Qaynar xəbər portalı

Kitab dünyası


Latviyanın tanınmış “Kosmos” vokal qrupu “Qızıl payız” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, qrup üzvləri bu gün mətbuat konfransı keçiriblər. Qrupun üzvü Reynes Seyans “Kosmos”un 5 ildir fəaliyyət göstərdiyini və bu illər ərzində çox uğur qazandığını deyib: “Altı yaşından bir yerdəyik. Qrupu isə 5 il bundan əvvəl yaratmışıq. Əminik ki, Azərbaycanda konsertimiz uğurla baş tutacaq”. İlk dəfədir Azərbaycana səfər etdiklərini söyləyən R. Seyans Bakıda da pərəstişkarlarının olduğuna inandığını bildirib. Qrupun digər üzvü Andris Seyans isə vokal qrupu olmalarına baxmayaraq, hazırda caz janrının sirlərini də öyrəndiklərini, yaxın vaxtlarda özlərini musiqinin bu janrında da sınayacaqlarını açıqlayıb. Yuris Lısenko isə indiyə qədər Almaniya, Fransa, Belçika və ABŞ-da konsertlər verdiklərini söyləyib.
Qeyd edək ki, bu gün axşam M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Qızıl payız” beynəlxalq musiqi festivalının açılış mərasimi keçiriləcək. Oktyabrın 7-nə kimi davam edəcək festivalda Latviyanın “Kosmos”, Azərbaycanın “Qaya”, Ukraynanın “ManSound”, Belarusun “Camerata”, Rusiyanın “Acapella Express” və Almaniyanın “The Shin” qruplarının çıxışı olacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: