Qaynar xəbər portalı

Kitab dünyası


Kitab Klubunun təşkilatçılığı ilə oktyabrın 16-dan 30-na kimi “Xarici ölkələrin kitabları ilə tanışlıq” layihəsi həyata keçiriləcək. Kitab Klubunun direktoru Elxan Rzayev APA-ya bildirib ki, layihə çərçivəsində Türkiyə, Qazaxıstan və Özbəkistan kitabları həftəsi təşkil olunacaq. İki həftə davam edəcək kitab həftəsində oxucular kitablara baxmaq, klubda oxumaq, sifariş etmək, satışda olanlarını isə almaq imkanına malik olacaq. Tədbir çərçivəsində kitabları nümayiş etdirilən ölkənin nümayəndələri ilə görüşlər, kitabların müzakirəsinin keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi Azərbaycan oxucularını xarici ölkələrdə nəşr edilmiş kitablarla tanış etməkdir. Layihə xarici ölkənin kitablarının nümayişi həftəsi formasında həyata keçiriləcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: