Qaynar xəbər portalı

Kitab dünyası


Böyük Britaniya Kino Muzeyinin təşəbbüsü ilə Bakıda Çarli Çaplinin vəfatının 30-cu ildönümü qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, tədbir noyabrın ilk ongünlüyündə Muzey Mərkəzində keçiriləcək. Tədbirdə Çarli Çaplinin baş rolu canlandırdığı və ekranlarda çox az göstərilmiş “Müsyö Verdu” bədii filmi nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Ayaz Salayevin aparıcılıq edəcəyi mərasimdə Çaplin haqqında hazırlanmış video çarx da göstəriləcək. Muzeyin foyesində isə tanınmış gülüş ustasının həyat və yaradıcılığını əks etdirən foto sərgi təşkil olunacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: