Xanəndə Fərqanə Qasımova Brüsseldə keçiriləcək “Qadın festivalı”nda ölkəmizi təmsil edəcək. Bu barədə APA-ya xanəndənin ailəsindən məlumat verilib. Dekabrın 6-dan 15-dək keçiriləcək festivalda xanəndəni Rauf İslamov və Ələsgər Məmmədov müşayiət edəcək. Brüsselə Fərqanə Qasımova ilə birgə gedəcək xalq artisti Alim Qasımovun isə festivalda çıxışı nəzərdə tutulmayıb. Azərbaycanın ilk dəfə olaraq təmsil olunduğu festival çərçivəsində Fərqanə Qasımova haqqıdna çəkilən filmin təqdimatı da keçiriləcək. Qeyd edək ki, sözügedən film bir neçə müddət bundan əvvəl festivalın Təşkilat Komitəsi tərəfindən istehsal olunub.
« Hindistanda mədəni mövzulu film festivalı yekunlaşdı | Əsas səhifə | Uşaq Muğam festivalı yekunlaşıb »




Bölmə: 








