«Yuğ» teatrı: «Toxumu səpmişik, necə cücərəcəyini zaman göstərər»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ekim, 2007«Yuğ» teatrının kollektivi Qafqazın Mədəniyyət Yarmarkasında iştirak edəcək. TrendLife-ın verdiyi məlumata görə, Yarmarka hazırda Tbilisidə keçirilir. «Yuğ» yeganə teatrdır ki, orada öz tamaşasını təqdim etmişdir. Bu,onların Yarmarkada ikinci iştirakıdır. Teatrın direktoru Tərlan Rəsulzadənin TrendLife-a verdiyi məlumata görə: «Biz rejissor Mikayıl Mikayılovun «Viy» əsərini təqdim etdik. Bircə onu deyə bilərik ki, toxumu səpmişik, nəticəsini isə, zaman göstərəcək. Tədbirdə Hollandiyadan, Danimarkadan, İspaniyadan və Gürcüstandan teatr truppaları iştirak edir.»





Yüklənir...