Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Bəli, boynuma alıram: məni - dilimə gətirdiyim sözlərdən yapışaraq - qeyri-operativlikdə günahlandıran e-dostum Rəbiqənin (yazılarımda adını, sadəcə, Rə çağırıram) şərhi-basqısı olmasaydı, bu qeydlərin İnternetə gəlişi, kim bilir, haçana qalardı…
Şair dostum (deyəsən, bu ifadəm artıq sizlərin qulağınızı döyənək eləyib!), “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, bir sözlə, ədəbi prosesimizin çeviklərindən sayılan Səlim Babullaoğluyla Azərbaycan Dillər Universitetinin tələbə-müəllım heyətinin ədəbi görüş xəbərini eşidəndə, daha sonra www.azyazar.com saytında bildirişini oxuyanda və Səlimin özəl dəvətini alanda ürəyimin, ya da düşüncəmin bir tərəfi sevindi (yəqin nikbin genlərin bədbin genlərə qalib gələn hissəsi idi) - hər halda əlahəzrət oxucularla ünsiyyətə inam baş qaldırmışdı içimdə - və özüm də o tərəflə şərik idim, fəqət digər tərəfi (mətnin bu yerində bədbinliklə nikbinlik təcili sürətdə öz yerlərini dəyişməli olurlar) kədərə büründü: yəni doğurdanmı korrüpsiyanın, mənəvi aşınmaların içində çabalayan Azərbaycan cəmiyyətinin xırda forması olan ali təhsil ocaqlarında bir cüt, iki tək qiraətçinin tapılacaq?
Beləcə həmin gün - deyəsən, 2007-ci ilin ölüvay oktyabırın 10-u idi - Səlim, yazar və əhli-şairlərdən Məqsəd Nur, Qəşəm Nəcəfzadə, Əli Əlioğlu, Narıngül, Şəfəq Sahib, tədbirə jurnalist kimi qatılan Rəbiqə və - yəqin başa düşdünüz - mən üz tutduq poetik-ədəbi sərgüzəşt arxasınca tələbə dünyasına, bağışlayasız gərək, bu yerdə “səhra” ifadəsi daha sərrast səslənəcək…
Səlimin qonaq dostlarını məclisdəkilərə tanıtımı, ev sahibi qismində ADU-nin Çağdaş Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri Fəridə xanımın qısa salamlaşma və xoşgəldınız mərasimindən, bir də tədbirin baş qəhrəmanı olan şair dostumun modern poetik nümunələrini oxumasından, Məqsəd Nurun, Qəşəm Nəcəfzadənin çıxış, təbrik, eləcə də sonuncunun “sol” şerindən, üstəlık “Kimin sualı var?” - sorğusundan sonra zaldakıların səssiz davranışına dözməyən mənciyəz kürsüyə çıxar-çıxmaz ənənəvi ruhlu ədəbi görüşün yönünü 360 dərəcə olmasa da, yarıbayarı dəyişə bildi….
Deyəsən, bu qeydlərimdə üç nöqtələrdən çox istifadə edirəm.
Zaldakı, əsasən xanım tələbələrdən ibarət oxucuəvəzləyənlərin diqqətini ədəbiyyata yönəltmək nə qədər çətin və məsuliyyətli məsələ olsa da, tezliklə rəsmiyyəti dağıdan natiqlik priyomlarımla, həmçinin kiçik sorğu aparmaqla “Azərbaycan ədəbiyyatının yeni nümayəndələrindən kimlərin imzasını tanıyırsız?” sorğusuna cavab olaraq 60-80 nəfərlik zaldakı toplumun içindən 4 nəfər Çingiz Abdullayev, 3 nəfər Anar-Elçin-Əkrəm Əylisli, 2 nəfər Elçin Hüseynbəyli və bir nəfər də İlqar Fəhminin adını çəkinə-çəkinə, mən deyərdim, həvəssiz səsləndırdı - və bir qədər də qaba tənqidi fikirlərimlə buna nail oldum.
Aradabir şəkillər də çəkirdim və bu qeydlərin gələn dəfəki “dəyişdirmə” əməliyyatında onların bəziləri ilə tanışlıq imkanı olacaq.
Gəlıb aşağıda yerimdə oturanda Rəbiqədən soruşdum ki, necə danışdım? Nitqimin yaxşı alındığını bildirdi: marağımı basammadım, qızın qeydlər apardığı dəftərçə-kitabın vərəqinə baxanda mənim yarımsaatlıq çıxışımın Rəbiqə xanım tərəfindən bir yarımçıq cümləyə sıxıldığını gördüm - hələ onu yazmaqdan vaz keçirəm ki, o iki sətirin çox hissəsini də bu sözlər təşkil edirdi: yazıçı-kulturoloq Aydın Xan (bu yerdə məni öldürsələr də mütləq üç nöqtə qoyacağam)…
Görüş ərzində bir daha əmin oldum ki:
- Azərbaycanda oxucu yoxdur;
- Filologiya elmimizdə kişi problemi var və bu sahədə də erkək feminizminə ehtiyac duyulur;
- Azərbaycan ali məktəblərində ötən əsrin 60-cı illərində ədəbiyyata gəlmişlərin yaradıcılığından savayı çağdaş ədəbiyyatın varlığından xəbəri olan filoloq alim və problemə aid elmi-sahə ədəbiyyatı, dərslik və mütaliə əsərləri, müntəxəbatlar yoxdur - bu yerdə Rusiyada orta məktəblərin 6-cı siniflərdən başlamış ta 11 sinif şagirdlərinə ünvanlanmış rus və xarici, hətta Rusiya xalqları ədəbiyyatı müntəxəbatlarının, özü də bir neçə alternativ kitablar şəklində, Bakı kitab mağazalarına qədər yayılması faktı içimi göynətdi…
- Rəbiqə simasında Azərbaycan yazar və şairlərinin komplekslər içində boğulmasının çağdaş ədəbi-bədii söz sənətimizi, humanitar-kulturoloji düşüncəmizin dünya estetik fikrinə qovuşa bilməməsinə aparıb çıxarması;
- Əli Əlioğlunu yenidən kəşf etməyim;
- Yeni nəsil filoloq xanımların ədəbiyyat xatirinə deyil, daha çox yaşlı nəsil alimlərə fərdiliklərini-fərqliliklərini sübut etməkdən ötrü ən yeni ədəbiyyat yaradanların yaradıcılıqlarına xüsusi diqqət ayırmalarını;
- Azərbaycanda ədəbiyyata yenə də yalnız başqalarından seçilmək, yaxud da tanınmaq vasitəsi kimi baxırlar, əksinə, intellektual-kulturoloji məhsul anlayışını yaxına buraxmaq istəmirlər (Məgər Nizami, Füzuli para xətrinəmi yazırdı? Bağışlayasız, bəs şahlardan kəndlər, altunlar alan, istəyən bizlərmi olmuşuq?!)
- və b.
P.S. Bütün bu sadalanan cəhətlərə və mənim indi də bu cür görüşlərin təşkilini qəbul edə bilməməyimə baxmayaraq, belə canlı ünsiyyətlərin yaradılmasına böyük ehtiyac var: zaman-zaman onların kəmiyyəti artdıqca, keyfiyyətin yüksələcəyinə, ölkəmizdə arzuladığımız intellektual-kulturoloji mühitin yaranmasına, formalaşmasına, ictimai-mədəni düşüncəmizin zənginləşməsinə xidmət edəcəyinə inamım sona qədər sönməyibdir…
« AZƏRBAYCAN TELEVİZİYASININ “AFTOQRAF”ı | Əsas səhifə | Habil Əliyev “İstiqlal” ordeni ilə təltif olundu »
Yazıya səs verin
Şərhlər
Bu yazı Cümə, Oktyabr 19th, 2007 tarixində 15:36 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.




Bölmə: 


(8 səs, təxmini: 4.5 ilə 5)






artyazar adlı istifadəçi, Oktyabr 19, 2007 tarixində, saat 21:11 yazıb:
Shekiller
http://www.artyazar.tk
saytimda
Ryabina adlı istifadəçi, Oktyabr 19, 2007 tarixində, saat 22:54 yazıb:
Çox acınacaqlı bir vəziyyətdir…
artyazar adlı istifadəçi, Oktyabr 20, 2007 tarixində, saat 19:30 yazıb:
Sayın Admini-Zahir bəy!
Bütün qısqanclıqları virtual zibilliklərə ataraq,
http://www.xariciedebiyyat.tk
saytına keçid link qoymanızı təklif edirik ki, oxumayan millətin burada özünü əsl mütaliəçi kimi gösterən nümayəndələri ana dilimizdə dünya ədəbiyyatı ilə tanış ola bilsinlər…
Əks təqdirdə sizin saytın keçidini öz saytımızda ləğv etməlı olacaqğıq…
http://www.artyazar.azeriblog.com
Guler_Miryahya adlı istifadəçi, Oktyabr 21, 2007 tarixində, saat 03:42 yazıb:
sitat:Zaldakı, əsasən xanım tələbələrdən ibarət oxucuəvəzləyənlərin diqqətini ədəbiyyata yönəltmək nə qədər çətin və məsuliyyətli məsələ olsa da…
Aydinxan sizin xanimlarla bagli probleminiz var?
Hirslenirem de bele adamlar gorende.Bir problem tapmisiz tebrik edirem.Niye dushunursuz axi oxumur gencler??ne vermisiz bu millete ala bilmirsiz?
Dedim axi siz bizim yashimizda olanda bizim qeder oxumamishdiz.Oxuya da bilmezdiz.Cetin dovr idi.Beyenmedim verdiyin yazini.ve basha dushmurem ne dexli var.
scorpion adlı istifadəçi, Oktyabr 22, 2007 tarixində, saat 10:18 yazıb:
Qəribədir ki, Aydın Xan bütün günahları oxucuların üzərinə yıxmaq istəyir. Bəlkə günahın bir qismini də yazarlar(hər halda özlərini belə adlandıranlar) özlərində axtarsalar daha yaxşı olardı. O görüşdə iştirak eliyənlərə yazar adı ilə təqdim edilənlərin hansı bugünkü oxucu tərəfindən ciddi yazar kimi qəbul edilməlidir bunu anlamadım. Bizim zaman-zaman söylədiklərimizi bu gün oxucu özü təsdiq eliyir. Hər şeyi(hər kəsi) tarix öz yerinə qoyacaq deyirik…Ədəbiyyatda tarix, zaman elə oxucunun özüdür…Mən gündə ətrafımda onlarla mütaliə eliyən gənc görürəm…Düzdür onlar nə Aydın Xanın nə də orada iştirak eliyənlərin heç birinin yazılarını oxumurlar…Daha səviyyəli ədəbi nümunələr var bunun üçün… Kolxozçularla görüş stilində hazırlanan belə görüşlər isə Sovet dönəmindən qalma bir şeydi…Belə görüşlər ya ideoloji təbliğat vasitəsi kimi, ya hansısa yazarın oxuculara sırınması məqsədilə, ya da ki, təlxək yerinə qoyulan yazarın zəhmətkeş kütləni əyləndirməsi məqsədilə təşkil edilirdi…
Şahanə adlı istifadəçi, Oktyabr 22, 2007 tarixində, saat 14:40 yazıb:
Yazının adını oxuyanda sanballı bir tədqiqat əsəri oxuyacağımı düşünmüşdüm -))
Aydın bəy, 360 dərəcə dönmək durduğun yerə qayıtmaq deməkdi axı. Yəqin ki, 180 dərəcə demək istəyirmişsiz. Bunu bir xanım xırdaçılığı kimi qəbul edin sadəcə.
Oxucuya YAZI verin oxusun!
Cinsindən asılı olmayaraq oxucu adlanan insan artıq dünya ədəbiyyatına asan çıxış əldə edib. Bu gün onu ədəbiyyatımızın 80 faizini təşkil edən mənasıqlıqlarla təəccübləndirmək olmaz. Biz hələ də dönə-dönə Mirzə Cəlilə, Sabirə və digərlərinə qayıdırıq bir şey tapıb oxuya bilməyəndə. Qəbirləri nurla dolsun!
Xanımlarla da işiniz olmasın. Onlar zalda oturub orada olan və olmayan böyük yazarları tanımadıqlarından gözlərini döydükləri vaxt sizin həmcinsləriniz hardaydı, bir düşündünüzmü???
Lənət şeytana, bu reportajabənzər yazı, ümumiyyətlə, bura niyə yerləşdirilib axı??
rebiqe adlı istifadəçi, Oktyabr 22, 2007 tarixində, saat 17:11 yazıb:
Duzunu deyim, yazinin bura niye yerleshdirildiyini men de anlamadim… bu gundelik uchun deyildimi, Aydin xan?
Gülşən C. adlı istifadəçi, Oktyabr 25, 2007 tarixində, saat 22:04 yazıb:
Salam!
İstehsal olunmuş məhsul alınmırsa, istehlak olunmursa, alıcının günahı deyil. Deməli, ya məhsulun keyfiyyəti alıcını qane etmir, onun ehtiyacını ödəmir, ya da satış qiyməti alıcının büdcəsinə uyğun deyil. Reklam müəyyən həddə qədər, ilkin dövrlərdə təsirli ola bilər, sonra alıcıların təcrübi bilikləri gələcək və təhlilləri üzərində müsbət, yaxud da mənfi reklam gedəcək.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Oktyabr 25, 2007 tarixində, saat 23:08 yazıb:
Aydın sağ ol.Bu yazının maraqlı aktual tərəfləri çoxdu, stili də orjinaldı. uğurlar.
artyazar adlı istifadəçi, Oktyabr 27, 2007 tarixində, saat 18:02 yazıb:
Rusca oxuyanlar uchun bir yiqin intellektual-kulturoloji edebiyyat burada:
http://www.xariciedebiyyat.azeriblog.com
Postmodernizm, dekonstruktivizm, XX esr kulturologiya ve bashqa ensiklopediyalar? elece de
МИШЕЛЬ ФУКО И ЕГО КНИГА «СЛОВА И ВЕЩИ» tam metni;
R. Bart/ Mifologiya.
Э. Лич. Культура и коммуникация.
Логика взаимосвязи символов. tam metni;
Литературно-библиографическая энциклопедия tam metni;
ve daha bashqa ciddi kitablar…
Size yalniz oxumaq qalir…
Aydin Xan