ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI İRANDA DOĞULMUŞ 87 YAŞLI İNGİLİS QADINA VERİLDİ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Ekim, 2007

Doris Lessinq2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına ingilis yazıçısı Doris Lessinq layiq görülüb. «Media forum» saytı RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qərarı bu gün İsveç akademiyasının daimi katibi Horas Enqdal açıqlayıb.
87 yaşlı Lessinq müxtəlif mədəniyyətlər və incəsənətlər arasındakı münasibətlərlə bağlı işinə görə mükafatlandırılıb. Lessinqin uşaqlığı vaxtilə ingilis əsarətində olan Cənubi Rodeziyada (indiki Zimbabve) keçib. Onun bir neçə kitabı məhz həmin dövrlə bağlıdır. Yazıçının «Qızıl gündəlik» romanı feminist ədəbiyyatının klassik əsəri hesab olunur. Doris Lessinq 1919-cu il oktyabrın 22-də İranın Kirmanşah şəhərində anadan olub. 1925-ci ildə ailəsi Zimbabveyə köçüb. 15 yaşına qədər katolik məktəbində təhsil alıb, bundan sonra heç yerdə oxumayıb. 1949-cu ildə Afrikadan Londona gəlib. 1950-60-cı illərdə Britaniya Kommunist Partiyasının ən fəal üzvlərindən biri kimi nüvə silahı əleyhinə hərəkatda iştirak edib. 1949-cu ildən çap olunmağa başlayıb.
İngilis qadının bu mükafatı alması çoxlarını təəccübləndirib. Çünki favoritlər Amerika yazıçısı Filip Rot, italyan yazıçı Klaudio Maqris, İsrail yazıçısı Amos Oz hesab olunurdu.
Builki mükafatın məbləği 10 milyon İsveç kronudur (1,5 milyon ABŞ dollarına yaxın).
Xatırladaq ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına türk yazıçısı Orxan Pamuk layiq görülmüşdü. /Mediaforum/

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Doris xanım, saytımızı oxuyursunuzsa, sizi təbrik edirəm!

    Siz, daha doğrusu İsveç Akademiyası bir daha sübut etdi ki, insan istənilən yaşda uğur qazanmağa qadirdir!

  2. Zahir muellime tesekkurler..!
    Bu qadinin Nobel almasinin esas sebebi, realist olmasi ve eserlerinde realliga soykenmesidir..
    Bu insanin cox iti yaddashi var ve esitdiyime gore yazdigi eserleren biri 41 il once bash vermish bir hadisenin teferruatlaridir..
    Hemde cox gozel tercumeci olub..

  3. Məncə, Doris xanım əsərlərindəki feminist çalarlarına görə Nobelləşdirilib…

    Daha geniş burada:

    http://www.artyazar.tk
    http://www.xariciedebiyyat.tk

  4. Dogurdan mende hesed doguran xeber oldu. Goresen ne vaxtsa yerlilerimizden de nobel alan olacaq…Men bele dushunurem ki olsa da biz bu hadiseni gormekcun sumuklerimiz coxdan curumush olacaq:((

  5. Gelin bir birimizi qirmayaq. 87 yashli ingilis yazarini tebrik edib-hercend ki ozunun bundan xeberi olmasa da-o umidle yashayaq ki ne vaxtsa oz hemvetenlimizi tebrik edeceyik

  6. Təbii, ixtiyar sahibisiniz, hörmətli admin. İstifadəçi olaraq qərarlarınıza hörmət etmək gərəkir…

    Amma mən burada silinəsi bir şey görmürdüm şəxsən.
    Özündənrazılığa, qabalığa qarşı müqavimətdən, əks fikirdən başqa bir şey yoxuydu burada…

    Tərs kimi, hörmətli Aydın bəy də sualımı cavabsız qoydu nəsə. Görünür liberal qlobalistlərdə bir adət bu…

Şərh yazın