Azərbaycan prezidenti İlham Əliyev Habil Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, H. Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə təltif olunub.

Okt
19
Okt
19
Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Bəli, boynuma alıram: məni - dilimə gətirdiyim sözlərdən yapışaraq - qeyri-operativlikdə günahlandıran e-dostum Rəbiqənin (yazılarımda adını, sadəcə, Rə çağırıram) şərhi-basqısı olmasaydı, bu qeydlərin İnternetə gəlişi, kim bilir, haçana qalardı…
Şair dostum (deyəsən, bu ifadəm artıq sizlərin qulağınızı döyənək eləyib!), “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, bir sözlə, ədəbi prosesimizin çeviklərindən sayılan Səlim Babullaoğluyla Azərbaycan Dillər Universitetinin tələbə-müəllım heyətinin ədəbi görüş xəbərini eşidəndə, daha sonra www.azyazar.com saytında bildirişini oxuyanda və Səlimin özəl dəvətini alanda ürəyimin Davamı…
Okt
19
Siyavuş Aslanı faciəvi rakursda təqdim edəcək
Azərbaycan televiziyasında gedən dəyişikliklər nəinki tamaşaçıların, heç mütəxəssislərin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, televiziya sahəsi üzrə ən tanınmış şərhçilər “Az.TV adı altında yeni televiziya yaradılır” ifadəsini işlətməkdən çəkinmirlər. Azərbaycan televiziyasına yeni nəfəs gəlir, efir gəncləşir, maraqlı televerilişlər, layihələr televiziyanın auditoriyasını böyüdür. Belə verilişlərdən birinin - “Avtoqraf”ın müəllifi Vidadi Hüseynov bizimlə söhbətində televiziyada gedən dəyişikliklərdən söhbət açdı. Davamı…
Okt
19
«Yuğ» teatrının kollektivi Qafqazın Mədəniyyət Yarmarkasında iştirak edəcək. TrendLife-ın verdiyi məlumata görə, Yarmarka hazırda Tbilisidə keçirilir. «Yuğ» yeganə teatrdır ki, orada öz tamaşasını təqdim etmişdir. Bu,onların Yarmarkada ikinci iştirakıdır. Davamı…
Okt
19
İki azərbaycanlı “Oskar”a iddialıdır
Bölmə: Kino | ≅ Şərh yazın
ABŞ Kino Akademiyasının təsisi etdiyi və dünya kinosunda ən nüfuzlu mükafat sayılan “Oskar”ın builki sahibləri arasında azərbaycanlı kinorejissor Fərid Hümbətov da ola bilər. Onun çəkdiyi “Qafqaz” filmi “Oskar” mükafatının “Xarici dildə ən yaxşı film” (The Best Foreign Language Film) nominasiyasındakı siyahıda yer almış 63 lent arasındadır.
Ekspertlərin fikrincə, postsovet məkanı dövlətlərindən təqdim olunmuş əsərlərin arasında “Qafqaz”ın ən güclü rəqibi rusiyalı kinorejissor Nikita Mixalkovun “12″ lentidir. Bu əsər Sidni Lümetin məşhur “On iki hirslənmiş kişi” məhkəmə dramının rimeykidir. Davamı…








