürəm komyuterimin yaddaşına, axı oxumalı bir şeyimiz yoxdur - sonra həcmin balacalığı və yanmışın enerjili şəkli məni mətnə çəkdi… Bir də ki, içində böyük şairliyi qətlə yetirmiş Zahir Əzəmətin ədəbi zövqünün öz orintasiyasınn dəyişmədiyinə inandığımdan hekayəni zövqümə sovurdum…
Və yanilmadım - doğrudan da yaxşı nəsr əsəridirç oxumağa dəyər…
Gülərçik, bax, sənin barəndə boyük bir tərif sicillədim…
Aydın Xan
ZUZU adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 11:56 yazıb:
guler sene bu hekayenin yaxsi oldugunu birinci kim deyib?art yazar yoxsa men?yazilarindaki semimilik cox xoslayiram,yaxsi hekayedir
Revolver adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 13:56 yazıb:
Guler tebrik edirem maraqli hekaye idi…Hekayenin evvelinde ele bildim qadin Seymur Baycani oldurecek yazdigi romana gore…Hekayenin gucu de onda idi ki,oxucunun gozlediyi olmadi..
UGURLAR!!!
Şahanə adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 15:20 yazıb:
Yaxşıdı, Gülər. Mənim də xoşuma gəldi. Azacıq dil xətaları-filan. Onlar da xırda məsələlərdir.
Uğurlar sənə.
Aslan adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 19:08 yazıb:
Gülər xanım, salam! Sənə yaxşı yazılarını oxuyacağımızı yazmışdım, demək, yanılmamışam. Bir az peşəkarlıq, redaktə, hər şey əla olacaq! Birinci bölməni redaktə edirəm, sözün qabağında heç nə yoxsa silinməli, varsa, onunla əvəz olunmalıdı.
bütün planlar - planı
Yox,Leyla bütün gecəni, - Gecəni
.N - ,n
Qəribədi, o - Qəribəydi,
Qapıya gələn, tər, - Tər
vurduğu - vuran
söylədikdə - söyləyəndə
etməmişdi - eləməmişdi
Əslində isə, o sadəcə - Sadəcə
Dənizin göründüyü - Dənizə açılan
düşəcəkdi. O - düşəcək, o
O anadan - Anadan
o -
pozulmuşdu. Və o - pozulmuş, o da
Hə axı planda qalmışdıq. -
O -
edəcəkdi. Heç - edəcək, heç
Ryabina adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 00:46 yazıb:
Əsas kofedi,Gülərcan, tünd kofe…-))
Təbrik edirəm, canım…uğurlar…
scorpion adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 01:00 yazıb:
Gülər xanım təbrik edirəm…Yaxşıdır ancaq dili bərbaddır…Aslan bəylə razılaşıram… İnanıram ki, o da düzələcək…Ancaq bu Şahanə xanımın dediyi kimi xırda məsələ deyil… Sizə uğurlar arzulayıram!!!
aishe adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 01:04 yazıb:
guler, hekaye balaca, yeni qisa, tutumlu ve oxunaqlidi. tebrik edirem
artyazar adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 13:08 yazıb:
Gülərçik, bu tərifyağışı kampaniyasına son qoy: yazıqsan, ilk yazındanca özünü qoyma dahiləşdirməyə!!!
Yasin Türksoy adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 20:49 yazıb:
Salamlar.
Diyəsən axi yaşananlar: “tər iyinin adamı 100 metrdən vurduğu, kök “Barmek” işçisi, “Pəncərəsində dənizin mənzərsi”, romantikalıq Gülər xanıma aiddir. Ola bilsin ədəbi köçürmədir.
y.turksoy@mail.ru
seyidsasha adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 22:47 yazıb:
Guler incime, senin yaziarin da Aydinxanin heyati kimi sunidir..
Bu eslinde hekayeden cox hansisa hekayenin son cumlelerini xatirladir..
Bashdan ayaga yalanla doludur..
“Qapıya gələn, tər iyi adamı yüz metrədən vurduğu, kök Barmek işçisi”
Seymur kitab yazmaga bashlayanda, Arabul mehkemede itihamlara qulaq asirdi.. Barmek yox idi artiq..
Hekayeninde bir tarixi-cografi esasi olmaliir.. Sen hec Aslan muellimin hekayelerini oxuamisanmi..? )))
“ Tənhalığın qaranlığı çox romantikdir” söylədikdə kişi ona əyri-əyri baxıb heç nə demədən dönüb getmişdi.
Hadiseler deyesen Isvecrede bash verir..
Bir az tebii olun.. Inandirici olmaga calishin.. Axi Azerbaycanda yasayiriq..
“O anadan olandan qəzet oxumamışdı. Oxuyanda da bəzən işdə ağlamalı qəzet seriallarını oxuyurdu.”
Bu adam qezet oxuyurdu, yoxsa yox..?
Ve 10-larla bucur Rebiqe sayagi mentiqsizlikler..
Amma bu sherhi oxuyub hec de teessuf etme..
Sen Ebilovdanda, Rebiqedende ela yazirsan..
Guler_miryahya adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 22:50 yazıb:
Salam:)Once haminiza minnetdaram.ilk defedi yazim kultazda cixib.heyacanliydim amma sevindim ki beyenildi.
Aydinxan muellim,bundan qabaq yazilarim bizimki.org da ve gundeliyim.wordpressde cixib.yeni bu ilk deyil.Size derin teshekkurler bele boyuk terifnameye ve ulduz xesteliyi narahtciligina gore:)
Aslan bey scorpion ve Shahane xanim minnetdaram.sehvlerimden netice cixarmaga calishacam.
Yasin bey beli bu menem:)penceresinden menzere Guler.
Ryabina Aishe Zuzu cox sag olun:)
P.S.Zuzu sen qabaq oxumusan:)
Teshekkurler.
seyidsasha adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 22:59 yazıb:
Art Ebilov yazib:
P.S. Boynuma alım ki, hekayəndən çox, şəklindən xoşum gəldi, Miryəhya!!!
Dana sonra yene yazib:
P.S.S. Öncə oxumadım yazını və yuxarıdakılari yazdım.
Ebilov, sen bir evvelce ozun ucun deqiqlesdir.. Hekayeni oxumdan hekaye haqda nece fikir yurutmek olar..?
Eger bilsem ki, Zahir bey bu sherhi sayta buraxacaq, deyerdim ki, sen cox seviyyesiz adamsan..
Heyif ki, buraxmayacagindan eminem..
Guler_miryahya adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 23:04 yazıb:
Seyidsasha seyd adamsan.Orucluqdu neye lazim esebleshmek.Acigi desem sherhler icinde Aslan bey ve senin sherhini beyendim.Heqiqeten gorduyum ve kiminse yazacagini gozlediyim sehvlerimi yazmisan.ve dogru yazmisan.Minnetdaram.Calisharam daha seviyyeli yazilar yazim.nece ki calishiram da.
Rəbiqə adlı istifadəçi, Oktyabr 5, 2007 tarixində, saat 23:39 yazıb:
Bezi detallar - xususen sonluqda - xoshuma geldi… amma umumiyyetle, mence, bitkin deyildi… ustelik, dil meselesi vacibdi, unutma…
daha guclu yazilar gozleyirem…
Aslan adlı istifadəçi, Oktyabr 7, 2007 tarixində, saat 19:16 yazıb:
Vaxtım olmadığından bura yazılan şərhləri oxumamışdım, yalnız bu gün oxuya bildim və xeyli təəssüfləndim. Münasibət bildirmək istəmirəm, amma olmur, özümlə bacarmıram. Aydın xan, səninlə şəxsi tanışlığım yoxdu, amma fəaliyyətindən, yazılarından az-çox xəbərim var. Yaşına görə evli, ailə-uşaq sahibi olduğunu təxmin edirəm. Sənə kim ixtiyar verib cavan qız uşağına, ədəbiyyatda ilk addımlarını atan və ələlxüsus da bizlərdən öyrənmək istəyində, arzusunda olan tələbə qıza yazasan ki, “hekayəndən çox, şəklindən xoşum gəldi”. “yanmışın enerjili şəkli” necə yazarsan? Bunu yazanda utanmadınmı? Sizlərə nə olub, niyə birdən-birə hamınız xəriflədiniz? Seyidsaşanın yazdıqlarına da haqq qazandırmıram, amma deməliyəm ki, bu adamla “Bizimki”də bəs qədər mübahisələrimiz, müzakirələrimiz olub, amma davamız ədəbiyyat davası olub. “Seyidsaşa, quzum!” yazanda nə cavab alacağını bilmirdinmi? Sən “Gülərcik” yazırsan, cənə “Aydıncik” yazsalar, xoşunamı gələr? Şərhdən şərhə enirsən, fərqində deyilmisən? Səndə bu ötkəmlik, özündən razılıq hardandı? Bəlkə dağlar yaradıbsan, xəbərimiz yoxdu? Heç başına vurdunmu sənin bu yazdıqlarını təhqir elədiklərinin də yaxınları, sənin də yaxınların oxuya bilərlər.
Sən nümunə göstərməlisən, beləmi göstərirsən? Düşünürəm nəticə çıxaracaqsan.
ehtiram adlı istifadəçi, Oktyabr 7, 2007 tarixində, saat 23:09 yazıb:
hekayeye cox güldüm.şərhlərə lap çox.Allah sizi güldürsün.
scorpion adlı istifadəçi, Oktyabr 7, 2007 tarixində, saat 23:27 yazıb:
Yaxşıyın görək Aslan bəy!!!
Siz bu şərhlərin kulturoloji qatlarına enibən oradakı dünya ədəbi- fəlsifi fikir dəryasından əxz edilmiş dəyərli sətiraltı məna dərinliklərinə varmadınızmı? Siz bu şərhdə son illərdə dünya ədəbi-bədii, kulturoloji-estetik düşüncəsində özünə yer etmiş, özünə çox dərin məna qatlarına malik mətnaltı mənalar hopdurmuş bədii-poetik, ədəbi-bədii, elmi-filoloji, bir qədər də fəlsəfi-tarixi istiqamətləri görə bilmədinizmi?
Çox təəssüf!!!
Ay allah bizim bu yazıçılar nə vaxt Aydın oxuduğu kitabları oxuyacaqlar görəsən?
artyazar adlı istifadəçi, Oktyabr 8, 2007 tarixində, saat 20:26 yazıb:
Aslan, sherh hekaye uchun qoyulmush e-imkandir, sherhlerin sherhine ne hacet…
Sanki, saytin aqsaqqalliqi senin boynuna olchulub…
elminhesenli adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 01:33 yazıb:
Gulercim, soz verdiyim kimi oxudum. Tebrik edirem. Hekayenin ideyasi yaxsidir. Dil qusurlarini ise hesab edirem ki, yaza yaza duzeldeceksen. Esas yazmaqdir! Hec kese fikir vermeden, hec kesin reyini dinlemeden yaz getsin. Insanin icindekileri vereqlere bosaltmasindan ve bunu ede bilmesinden gozel ne var ki?
Sene ugurlar arzu edirem.
Qan TURALI adlı istifadəçi, Oktyabr 15, 2007 tarixində, saat 20:01 yazıb:
Yaxsi hekayedir. Menim xosuma geldi. Dil meselesini deyirler ve duz deyirler. Dil dehsetli derecede guclu olmali deyil, amma fikri izah ede bilmelidir. Bezen ise bu problem yaranir.
Bir de ele bil hekaye cox tez qurtarib. Bezi yerleri bir az da genishlendirmek olardi.
Guler, sene ugurlar.. Cox yaz… Ve cox oxu. Sen Seymurdan da boyuk yazici olacaqsan…
Postmodernpərvərpərəst adlı istifadəçi, Oktyabr 16, 2007 tarixində, saat 12:21 yazıb:
Napoleonun sevgilisi( ədəbsizlik etsək, saxlaması) Josefinaya yazdığı
məşhur bir məktub var:” Üç gün sonra Parisdəyəm, nəbadə duş qəbul edəsən.”
Dr. Luan Brizendin də, “Qadın beyni” adlı kitabında “feromon” adlı kimyəvi maddədən bəhs edir. Bu maddə bir damcı kişi tərinin 1%-ni təşkil edir və qoxusu da qadınlarda dəhşətli dərəcədə şəhvət hissi oyadır. “Feromon” xüsusi ilə “reql” ərəfəsində “təhlükəli” olur.
Deməyim odur ki, Gülər, tər o qədər də pis şey deyil, bir az diqqətli ol -))
SISI adlı istifadəçi, Oktyabr 17, 2007 tarixində, saat 11:28 yazıb:
Beyendim..
basharilar..
Qon$u.F adlı istifadəçi, Dekabr 31, 2007 tarixində, saat 02:50 yazıb:
Guler ela-ela!Azerbaycanda butun gencler seni kimi fikirlewib caliwsaydi dovran bu geder bezdirici olmazdi.Ehsen butun ozyawlilara ve genclere Numunesen.Gule-gule…