“Analar və uşaqlar” adlı foto-sərgi keçirildi

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 17 Ekim, 2007

analar_ve_ushaqlar_foto_sergisi.jpg “Azərfoto” agentliyi və Böyük Britaniyanın Oxfam təşkilatının “Analar və uşaqlar – problemlər və sağlam gələcək” mövzusunda birgə keçirdikləri foto-müsabiqə ötən günlərdə başa çatdı. İyun – sentyabr aylarında keçirilən və 15-ə yaxın peşəkar və həvəskar fotoqrafın iştirak etdiyi müsabiqədə münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı fotomateriallar bu gün boyunca Tofiq İsmayılov adına “Uşaq dünyası” sərgi salonunda nümayiş etdirildi.

C.Abdulla, Ə.Davud, K.Məcidov, F.Həsənov kimi müəlliflərin iştirak etdiyi bu sərginin keçirilməsində əsas məqsəd Yoxsulluğun Azaldılması üzrə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının həyata keçirdiyi “Səhiyyə ilə bağlı Minilliyin İnkişaf Məqsədləri Kampaniyası” çərçivəsində respublikamızda ana və uşaq ölümlərinə diqqət çəkərək onların azaldımasına nail olmaqdan ibarətdir.

Sərgidən olan ən maraqli foto-şəkillər ilə aşağıda tanış ola bilərsiniz.

kenan_mecidov_analar_ve_ushaqlar_1.jpg

kenan_mecidov_analar_ve_ushaqlar_2.jpg

kenan_mecidov_analar_ve_ushaqlar_3.jpg

kenan_mecidov_analar_ve_ushaqlar_4.jpg

kenan_mecidov_analar_ve_ushaqlar_5.jpg

kenan_mecidov_analar_ve_ushaqlar_6.jpg

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın