Qəşəm Nəcəfzadə: “Döyüşmədim, ölmədim deyə şeir yazdım”
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Ekim, 2007
Nənəsinin söz boğçasından və yovşan ətrindən poeziyaya gələn fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri haqqında
Yaradıcılığa nənəsindən eşitdiyi folklor nümunələrinin, tərəkəmə qadınların dup-duru dilinin, intəhasız türk bozqırını andıran Muğan çöllərindəki köç sədalarının təsirilə gəlib. Amma tələbə olanda yeniyetməykən yazdıqlarını bəyənməyib, müəllim olanda tələbəykən yazdıqlarını, jurnalist olanda müəllimkən yazdıqlarını. Beləcə özünü inkar edə-edə “ Pərvanə” ədəbi məclisini qurub və Yazıçılar Birliyinin “Azərbaycan” jurnalinda poeziya şöbəsinə rəhbərlik etməyə başlayıb. Rəhbərlik etdiyi məclisin bir çox yetirmələri də onu bəyənmir. Bir sözlə, Qəşəm Nəcəfzadə 80-ci illər ədəbi nəslinin bir ayağı folklorda və ya klassik Şərq poeziyasında, bir ayağı isə Qərbin epik-erotik poeziyasında olan, həmişə yaradıcılığı ətrafında mübahisələr olan şairdir. Görək özü bütün bunlar haqqında nə düşünür?
- Doğulduğunuz İmişli bölgəsi poeziya ənənələri olmayan yerdir. Hər bir şair isə müəyyən bir ənənənin üstündə yetişir.
- Mən nəinki İmişlidən, heç vaxtı ilə təhsil aldığım və qədim poeziya ənənələrinə malik Gəncədən də bu gün istedadlı bir gəncin imzasına rast gəlmirəm. Mənə elə gəlir ki, bu, ənənə ilə bağlı deyil. Yaşadığım Muğan torpağının, yovşan ətrinin, söyüd kölgəsinin, çöl küləyinin adamın beyninə işləyən havası bəlkə də min illik Azərbaycan poetik təfəkkürünün çalarlarıdır ki, mən onları dadmışam. Şeir yazmağıma yaşadığımı bu mühitin əsas təsiri olub.
- İlk şeirinizi nə vaxt yazmısınız?
- İlk şeirimi 6-cı sinifdə oxuyanda yazmışam. Ulduzlar haqqında idi. Ulduzlara baxmağı sevirdim. Ümumiyyətlə, həyata, kəndə, yaşlı adamların danışığına, Azərbaycan dilinin qaynaqlarına poeziya kimi baxırdım. Bizim kənddə bir çapar var idi. O vaxtlar toya dəvət etmək üçün dəvətnamə yox idi, onun əvəzinə çapar var idi. Çapar gəlib deyirdi ki, “Söyün kişi toy eləyir, bu gün əvvəlidir, sabah axırı”.
Nənəmdən öyrəndiyim çoxlu folklor nümunələri yadımda qalıb. Deyirdi, quşotu çox olanda qoyun acından ölməz: “quşotu, düş otur”. Biz tərəkəmə idik, uzaq yerlərə gedərdik. Mənim tərbiyələndiyim və heç bir qatışığı olmayan poeziya bu idi: xalqın danışığı, xalqın təfəkkürü, arvadların ağlaşması, qoyunların mələşməsi, sürünün kəndə qayıtması. Soruşanda ki, filan hadisə nə vaxt olub, deyirdilər ki, qoyunun örüşdən qayıdan vaxtı. Bunlar tərəkəmənin saatı idi, poeziya elementləri idi, mən buradan qidalanmışam.
- İlk dəfə nə vaxt çap olunmusunuz?
- 1978-ci ildə “Ulduz” jurnalında. Mən güclə çap olunurdum. Sonralar Çingiz Əlioğlu “Ədəbiyyat” qəzetinə məni təqdim edib. Abbas Abdulla isə “Ulduz” jurnalının qapısını mənim üzümə açıb.
Bu gün biz və bizim yaşda olan insanların gəncliyə göstərdiyi qayğını o vaxt biz yaşda olanlar bizə göstərmirdilər.
Mənim qoyunçuluq təsərrüfatım var. Mən kapitalizmin nəfəsini duyan adamam, bu dövr mənim xoşuma gəlir. Hətta ədəbiyyatda mənə “fermer şair” deyirlər. Bu sözü mənim əleyhdarlarım desə də, əslində çox xoşuma gəlir. 10 il ilk kitabımın çapını gözləmişəm. “Yazıçı” nəşriyyatına təzə direktor gələndən sonra mənə öz imkanları daxilində kömək etdi. Bu gün Ələviyyə Babayeva AYB-ni qınayır, amma “Gənclik” nəşriyyatının baş redaktoru olanda mən orda kitab çıxara bilmirdim.
- Bildiyimizə görə, o vaxtlar çapdan çıxan kitablar üçün yaxşı qonorar verərmişlər…
- Qonorarın pulu şirin olur. Mən ilk kitabımın pulu ilə maşın almışam.
- Sizin şeirlərinizdə həyatın çox zaman şeirə gətirilməyən təfərrüatları öz əksini tapır. Bu istiqamətdə sizə kiminsə təsiri oldumu?
- Mən realizmi heç kəsdən öyrənməmişəm. Bəzən həyatdan gələn həqiqəti olduğu kimi yazmaq özü poeziyadır. Hərdən biz Allahın verdiyi ədəbi fakta müdaxilə edəndə onu yaralayıb öldürürük. Amma onu olduğu kimi köçürəndə gözəl alınır. Məncə, ədəbiyyat həyatın üzünü köçürmək deməkdir. Realizm mənim həyatımdan doğan bir şeydir. Mənim şeirlərimdə senzura olmayıb. Kitablarımın heç birində sosrealizm yoxdur. Kənd həyatı, qoyun otardığım örüş, dərs dediyim məktəb; həyatın qayğıları ilə yaşayan kənddə mən çılpaq realizmi gördüm. Mən onu heç kəsdən öyrənməmişəm, həyatdan öyrənmişəm. Ola bilsin ki, bu həqiqətlər mənim əvvəl yazdıqlarımın əleyhinə, əksinədir. Düşünürəm ki, ədəbiyyat əksliklərdən ibarətdir. Müəllimlik illərində tələbə vaxtı yazdıqlarımın əleyhinə idim, həmin illərdə yazdıqlarımın jurnalist olanda, jurnalist illərimdə yazdıqlarımın poeziya şöbəsinin müdiri olanda əleyhinə getmişəm. Sabah yenə özümü inkar edəcəyəm, beləcə inkar edə- edə gedəcəm. Ancaq qalan qalır….
- Fikrinizcə, hazırda daxili senzor sizə imkan verirmi düşündüyünüzü olduğu kimi köçürəsiniz?
- Bugünkü poeziyamızın mərhələsi sərbəst, epik, modern şeirdir. Vaqif Bayatlı mənim şeirlərimi 78-ci ildə rəndələyib kənara atdı. O, ədəbiyyata böyük bir hava ilə gəlmişdi, mənim havamı isə qəbul etmirdi.
- Son kitablarınızdan biri “Ömür kitabıma düzəliş” adlanır. Ömrünüzdəki hansı səhvləri bu kitabda düzəltmisiniz?
- Hər bir şeirimi həyatımda gördüyüm səhv işlərə düzəliş kimi başa düşürəm. Şeirlərim ürək kardioqramamdır, həyatda səhv olan işlərimi nişan verən qırmızı işarələrdir. Kitabımın birinin adı “Və sairə” adlanır. Bu kitabdan sonra mənim yaradıcılıq həyatım başlayıb.
Yedim, içdim,
işlədim, gəldim,
oturdum, durdum və sairə… sonra şeirlərim
Ailə qurdum, uşaqlarım,
evim-eşiyim və sairə… sonra şeirlərim
Hər hansı bir şeir həyat tərzinin əksi olmağı ilə bərabər, həm də ona bir düzəlişdir. Səhv işə bir düzəliş, düz işə isə bir səhvdir.
- Son kitabınız “Qadının ölümü” adlanır. Demək olar ki, əvvəlki üslubunuzdan çıxmısınız. Bu yeniləşmədə müasir ədəbi gəncliyin sizə təsiri olubmu?
- Gəncliyin təsiri olmayıb. Həyatın ritminin və yaşamın təsiridir. Bu kitabdakı yenilik ilk kitabımda da olub.
- Bir şeirinizdə deyirisiz: “İlahi, neyləyirsən elə/ amma qadını kişiyə çevirmə…”
- Alçalmış kişilərin çiynində ucalan qadınlar ölmüş qadınlardır. Bəzən deyirlər, aslanın erkəyi dişisi olmaz. Mən bu fikirlə qətiyyən razı deyiləm. Qadın kişiyə çevriləndə ölür.
Kişi qadını qadına, qadın da kişini qəhrəmana çevirməlidir. Məcnun ona görə böyükdür ki, onun arxasında qadın dayanır. Mən şeirimdə də deyirəm ki, səngərdən qaçan hər fərarinin arxasında öz balaca qadını dayanır. Qadın küçə kişisini bir anın içində qəhrəmana çevirə bilər. Amma təəssüf ki, bizim qadınlarımız kişiləri qəhrəmana çevirə bilmirlər. Ona görə də şeirimdə yazıram:
İlahi, neyləyirsən, elə
amma qadını kişiyə çevirmə,
qoy elə qadın kimi qalsın.
- Uzun illər “Pərvanə” ədəbi dərnəyinə rəhbərlik etmisiniz, bir çox gənc insanların üzə çıxmasında kömək olmusunuz. Bu gün onların əksəriyyəti sayılıb-seçilən şairlər kimi tanınır. Peşman deyilsiniz ki?
- Mən sevinirəm ki, bu gün sayılıb-seçilən gənclərin çoxu “Pərvanə” ədəbi məclisindən çıxıblar. Onlar istedadlı gənclərdir. Əksəriyyəti mənim əleyhimə olsa da, bundan peşiman deyiləm. Onları ilk dəfə yazı-pozuya gətirən, bu gün oturub- durduqları adamlarla tanış edən mən olmuşam. Mən heç vaxt onların bu davranışlarından üzülməmişəm. Çünki içimdə arxayın olduğum yaradıcılıq xammalı var. Hiss edirəm ki, vaxt, zaman bir gün onları məcbur edəcək hər şeyi etiraf etməyə.
- Bəs ədəbi tənqdin sizə verdiyi qiymətdən razısınız?
- Mən ədəbi tənqidə minnətdaram. Tənqidçi Əsəd Cahingir 90-ci illərdə müstəqillik dövrü ədəbi tənqidinin əsasını qoyub. O, sosrealizmi darmadağın elədi, yerinə müstəqil, emosional, azad nəfəs alan, düşünən, hərəkət edən tənqid gətirdi. Onun tənqidi, insanlara mənəvi qida verən tənqiddir.
- Şeirlərinizdə birində yazırsınız ki,
Şeir yazdıq bəlkə təzə ev alaq,
Tərif dedik bircə pillə ucalaq.
Ev ala bilmisinzmi?
- Hollandiyadan mənə yazırlar ki, yaşadığın evin önündən şəklinizi çəkib bizə göndərin. Yazmışam ki, evim yoxdur. “Neft və milyonlar səltənətində” 50 yaşlı bir şairin evinin olmaması onlar üçün təəccüblüdür.
- Daha bir şeirinizdə isə “İndən belə şeir vaxtı deyil ki/ bu şeiri yazan ölsün, ay Vətən!” deyirsiniz. Amma … çox yazırsınız...
- Qurultayda Vaqif Səmədoğlu dedi ki, əgər Qarabağı şeirlə almaq mümkün olsaydı, təkcə Xəlil Rza Ulutürkün bircə kitabı ilə bunu etmək olardı. Sən itirdiklərinin ağrısına görə yazırsan. Qarabağ yoxdur-şeir yazırsan, Təbriz yoxdur -şeir yazırsan. Bunlar hamısı yerində olsaydı ,şeir yazmağa hacət olmazdı. Ona görə deyirəm ki, bu şeiri yazan ölsün, ay Vətən. Vətənin parçalanıbsa, Xocalı soyqırımın olubsa, şeir yazmağa ehtiyac yoxdur, əlinə silah alıb müharibəyə getmək lazımdır. Döyüşmədim deyə şeir yazdım, ölmədim deyə şeir yazdım.







Yüklənir...
Qəşəm bəy, salam! Sizə qarşı haqsızlıq olur, nə yazdınızsa, nə dedinizsə, qəbul eləməmək az qala ənənəyə çevrilib. İnciməyin, çox vaxt da buna özünüz şərait yaradırsınız, inadla, geri şəkilmədən, az qala qəbul edilməyən bir inadkarlıqla, öcəşkənliklə, zərrəcə güzəştə getmədən axına qarşı üzürsünüz. Bilmirəm, bəlkə elə belə də lazımdır. Yazılarınıza şərh yazmamışam, fikirlərimiz bəzən üst-üstə düşmür, yazılarınızda qəbul eləmədiyim məqamlar da çoxdur, amma çox vaxt obyektiv şərhlər yazır, çoxlarının duyub, görüb deməyə cəsarət eləmədiklərini deyir, elə buna görə də zərbə altda qalırsız. Bu günkü müsahibəniz isə sizi mənə daha çox tanıtdı. “Yaşadığım Muğan torpağının, yovşan ətrinin, söyüd kölgəsinin, çöl küləyinin adamın beyninə işləyən havası bəlkə də min illik Azərbaycan poetik təfəkkürünün çalarlarıdır ki, mən onları dadmışam. Şeir yazmağıma yaşadığımı bu mühitin əsas təsiri olub” necə də dəqiq deyilib! Uğurlar, Qəşəm bəy! Evinin, gözəl kitablarının olacağına, xoşbəxt şair həyatı yaşayacağına inamla!
ikice qeydim var sizr musahibeyle bagli Qeshem beyle yox…
1. Musahibeye verilen girishde deyilir – rəhbərlik etdiyi məclisin bir çox yetirmələri də onu bəyənmir – bilmirem bu qinaqdir ya yox, amma men bunu chox tebii ve alqishlanasi haldir…amma telebeler de mueyyen heddi gozlemelidirler mence…
2. Maraqliydi ki, Qeshem beyin ilk kitabi ne vaxt derc olunub – jurnalist bunu sorushmaliydi ve ya bele deyek de, ayrica sualkimi verilmese de, deqiqleshdirmeliydi…
Bele…
Qeshem ömründe birce sheir yazıb, o da ay veten sheiri, vesselam. Qeshemdi de.
Aslan bəy siz hansı haqsızlıqdan danışırsınız? Qəşəm Nəcəfzadə heç zaman nə axında, nə də axına qarşı olub…O olsa-olsa ayaqlarını çaya sallayıb suya girməyə qorxan uşaq təsiri bağışlayıb həmişə…
Müsahibədə niyə əks-suallar yoxdur?
Sanki Qəşəm bəy özü-özüylə söhbət edib…
Ümumiyyətlə, müsahibə çox da yaxşı deyildi…
Şagirdlərin müəllimin üzünə ağ olması məsələsinə gəlincə, mənə elə gəlir ki, yardım edəndə təmənnasız olmaq lazımdır. Əgər Qəşəm bəy bu gün müəllim kimi təqdim olunursa, bu o demək deyil ki, o səhv edə bilməz və ya onun yazdıqları bütün tələbələrinin qəlbini riqqətə gətirməlidir yaxud da Asif Ata kimi tələbələri onu səcdəgah bilməlidir. Qəşəm bəy də insandır – səhv edə bilər, şairdir – pis yaza bilər.
O məclisə və digər məclislərə yığışan uşaqları ona görə yığırmışlar ki, indi başlarına vursunlar?
Bu məclisə yığışmaq məsələsi də bir xeyli qəliz məsələdir mənimçün. Məclisi təşkil edən sadəcə təşkilatçımı yoxsa örnəkmi?
Mən deyesən bir dəfə Sabir adına kitabxanada təsadüfən “Pərvanə” məclisinə düşmüşəm axı. Kurs işi yazmağa getmişdim. Bir az oturub çıxdım… Bəlkə də başqa məclis olub. Heç kim yadımda deyil. Kurs işini bitirməliydim sabaha. Şeirə qulaq asmaq vaxtı deyildi-))
Eziz Dostlar ve hormetli Qewem muellim! Diqqet etseydiniz, size bir wey deyerdim.
Men hemen o Pervane edebi meclisine geden yazarlardanam. Tesevvur edin ki, bu gune qeder bu movzuyla bagli susurdum, ama gorurem ki, sohbet cox uzanir. Demeli her zaman susmaq lazim deyil…
Men size qisaca orda butun o zaman kesiyinde baw verenleri deyim, ozunuz qenaete gelin. Biz, yeni yazarlar her wenbe ora yigiwirdiq. Bizim aramizda metbuatda (sadece metbuatda yaaa)taninanlar da vardi, hec taninmayanlar da. Hetta desem ki, orda Memmed kiwi adli naftalin qoxusu veren qoca bir kiwi de vardi, teeccub etmeyin. Onun tipli “benovwe, lale, gerenfil” qoxulu wairler de az deildi. BU gun edebiyyatda sozun heqiqi menasinda movcud olan isimlerdense (tebii ki, men orda oldugum muddetce gorduklerimi deyirem) S.Pervane, G.Movlud, Z.Ezemet, Ay Nur, Xatire, Akwin(nadir hallarda gorurdum), Qewem muellim ozu ve arada-berede gelen 1-2 nefer. Eyni zamanda evlerini-ewiklerini, ichi bozbawla qaynanmali olan qazanlarini buraxib, vaxtini ettoken, menasiz weirler yazib oxumaga serf eden qadinlar, hansi ki, it defterinde de adlari yoxdu(kobudluguma gore uzr istiyirem). Vesselam.
Ora yigiwib neynirdik? Hec ne! Deyek ki, Qewem muellim onde otururdu(mektebdeki muellim yerinde),bizse partalarda. Qewem muellim, meselen meni cagirirdi ki, gel qizim. Men de elimde defterim (tebii ki, weir) cixirdim one. Teze yazdigim weirlerden 1-2-sini oxuyurdum. Sonra otururdum yerime. Menim hemkarlarim da
bawdiyirdilar weirlere fikir bildirmeye(o da ki nadir hallarda agilli soz ewitmek olurdu). Umumi sozler, savadsiz cumleler, wablon fikirler seslenirdi. Ve wexsen ozumu misal cekdiyime gore onu da deyim ki, her defe de fikir soyleyen menasiz adamlara sert reaksiya verib, ekseriyyeti ile de razilawmirdim.
Sonra da nece deyerler, evli evine, koylu koyune. Vesselam!
Indi ozunuz deyin, burda hansi muellim-telebe movzusundan sohbet gede biler?
Ama Qewem muellimin etdiklerini de danmaq kiwilikden deil. Qewem muellim, Edalet qezetinde mutemadi cap edirdi bizi. Ve HEC BIR QARWILIGI OLMADAN! Buna qeder de Rasim Qaraca Hefte ici qezetinde cap edirdi meni, ama sonra Qewem muellim etdi. Men Qewem muellime mene muellimlik etdi deye muellim deyib muraciet etmirem. Terbiyem, etik normalara daim riayet ediwimin semimi neticesinde bu beledir. Ama men ona her zaman wexsen menimle semimi munasibetine ve daim qarwiliqsiz cap etdiyine gore olene qeder minnetdaram. Meseleni boyudub bow bow daniwmaq lazim deil sadece. Men, wexsen men Qewem muellimden hec ne oyrenmemiwem, cunki menim ondan oyrene bileceyim hec ne olmayib. Olsaydi bunu inkar edecek qeder terbiyesizlik etmezdim.
O ki qaldi Qewem muellimin yaradiciligina, men semimi wekilde o weirleri beyenmediyimi deyirem, diqqet edin- qebul etmirem demirem aa, beyenmirem sadece. Ve hetta adamin uzune de demiwdim, Qewem muellim xatirlayar yeqin ki, bir nece weirini turkceye tercume etmiwdim, soruwdu munaasibetimi, dedim ki, biraz Xocali movsumunden xowum geldi.
Vessalam! Indi here anlayacagini anlasin.
Qewem muellim, mence semimiyetime inanirsiz. Xetrinizi cox istiyirem, size meni daim cap etdiyinize gore (hetta ozunuz defelerle “qizim, weir getir cap edim” deye muraciet de etmisiz, danmiram) minnetdaram! Ama mence, bu telebe-muellim sohbetlerini bir terefe qoymaq lazimdi, cunki ne oyretdiniz deye sual ortaya cixir. Bu ise cavabi olmayan suallardandir. Vesselam…
Salam Aslan müəllim, dediklərinizə görə təşəkkür edirəm. Mən də sizin əsərlərinizi oxumuşam.AYB-də müsbət mənada mübahisə olanda iştirak edirəm.Ən çox da ə. cahangirlə. eşitdiyimə görə hərdən AYB-yə gəlirsiniz.gələndə bir görüşək.4-cü mərtəbədə oluram.telefonum: 050 524 44 91.
Sevunc qızım, çılğın-çılğın danışma. mən müsahibədə müəllim-tələbə sözünü deməmişəm, nə də müsahibə alan deyib. Bunu, şahanə ilə sən könlünüzdən uydurmusunuz.
Qızım, sən pərvanəyə gec gəldin. burada gözəl olan çağdaş ədəbi prosesi əks etdirən situasiya və yeni ədəbi hava idi.bundan hamı qidalanirdı. mən də , sən də, başqası da…indi sən o vaxt yalandan dilinlə hə-yox deyib ürəyində başqa şey fikirləşərdinsə buna mən nə deyim?
Mənim şeirlərimi bəyənməməyin təbiidir.gərək bunu şeirlərim çıxanda deyəydin.indi müsahibədə yox.
qızım, o vaxt pərvanədə mən çox vaxt arxa sirada, ya da sizin sirada otururdum. mənim harada oturmamağımın poeziyaya nə dəxli?
qızım, bu gün mənim şeirlərimi bəyənməməyini şövqlə deməyə səni məcbur edən hansı qəhəramanlıq hissidir. Əgər bu qəhrəmanlıq vacibdirsə halalın olsun.
sevinc, mənim yaşıdlarımın (tələbələrimin yox) üzümə ağ olmağını bilə bilməzsən. sən o danosları görsən mən də günah görməzsən.
Sevinc, sən yaxşı şairsən. mən səndən öyrənmişəm. bunun nəyi pisdi?
Sevinc, şərh yazanda müsahibəyə bax yaz, daha şərhlərə əsaslanıb şərh yazma.
Pərvanədəki zəif şairləri deyirsən, bu hər yanda var.
Eyyy sevinc ki, sevinc… bir dəfə 5 şeirimi türkçəyə cevirmişdin….
Eeee, Qewem muellim, tercumenin bura ne dexli e? Men bilseydim bele reaksiya verecekdiz, xetrinize deyeceyem, hec yazmazdim. Bir weyi deyim, Qewem muellim, lutfen bunu yadinizdan cixarmayin, ama lutfen… Bu gun bu movzu ile bagli olan adamlar arasinda menden semimi yazarla rastlawmayacaqsiz, 100% bilirem ki, ozunuz de bilirsiz ki, bu beledi. Men hec vaxt saxtakar olmamiwam, olan da deilem. Cooooooox sagolun ki, meni wair kimi yuksek qiymetlendirirsiz. Men dogrudan da size minnetdar olan biriyem. Ve done done deyirem, eger nese oyrenseydim, bunu boyuk memnuniyyetle dilime getirerdim. Qewem muellim, men size bir fakti da deyim, belke inanmayacaqsiz, ama mama cani, men olen muellimlerime her zaman yasin bele oxutdururam. Cunki oyredenlerim olmasaydi, men men olmazdim.
Qewem muellim, mehz bu gun bu movzuya toxunmaga meni vadar eden bura yazanlar oldu. Ve gorurem ki, uzandiqca uzanir. istemirem bele qan qaraldan, qalmaqal yaradan movzular uzansin. Siz bir weyden emin olun ki, haqqiniz boynunda olanlar ve bunu inkar edenler varsa, sizden de bulmasalar, allahdan bulacaqlar. Kimse kimsenin haqqini tapdaya bilmez!
O ki qaldi sizin harda oturmaginiza, tebii ki, bunun meseleye dexli yox idi. Men sadece oxuyanin situasiyani daha deqiq anlamasi ucun yazmiwdim onlari.
He, bir de ki, ola biler menden evvel kimlerse nelerse oyrenib, ama ozunuz de qeyd etdiz, bu menden evvel olub onda. O zaman men cox teessuf edirem ki, men o vaxtlar sizin aranizda olmamiwam, cunki oyrenesi cox wey var hele. Ve Qewem muellim, sidq urekle deyirem, ewidirsiz? – sidq urekle deyirem, yene Pervane, yaxud bawqa adla bir meclis qursaz, mutleq ama mutleq birinci meni arayin, boyuk memnuniyyetle yene de hemkarlarimla weirlerimi paylawaram.
Qewem muellim, cox xahiw edirem, meni yalniw anlamayin, men semimi olaraq hisslerimi ve fikirlerimi ifade etdim. Gorursuz ki, bunu bu gune qeder hec kes bele demiyib size. Hamisi cekilib bir qiraga. Men sadece duwundum ki, bunu bawqalari ile etmekdense, ele birbawa ozunuze yazsam, daha durust ve qeyretli olar. Arxanizca daniwmaq, mene yarawmaz. Ve cox xahiw edirem ki, bu edebi sohbetlerimizin wexsi munaasibetlerimize dexli olmasin. Bir de ki, bura yazmaq qehremanliq deyil tebii ki. Menden de bu teleb olunmur zaten. Bilirem, bu sozun de arxasinda neler dayanir, dolayisiyla siz menim de bawqalari kimi sizi sozun mecazi menasinda vurmagimi da nezerde tuta bilersiz, ama inanin ki bele deyil. Bir weyden emin olun ki, men sizin adinizi gelecek edebi ugurlarimin da bawlangici kimi cekeceyem. Sizi dogrudan cox istiyirem, ugurlariniza sevinirem, bu inadiniza, gucunuze gore de arxanizdayam, imkanim dairesinde elimden geleni de sizden esirgemerem semimi deyirem. Lutfen bunlarin wexsi munasibetlerimize dexli olmasin.
P.S. Qewem muellim, eger lazimdisa, men sizin bir kitabliq weirinizi de turkceye cevire bilerem temennasiz. Bu menim vicdan ve tewekkur borcumdu!
Sevinc, canim-gozum, indi biz semimi deyilik??? zarafat edirem… yeri gelmishken, Qeshem mulellimin iki sheiri o birilerinin ichinde daha maraqli gelib mene… Biri bir muellime xanima hesr olunmushdu, o biri Amerikaya (ikinci sheirde bezi yerione dushmeyen ifadeler de vardi)ve en esasi, Qeshem bey bunlari ele urekden oxuyurdu ki…
Musahibeye gelince, mence 3 vermek olar – mence, Qeshem beyle mubahiseleri kesmek lazimdi… artiq chox oldu… hem de mahiyyet etibarile bu mubahiseler hech neyi deyishmir… ne Qeshem beyde, ne de eks terefde…
Allah haminizin komeyi olsun!
Rəbiqə,
“ölürəm mən sənin üçündən ötrü, berdiyin “5″-lərə naz eləyərlər” (zarafat)
Bu müsahibə göstərdi ki, Qəşəm Nəcəfzadə həyatın özündən gələn şairdi, mütailədən yox.
ay qeshem muellim o pervanenin boyrunde bir sham edebi meclisi de vardi deyesen.eceb poetik adlardi.
gencler bes hera gedeydiler.ayb gencliyi senin eline vermishdi dee
sonra vaxt geldi ki elave chap imkalari yarandi ve pervane yandi.
men de uzun muddet pervanelere qibte etmishem,amma bir gun gorende ki bunlar zehletoke cuculerdir dehshete geldim.hette agcaqanad da lampaya dolananda pervane olur.ishe bax eee
Yox e, dayana bilmeyib yazacam. daha dogrusu, sorushacam, AYB pisdi, AYO ondan da pisdi, tutalim Cavidan, Zahir, Elnur ve adini chekmediyim digerleri de pisdi, bes yaxshi kimdi?.. Aylardi forumlarda, saytlardaki sherhlerde hamini tenqid ve hetta tehqir edirsiniz… tutaq ki, haqlisizniz…Ilqar Fehminin adini chekdiz, bununla da razilashdiq… yaxshi, bes sonra? daha ad, numune yoxdur?
Onu da deyim ki, İlqar Fəhmı də Pərvanənin yetirməsidir.
Qəşəm müəllim bu “yetirməsidir” sözünü izah edə bilərsinizmi?KİMSƏ HANSISA MƏCLİSDƏ İŞTİRAK EDİRSƏ O OLUR ORANIN YETİRMƏSİ?”Pərvanə” sizcə İlqar Fəhmiyə nə verib ki, onu yetirmə hesab edirsiniz?
Qeshem bey, melum, hem de sade bir heqiqet hemishe aktual olub: oz yurdunda peyqember olmaq qeyri-mumkundur!!!
Qardash, olaydin Iraqin, Erebistanin, Nigeriyanin, ne bilim ABSh-in shairi, burada aqizbuzmeli mesajlarla seni sancan bir choxlari bashina and icherdi…
Fikir etme…
Men senin chox sherilerini beyenmesem de, bilirem ki, chaqdash Azerbaycan edebiyyatinda yerin, zehmetin, movqeyin olan yaradici shexs kimi XXI yuzillikde qalanlardansan…
Ruhun var olsun!
P.S. Tebrizinin shagirdi Rumidir, ona gel-gel deyirik, feqet Shemsi qemere cheviririk…
P.S. Yeri gelmishken, http://www.artyazar.azeriblog.com
saytinda Sevgiyi-Rumi i-real hekayetimle tanish olmaqa seni devet edirem…
Aydin Xan belə ucuzvarı təriflərlə öz “saytik”ini təbliğ eliyir. Bu da fərasətdir…Həm də bu qəbil insanlarda adətdir…”Natavan” klubunda kiminsə yaradıcılıq gecəsinə minnət-sünnətnən təşrif buyururlar, bir-iki kəlmə boğazdanyuxarı “dejurnu” tərif söyləyirlər, ustalıqla mövzunu dəyişib özlərini də reklam eləməyi unutmurlar və…axırda da müəllifin hesabına yaxşıca bir araqlı ehsan süfrəsi… Qəşəm gərək Aydına bir qoyun kəssin…
Scorpion, “Siz bu qədər mənim haqqında danışırsınızsa, demək narahatsınız”.
narahatiq.chunki istedadlar qalib qiraqda,fermerler reklam olunur.sen de huseynbala da elchin de anar da,filan da ilan da…………
ha
Çılğın, kişi adamsan!
Sənə qoşuluram. Ümumi şərhlərdən çıxan o fikirlə də razı deyiləm ki, Qəşəm bəy istedadsız şairdir. Qəşəm yaxşı şair olub. Elə indi də yaxşı şeirlər yazır. (çox vaxt “xaltura da eləyir”, olsun bu, hamıda olur) Gələcəkdə də yazacaq. Sadəcə bax, bu kimi şeylərdi Qəşəm bəydən uzaqlaşdıran adamı. Nə oldu, indiyə kimi Pərvanə məclisləri vardı. Heç kim Nə Sabir Rüstəmaxanlı, nə Nüsrət Kəsəmənli, nə o məclisə vaxtilə rəhbərlik edən digərləri durub demədilər ki, filankəs pərvanənin, yəni mənim yetirməmdir. Əgər həqiqətən yaxşılıq etdiyinizi düşünürsünüzsə, susun. Qoy tarix danışsın. Deyir, qələbəyə sahib çıxan çox olar, məğlubiyyətə heç kim yaxın durmaz. Sevinc düz deyir, o məclisdə elə adamlar iştirak edirdilər ki, elə o adamlara görə adam utanır deyə ki, bir vaxtlar Pərvanəyə gedib-gəlmişəm. Söhbət heç yaradıcılıqdan zaddan da getmir. Orda elələri vardı üzündən oxunurdu psixi çatışmamazlığı. Nə bilim Məmməd, Şəmməd, heç adlarını da unutmuşam. Keyfiyyətə yox, kəmiyyətə qaçırdınız. Elə AYO-da da bu problemlər yaşandı zaman-zaman. Nə isə…
Sizin oğlunuz da istedadlıdır. Bir-birinizdən muğayat olun.