Ədəbiyyat üzrə Nobel mükafatı oktyabrın 11-də təqdim olunacaq
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Ekim, 20072007-ci ilin ədəbiyyat üzrə Nobel mükfatçısının kimliyi oktyabr ayının 11-də açıqlanacaq. Qalibin adını son illərdə olduğu kimi Akademiyanın üzvü Horas Endqal elan edəcək. Bir qayda olaraq Akademiya yalnız ədəbiyyat üzrə namizədlərin adlarını əvvəlcədən bildirmir. Siyahıda adları olan ədiblər barədə məlumat yalnız qalib bəlli olduqdan sonra ictimaiyyətə təqdim olunur. Hələlik dünya ədəbi ictimaiyyəti qalib qismində yalnız Ladbroker şirkətinin (bu şirkət 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatçısının Orxan Pamuk olacağını mükafatlandırma mərasimindən 6 ay öncə proqnozlaşdırmışdı) siyahısındakı namizədlərdən birini görür. Ladbroker-in siyahısında birincilik italyan yazıçısı Klaudio Maqrisə aiddir. Siyahıda həmçinin Les Mürreyin, Filip Rotun, Yaan Kaplinskinin, Don Delilonun, Amos Ozun adları var. Lakin ədəbiyyat üzrə məşhur Buker mükafatının bir qrup laureatı qalibin ya Antonio Tabukki, ya da Mariz Konde olacağını düşünür. Məsələn, Qabriel Qarsiya Markesin fikrincə, bu il mükafatı koreyalı şair Ko Yun, Xose Saramaqonun təxmininə görə isə suriyalı şair Adonis qazanacaq. Görək, Horas Endqal nə deyir. /Lit.az/





Yüklənir...