Qaynar xəbər portalı

Kitab dünyası


Gənc bəstəkarın uğuru


Bölmə Bölmə: Musiqi | Göndər Göndər | Çap et Çap et | 388 oxunma

Firudin AllahverdiFirudin Allahverdinin əsərləri xarici ölkələrdə səslənir

Bu ay bəstəkar Firudin Allahverdinin əsərləri 3 xarici ölkədə səslənəcək. Əvvəlcə 7 oktyabrda Ukraynanın paytaxtı Kyiv şəhərində beynəlxalq “Kyiv Music Fest” festivalında “Tempori nostri” ansamblı bəstəkarın “Hara?” əsərini ifa edib. Əsər festivalın son günündə gənc bəstəkarların əsərlərindən ibarət konsertdə səslənib. Oktyabrın 14-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən digər festivalda eyni əsər “Contempo” ansamblının ifasında səslənəcək. Bəstəkarın bu il yazdığı ən yeni əsəri “12 ifaçı üçün Musiqi” əsərinin isə ayın sonunda Özbəkistan paytaxtı Daşkənddə keçirilən “Omnibus-laboratorium” beynəlxalq master-klassları çərçivəsində səslənəcək.
Qeyd edək ki, Firudin Allahverdi həm də bu master-klassların koordinatorudur. Master-klasslarda Firudin Allahverdidən başqa digər gənc bəstəkar Türkər Qasımzadə də “8 alət üçün musiqi” əsəri ilə ölkəmizi təmsil edəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Oktyabr 8th, 2007 tarixində 00:29 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

11 şərh var


  1. Novarg adlı istifadəçi, Oktyabr 8, 2007 tarixində, saat 17:12 yazıb:

    Bestekar olmaq hevesi ile yashayan genclerimize ugurlar dilemekle beraber, olkemizde adam bashina dushen milli gelirin adam bashina dushen milli borcdan 3 defe az olmasini xatirladir, ki, bu da insanlarimizin bacarmadiqlari ishlerle meshgul olmaqlarinin neticesidir, onlara helelik mehz bacardiqlari ishle; indiki halda notlar ve seslerle meshgul olmaq uchun heves, vaxt ve sherait arzulayiram…


  2. Seymur adlı istifadəçi, Oktyabr 8, 2007 tarixində, saat 19:39 yazıb:

    Eger bu adam oz ishi ile meshgul olmasaydi, bele ugurlar elde etmezdi: demek oz ishini, senetini yaxshi bilir ve catdirir ki, bashqa ishlerle de meshgul olur.
    Her halda eseri bir ay erzinde 3 olkede seslenen diger genc bestekar adi ceke bilmezsiniz.


  3. Novarg adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 11:59 yazıb:

    Canim-gozum, ana sehifeye kech, azca bashini yuxari qaldir, Bethoven haqqinda oxuyacaqsan… Onun dovrunde yazdigi eserleri seslendire bilecek piano icad olunmamishdi…

    O ki qaldi “oz ishini chatdirib (?) bashqa ishlerle meshgul olmag”a; genc olan her kesi, xususen eger bu genc bestekardirsa, qeyri-ciddi hesab etdiyimi nezerine chatdirib - Allah seni guldursun…- deyirem… -))


  4. Şahanə adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 12:33 yazıb:

    Gənc bəstəkarı təbrik edirəm!

    Firudin bəy, sizin əsərlərinizi dinləmək istərdim. Ancaq elə adınızı eşitdim bu günə qədər. Yəqin ki, mənə yardımçı olarsınız…


  5. scorpion adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 13:36 yazıb:

    Mən bu adfamın əsərlərini eşitməmişəm ona görə də səviyyə barədə heç nə deyə bilmərəm. Ancaq əsərlərinin bir ay ərzində 3 ölkədə səslənməsi hələ heç nə demir. Qəşəmin də şeirləri Hollandiyada səslənib…


  6. artyazar adlı istifadəçi, Oktyabr 9, 2007 tarixində, saat 18:58 yazıb:

    Firudin “manıs”, səni təbrik edirəm, qardaş! Uğurun - yeni nəslin qələbəsinin bir çalarıdır…
    Novarg və scorpion nikciyəzlərinə fikir vermə, onlar Azərbaycan xalqının e-variantlarıdırç daraşırblar gənc istedadların canına: arxalarındakı real adamların bir yaradıcı məhsulunu görən olubmu?!


  7. scorpion adlı istifadəçi, Oktyabr 10, 2007 tarixində, saat 00:12 yazıb:

    Aydın bax sən özün istədin… Azərbaycan xalqının e-variantı olmaq yəni belə qorxuludur? Sənin kimi e-mutant olmaqdansa bu daha yaxşıdır məncə…


  8. e110365 adlı istifadəçi, Oktyabr 10, 2007 tarixində, saat 10:46 yazıb:

    Firudin Allahverdiyə uğurlarının davamını arzulayıb, üzümü tuturam İdarəçiyə. Ana dilli mədəniyyət portalında yerləşdirilən yazılara verilən şərhlər, insanlarımızın mədəniyyətlə heç öz boyları qədər də tanış olmadıqlarını hayqırır. Portalda şərh yerləşdirmə imkanının ləğv edilməsinin mədəniyyət naminə bir addım olduğunu düşünürəm.


  9. Novarg adlı istifadəçi, Oktyabr 10, 2007 tarixində, saat 11:06 yazıb:

    Bu portalda en son 5 sherh gorunur, bu pisdir, diger yazilan sherhleri gormek uchun yazilari achmaq lazim gelir… hormetli idarechi, en son sherhler bolmesinde gorunen sherhlerin sayini 10-a qeder artirmaq lazimdir ki, haqlarinda soz yazib ozlerinden xudbin olmaga yol achdgimiz arxadashlar ve onlarin boyur-bashindakilar her sheyi gorub oxuya bilsinler…


  10. zuzu adlı istifadəçi, Oktyabr 10, 2007 tarixində, saat 20:29 yazıb:

    tebrikler Firudin


  11. Guler_Miryahya adlı istifadəçi, Oktyabr 11, 2007 tarixində, saat 00:35 yazıb:

    Atacan tebrik edirem.Ugurlar sene.Senin her en xirda ugurun da menim sevincimdi.:)

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: