Azərbaycanlı rəssam İstanbulda emalatxana açıb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Ekim, 2007Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu İstanbulun Yeşilyurt qəsəbəsində yeni incəsənət emalatxanası açıb. Əbülfəz Fərəcoğlu APA-nın Türkiyə bürosuna açıqlamasında sevincinin həddi-hüdudu olmadığını bildirib: “Həyatım boyu xəyalını qurduğum incəsənət emalatxanasını, nəhayət, yarada bilmişik. Tələbələrim bu işdə mənə çox kömək ediblər. Burada hələlik həftədə 3 gün dərs verirəm. Başqa yerlərdə olan tələbələrimi gələn ildən buraya toplayacağam. Dərslərimi 10 aylıq proqrama görə verəcəyəm. Tələbələr dərsə qara qələmdən başlayıb sulu boya və pastelə, oradan da yağlı boyaya keçəcəklər. 10 aylıq proqrama görə sertifikat vermək üçün yaxın vaxtlarda Türkiyənin Milli Təhsil Nazirliyinə müraciət edəcəyik”.
Azərbaycanlı rəssamın yeni incəsənət emalatxanasında dərs alan türkiyəli tələbələr Nimet Yılmaz, İlksen Çizmecioğlu, Fulya Katsal, Nilüfer Kalkandelen və Pelin Konakçı APA-nın Türkiyə bürosuna Əbülfəz Fərəcoğlunun tələbəsi olmaqdan qürur duyduqlarını, ondan çox şey öyrəndiklərini bildiriblər: “Əvvəllər başqa müəllimlərlə də işləmişik, amma püxtələşə bilmirdik. Əbülfəz müəllimin sayəsində nəinki sənətə, hətta həyata da baxışımız dəyişdi”.





Yüklənir...