“Bütün aləm bilir ki, Əlibaba kimdir, Canəli kimdir. Mən heç kimə cavab vermək istəmirəm. Mən qəzetə elə müsahibə verməmişəm. O yayılan müsahibədən xəbərim olmayıb, Canəli isə o yazılana cavab verib. İstəyirlər gündə yazsınlar, mənim üçün heç bir fərqi yoxdur. Mənim 80-ə yaxın yaşım var. Bundan sonra nə moda minəcəyəm, nə moddan düşəcəyəm”. Bunu APA-ya açıqlamasında xalq artisti Əlibaba Məmmədov deyib.
Canəli Əkbərov APA-ya açıqlamasında qəzetçiləri şou yaratmaqda təqsirləndirib: “Bizim hansı yaşımıza yaraşır bu cür münasibət? Mən Əlibabaya hörmət edən bir insanam, o niyə mənə qarşı bu cür münasibət göstərməlidir? Qəzetdə məni biabır edib, mən susmalıyam? Sonra da deyəcəkdilər ki, qorxub cavab vermədi. Mən ömrümdə tənqid olunmamışam. Mən 50 ilə yaxındır ki, oxuyuram və heç vaxt tənqid olunmamışam. Hər zaman təriflənmişəm və məni tərifləyənlərdən biri də Əlibaba Məmmədov olub. Düz oxumurdum, məni niyə vaxtında tərifləyirdin? Bu müsahibəyə kimi Əlibaba ilə münasibətimiz çox gözəl idi. Azərbaycan incəsənətində bizim qədər bir-birinə qarşı diqqətli, hörmətcil yanaşan ikinci cütlük olmayıb”.
« Bethoven: Sükutun Simfoniyası | Əsas səhifə | Artur Millerin “Körpüdə mənzərə” tamaşasına ictimai baxış keçiriləcək »




Bölmə: 









Novarg adlı istifadəçi, Oktyabr 8, 2007 tarixində, saat 16:53 yazıb:
Biabirchiliqdi…
Şahanə adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 14:49 yazıb:
Qədimlərdə Opera və Balet Teatrında “Şah İsmayıl” operasına baxmağa getmişdik. Bizdən ön sırada yaşlı almanlar oturmuşdular və çox diqqətlə səhnədə baş verənləri izləyirdilər. Canəli bəy bizi əməlli-başlı biabır elədi. Gülməkdən ölürdük Şah İsmayıl-Canəli Əkbərov zilə qalxıb oxumağa başlayanda. Bu adam görmürmü ki, daha oxuya bilmir?? Bu sözü gərək gənclər yox, elə yaşlılar desinlər bir-birlərinə. Onların ki qəbul etdikləri yalnız tay-tushlarının fikridir…
Səhnədən abırla-hörmətlə getmək lazımdır.
Amma tamaşanın bir yeri xususi ləzzət eləmişdi bizə - nataraz Ərəbzəngi, deyəsən Sahibə xanım idi rolda, İsmayılı fırlayıb yerə atanda. Elə bil tamaşaçıların heyfini aldı kişidən…
Vallah, yaza-yaza da gülürəm Şah İsmayılın o halına…)))