Azərbaycanın gənc muğam ifaçıları dünən Vaşinqtonun Karnegi İnstitutunda konsert proqramı ilə çıxış ediblər. APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertin əvvəlində bəstəkar Səyavuş Kərimi muğamın tarixi və hazırda muğamın inkişafı üçün ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib. Xanəndələr Bəyimxanım Mirzəyeva və Təyyar Bayramovun ifasında “Mənim Azərbaycanım”, “İrəvanda xal qalmadı”, “Bana-bana gəl”, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və digər mahnıları dinləmək imkanı qazanıblar. Azərbaycanın əməkdar artistləri tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədovun ifalarını xüsusi heyranlıqla qarşılanıb. Konsert proqramı bitdikdən sonra tamaşaçıların sürəkli alqışları nəticəsində musiqiçilər 2 dəfə yenidən səhnəyə qayıdaraq yeni musiqi parçaları ifa ediblər. Konsertdən əvvəl tamaşaçılara Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşr etdirdiyi “Muğam” jurnalı paylanıb. Tədbirdə Azərbaycanın Vaşinqtondakı diasporunun üzvləri ilə yanaşı, diplomatik korpusun və ABŞ-ın hökumət və qeyri-hökumət təşkilatlarının çoxsaylı nümayəndələri iştirak ediblər. İncəsənət ustalarının ABŞ-a səfəri Dövlət Departamentinin “Mədəni müxtəliflik” mübadilə proqramı çərcivəsində həyata keçirilir. Nümayəndə heyətinin səfər proqramına Vaşinqtondan əlavə, Blufild (Qərbi Virciniya ştatı), Sietl (Vaşinqton ştatı), Santa Fe (Nyu-Meksiko ştatı), Nyu-Orlean (Luiziana ştatı) və Nyu-York (Nyu-York ştatı) şəhərlərində müxtəlif ikitərəfli görüşlər və mədəni tədbirlər daxildir.

Təqvim
Sorğu
Hansı ölkənin yazarı olmaq istərdiniz?Bizim Saytlar
Kinematoqrafiya
Kultaz Blogları
Ədəbiyyat və Mədəniyyət
Arxivlər
-
Əməkdaşlar
Statistika
-
- 8 Yazar
- 1,462 Yazı
- 10 Səhifə
- 5,797 Şərhlər
- 997 Şərhçi
- 25 Keçidlər
İndi saytda
-
Müsabiqə
-
Sayğac

Okt
4
Karnegi İnstitutunda Azərbaycan muğam ifaçılarının konserti olub
Bölmə: Xəbərlər |
Göndər
|
Çap et
| 196 oxunma Yazarlar
Seymur Baycan
Seymur Baycan. Lenin ziyalılar haqqındaHəmid Herisçi
ABREKLƏRİN ANDIElnur Astanbəyli
Üçbaşlı yalanQan Turalı
Kitabsız mübarizənin axırı və mahiyyəti
Xəbərlər
- » “Düyün” filmi İtaliyada festivala dəvət alıb
- » Seymur Baycanın yeni kitabı çıxıb
- » Bakıda Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirilir
- » Bakıda ukraynalışairin kitabının təqdimatı oldu
- » “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib
- » Yazıcılar Birliyinin sədri Fransaya gedəcək
- » Ceyms Bondun yeni filmi 220 milyon dollara başa gəlib
- » «Fokus» analitik kinojurnalının ikinci sayı satışda
- » İlham Əliyev Yazıçılar Birliyində oldu
- » Lənkəran teatrında yeni tamaşanın premyerası olub
- » Azərbaycan filmi Qazaxıstanda mükafatlandırıldı
- » Azərbaycan filmi “Oskar”a təqdim olunub
- » Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb
- » Azərbaycan kinosu haqqında ilk bülleten
- » “Düyün” filmi Düşənbədə “Qran-pri”yə layiq görülüb
- » Almaniyada Azərbaycan şeir antologiyası nəşr olunub
- » Məmməd Arazın 75 illiyi qeyd edilib
- » Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək
- » Qəşəm Nəcəfzadənin şeiri Amerika mətbuatında
- » Əkrəm Əylisli yeni romanını çap etdirmək istəmir
-
Müsabiqə
Bölmələr
-
Səhifələr
-
Ən son yazılar
-
Ən son şərhlər
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Elnarə Şəms tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Şəms EL tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün Tuncay tərəfindən yazılan şərh
- Eldəniz SADIXLI (Qamçı MEZARUS). BİR ÇAL-ÇAĞIR ÖLKƏSINDƏ… yazısı üçün TaNıŞ tərəfindən yazılan şərh
- “Sənə və hər kəsə salam, Payız…” yazısı üçün J. tərəfindən yazılan şərh
Alboma baxış








