Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Oprea və Balet Teatrında dünya şöhrətli tenor Xose Karrerasın konserti olacaq. Biletlər 80, 300, 400 və 500 manata satılır. Bu barədə APA-ya konsertin təşkilatçısı olan “İtal-dizayn” şirkətinin reklam və icitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Fərəh Qurbanova məlumat verib. O bildirib ki, Xose Karreras oktyabrın 18-də “Chopard” mağazasının açılışında iştirak edəcək. Oktyabrın 19-da isə tenorun iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır. F. Qurbanova deyib ki, oktyabrın 20-də gerçəkləşəcək konsertdə “Chopard”ın yüksək zərgərlik kolleksiyasının nümayişi və kokteyl də nəzərdə tutulub. Konsert saat 18:00-da başlayacaq.
« “Friburq” festiavlına iki film göndərilib | Əsas səhifə | Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında kitabı çapdan çıxıb »




Bölmə: 








