Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Oprea və Balet Teatrında dünya şöhrətli tenor Xose Karrerasın konserti olacaq. Biletlər 80, 300, 400 və 500 manata satılır. Bu barədə APA-ya konsertin təşkilatçısı olan “İtal-dizayn” şirkətinin reklam və icitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Fərəh Qurbanova məlumat verib. Davamı…

Okt
10
Xose Karrerasın konserti üçün biletlər 80, 300, 400 və 500 manata satılır
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Okt
10
“Keçid” və “Ev” Azərbaycanı təmsil edə bilər
Mart ayında İsveçrənin Friburq şəhərində beynəlxalq film festivalı keçiriləcək. Festivala artıq iki Azərbaycan filmi göndərilib. Bu barədə “OLAYLAR”İA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin məsul işçisi Almaz Sultanzadə məlumat verib. Onun sözlərinə görə, Yusif Quliyevin “Keçid”, Asif Rüstəmovun “Ev” filminin layihəyə qəbul olunub-olunmadığı hələ məlum deyil. Davamı…
Okt
10
Muğam ustası, mərhum xanəndə Səxavət Məmmədovun bütün ifalarından ibarət olan “Görkəmli Azərbaycan xanəndəsi Səxavət Məmmədovun səs xəzinəsi” adlı musiqi albomu hazırlanır. Albomun II nəşri olan “Səxavətli muğamlar” Kiyev şəhərində artıq işıq üzü görüb. Davamı…
Okt
10
Uşaq Muğam festivalı yekunlaşıb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Qaliblərin yekun konserti olacaq
12-ci Uşaq Muğam Festivalı yekunlaşıb. Oktyabrın 13-də R.Behbudov adına Mahnı Teatrında festivalın qaliblərinin yekun konserti olacaq. Bu barədə “OLAYLAR”a teatrın mətbuat xidmətindən məlumat verilib. Davamı…
Okt
10
“Qadın festivalı”nda Azərbaycanı xanəndə Fərqanə Qasımova təmsil edəcək
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Xanəndə Fərqanə Qasımova Brüsseldə keçiriləcək “Qadın festivalı”nda ölkəmizi təmsil edəcək. Bu barədə APA-ya xanəndənin ailəsindən məlumat verilib. Dekabrın 6-dan 15-dək keçiriləcək festivalda xanəndəni Rauf İslamov və Ələsgər Məmmədov müşayiət edəcək. Davamı…
Okt
10
Azərbaycan filmləri “Şərəf” sertifikatı alıb
Hindistanda uzun müddətdir ki, davam edən mədəniyyət haqqında Beynəlxalq Film Festivalı yekunlaşıb. Festivalda Azərbaycan mədəniyyətini “Qədim Azərbaycan tarixi abidələri” və “Qobustan” adlı filmlər təmsil edib. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Bu barədə “OLAYLAR”a nazirliyin kinematoqrafiya şöbəsindən məlumat verilib. Davamı…
Okt
10
Tamaşa Mahaçqalada təqdim olunub
“İbRus” teatrında səhnələşdirilən “Buninin son döyüşü” adlı tamaşa Mahaçqala şəhərində uğurla nümayiş etdirilib. Şimali Qafqaz ölkələrinin teatr festivalında nümayiş etdirilən tamaşanın başqa festivallarda təmsil olunacağı da gözlənilir. Bu barədə “OLAYLAR”İA-ya teatrdan məlumat verilib. Davamı…
Okt
10
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə məcburi köçkün gənclər arasında ikinci yaradıcılıq festivalı keçirilir. Davamı…
Okt
10
“ Xalqımın qarşısında üzü ağ, övladlarımın qarşısında üzü qarayam”
Yazıçı Seyran Səxavətlə müsahibə
- Neçə ildir ki, görünmürsünüz. Haralarda olursunuz?
- Başımı aşağı salıb öz işimlə məşğulam. Yazanda özümü yaxşı hiss edirəm, yüngülləşib, mehribanlaşıram. Ümumiyyətlə, mənim üçün gündəm anlayışı yoxdur, dünyada ki varam. Gündəm dünyadan böyük deyil ki? Mən şou əhli və ya diktor deyiləm ki, hər gün efirdə görünüm.
- Nə yazırsınız?
- Mən həmişə bir yazını iki dəfə yazıram. Birinci dəfə beynimdə, ikinci dəfə kağız üzərində. İkinci yazı sadəcə mirzəlikdir. İndi mən mirzəlik etmirəm. “60 ilin kişisi” adlı üç hissəli bir roman üzərində işləyirəm. Demək olar ki, bu əsər beynimdə tam hazırdır. Gərək yazı ardınca gedəndə hər şeyi unudasan. Yazı çox eqoist bir şeydir. Yazı biləndə ki, sənin qəlbində ondan başqa zərrə qədər nə isə var, heç vaxt əlinə qələm götürə bilməzsən. Davamı…








