2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına ingilis yazıçısı Doris Lessinq layiq görülüb. «Media forum» saytı RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qərarı bu gün İsveç akademiyasının daimi katibi Horas Enqdal açıqlayıb.
87 yaşlı Lessinq müxtəlif mədəniyyətlər və incəsənətlər arasındakı münasibətlərlə bağlı işinə görə mükafatlandırılıb. Lessinqin uşaqlığı vaxtilə ingilis əsarətində olan Cənubi Rodeziyada (indiki Zimbabve) keçib. Onun bir neçə kitabı məhz həmin dövrlə bağlıdır. Yazıçının «Qızıl gündəlik» romanı feminist ədəbiyyatının klassik əsəri hesab olunur. Davamı…

Okt
11
ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI İRANDA DOĞULMUŞ 87 YAŞLI İNGİLİS QADINA VERİLDİ
Bölmə: Ədəbiyyat | ≅ 6 şərh var
Okt
11
Bakıda Türkiyə, Qazaxıstan və Özbəkistan kitabları həftəsi keçiriləcək
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Kitab Klubunun təşkilatçılığı ilə oktyabrın 16-dan 30-na kimi “Xarici ölkələrin kitabları ilə tanışlıq” layihəsi həyata keçiriləcək. Kitab Klubunun direktoru Elxan Rzayev APA-ya bildirib ki, layihə çərçivəsində Türkiyə, Qazaxıstan və Özbəkistan kitabları həftəsi təşkil olunacaq. Davamı…
Okt
11
“Nurlan” nəşriyyatında şairə və tədqiqatçı Nuridə Atəşinin Məhəmməd Əsəd Bəy haqqında yazdığı “Yüz ilin sirləri” kitabı çapdan çıxıb.
N. Atəşinin APA-ya verdiyi məlumata görə, kitabda Əsəd Bəy haqqında arxiv sənədləri, yazıçının məktubları, əlyazmaları, xüsusi ilə onun “Qurban Səid” təxəllüsü ilə yazmış olduğu “Sevgidən bixəbər kişi” romanının əlyazmasının bir hissəsi dünya mətbuatında ilk dəfə nəşr edilib. Davamı…








