İstanbul Bələdiyyə Teatrı Azərbaycana qastrol səfəri edəcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ekim, 2007İstanbul Bələdiyyə Teatrı Elçinin “Qatil” pyesi əsasında səhnələşdirilmiş “Ulduzlar altında cinayət” tamaşası ilə Azərbaycana qastrol səfəri edəcək. Tamaşa noyabrın 2-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında göstəriləcək. Teatrın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tamaşa ilk dəfə 2006-cı ilin noyabrın 1-də nümayiş etdirilib. Tamaşa İstanbulun mədəni həyatında böyük maraq və rəğbətlə qarşılanıb, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib, mətbuatın diqqət mərkəzində olub. Tamaşanın quruluşçu rejissoru 15 ildir İstanbul teatrında çalışan tanınmış aktrisa və rejissor Məlahət Abbasovadır.
Qeyd edək ki, “Qatil” faciəsi Elçinin Türkiyənin aparacı teatr səhnələrində tamaşaya qoyulmuş dördüncü pyesidir.





Yüklənir...