Qaynar xəbər portalı

Kitab dünyası


Oskar2007-ci il üçün “Oskar” mükafatına 63 ölkədə istehsal olunmuş film təqdim edilib. APA-nın məlumatına görə, bu nüfuzlu mükafatı almaq üçün müsabiqədə ilk dəfə olaraq Azərbaycanda istehsal edilmiş film də iştirak edəcək.
“Metropol” Kino Şirkətinin prezidenti, kinorejissor Fərid Hümbətovun “Qafqaz” filmi “Oskar” mükafatını almaq üçün müsabiqəyə təqdim olunub. “Qafqaz” tammetrajlı bədii filmi Fərid Hümbətovun ikinci ekran əsəridir. Bu filmdən öncə rejissor “Kənar şəxslər” filmini çəkib. Bu il keçirilən müsabiqəyə Azərbaycanla yanaşı İrlandiya da ilk dəfə qatılıb. Münsiflər heyəti müsabiqəyə təqdim olunan 63 film sırasından ən yaxşı 5-ni seşərək müxtəlif nominasiyalar üzrə mükafatlandıracaqlar. Rusiyanı bu müsabiqədə Nikita Mixalkovun “12” filmi təmsil edir. Kino tənqidçilərinin fikrincə, bu il “Oskar” mükafatını almağa ən şanslı film Kann festivalının qalibi olmuş “Dörd ay, üç həftə, iki gün” (Rumıniya, rejissor Kristian Munqiu) hesab olunur.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: