Yazıçı Kamal Abdullanın yeni “Unutmağa kimsə yox…” romanından parça
Zevsin şıltaqlığı. Peley ilə Fetidanın toy mərasiminə dəvət. Heranın təkidi və Poseydonun onun tərəfini tutması. O zaman ki, küt bir külüng kimi torpaqdan dikəlib ətrafdan fərqlənmək istəyən bu dağdan üzü aşağı uzandıqca dənizdən dənizə qədər uzanan düzənliyə baxırdın, hər şey, hər bir hərəkət adi sürətini artırmış kimi görünürdü - buludlar da sürətlə qaçırdı, otlar, ağaclar da sürətlə boy atırdı, adamlar da sürətli hərəkət edirdilər, şəhərlər, kəndlər də daha tez tikilir, böyüyür, məhv olurdular. Amma o zaman ki, aşağıdan yuxarı külüng kimi havanı ikiyə bölən bu dağa tərəf başını qaldırıb nəzər salırdın, o zaman adama elə gəlirdi ki, hər şey - göy üzündəki buludlar, dağın ətrafında fırlanan günəş, ay, ulduzlar qəribə bir tənbəllik içində, son dərəcə sakit və laübali bir durğunluqdadırlar. …Hər şey dünənki kimi ola bilərdi, bu dəfə olmadı. Davamı…

Okt
21
Kamal Abdulla, “Parisin seçimi”
Bölmə: Ədəbiyyat | ≅ Şərh yazın
Okt
21
Nənəsinin söz boğçasından və yovşan ətrindən poeziyaya gələn fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri haqqında
Yaradıcılığa nənəsindən eşitdiyi folklor nümunələrinin, tərəkəmə qadınların dup-duru dilinin, intəhasız türk bozqırını andıran Muğan çöllərindəki köç sədalarının təsirilə gəlib. Amma tələbə olanda yeniyetməykən yazdıqlarını bəyənməyib, müəllim olanda tələbəykən yazdıqlarını, jurnalist olanda müəllimkən yazdıqlarını. Beləcə özünü inkar edə-edə “ Pərvanə” ədəbi məclisini qurub və Yazıçılar Birliyinin “Azərbaycan” jurnalinda poeziya şöbəsinə rəhbərlik etməyə başlayıb. Rəhbərlik etdiyi məclisin bir çox yetirmələri də onu bəyənmir. Bir sözlə, Qəşəm Nəcəfzadə 80-ci illər ədəbi nəslinin bir ayağı folklorda və ya klassik Şərq poeziyasında, bir ayağı isə Qərbin epik-erotik poeziyasında olan, həmişə yaradıcılığı ətrafında mübahisələr olan şairdir. Görək özü bütün bunlar haqqında nə düşünür? Davamı…








