Qaynar xəbər portalı

“Azərbaycan dilində olan ilk nəsr və tərcümə əsəri, həm də türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastan nümunəsinin Türkiyədə aşkar edilən və ölkəmizə gətirilən surəti hazırda tədqiq olunur və çapa hazırlanır. Davamı…


Üç həftə sonra mütəxəssislər gələcək

Beynəlxalq Kino Məktəbi nəhayət işə başladı. Məktəb tələbələri bir araya gətirib, ilk günü yola verdi. Məktəbdən “OLAYLAR”a verilən məlumata görə, ilk gündə direktor Cəmil Quliyev dərs keçib. Tanışlıq xarakterli dərs günündə tələbələrə bir neçə film təqdim olunub. Üç həftədən sonra isə Rusiyadan rejissorlar gəlməlidilər. Davamı…


Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Kəramətin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan şair Maarif Soltan şairi yubiley münasibəti ilə təbrik edib. Davamı…


“İşıq” Mədəniyyət Xadimləri Assosiasiyası yeni sayta təqdimat keçirib. “www.luch-az.som” ünvanlı sayt mədəniyyət xadimlərinə və mədəni tədbirlərə həsr olunub. Davamı…


Qəşəm Nəcəfzadə(Səlim Babullaoğlunun şeirləri haqqında esse)

Qəşəm Nəcəfzadə

Səlimin şeirləri riyaziyyat qədər həqiqətdir. Ancaq bu həqiqətin yolu çox uzundu, isbatına bir ömür belə çatmaz. Bu şeir riyaziyyatında əsas məsələ qalın bir dəftərin sonuncu vərəqi deyil, əsas zamandı, bəlkə də min il, milyon il zaman məsafəsi. Ədəbiyyatda elə şeirlər var ki, başdan-ayağa yalandı, yanmış kağız püfəsidir, üfürürsən gedir. Heç vaxt belə şeirlər dünya qanunlarına əsaslanmır. Səlimin şeirləri dünyanın fiziki, kimyəvi, riyazi, ədəbi, məntiqi qanunlarına söykənir. Hər binanın bir ustası olduğu kimi, bu şeirlərin də bir yaradıcısı, qurucusu var: Davamı…


CavidanCavidan

Ax, Avropa, Avropa!!!
“Çalıquşu”ndan

Deyirlər aşığın sözü qurtaranda “dalay-dalay” edərmiş…
Bizim bəzi aşıq-yazar kişilərimizin də sözləri tükənib deyəsən. Ah, pardon, mən nə söylədim? Olmayan bir şey necə tükənə bilərmiş, canım? Bunlar elə o səbəbdən “dalay-dalay “ edirlər ki, görən desin, guya ki, bunların sözü varmış, indicə, bax elə bu dəqiqələrdə tükənib.
Kimsənin adını çəkib şərəfləndirməyəcəyəm, zatən oxucuya ip ucları versəm, kifayətdir, dabbaqda gönlərinə bələddir hər kəs bunların… Davamı…