Erkin Qədirli, “Əxlaq haqqında”

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 26 Ekim, 2007

Erkin QədirliAzərbaycanın indiki durumunda əxlaq – pisliklərin vərdiş halını almasından başqa bir şey deyil

Əxlaq, əslində, mənəvi kateqoriya deyil. Əxlaq əksəriyyətin vərdiş etdiyi davranış modellərinin toplusudur. Nəyə vərdiş etsəniz, o da sizin əxlaqınız olacaq. Ərəblər Yunan və Roma mədəniyyətindən çox şeyi götürdükləri kimi, əxlaq və mənəviyyat fəlsəfəsinin təməlini də Yunan və Roma anlayışlarını mənimsəməklə qavrayıblar. Burada təəccüblü bir şey yoxdur, bütün mədəniyyətlər başqalarıyla ünsiyyətdən nəsə götürürlər.
İslamdan öncəki ərəblərin cahil olduğu nəzərə alındıqda isə hər şey lap aydın olur. Təbii ki, ərəblər ilk dövrlərdə (VIII-IX əsrlərdə) yunan və roma fəlsəfəsini, ədəbiyyatını əsasən tərcümə edirdilər. Sonradan (X-XIII əsrlərdə) isə sürətli yaradıcılıq və inkişaf oldu. Amma təməl anlayışlar (sözlərin mənşəyindən çox da asılı olmayaraq) qədim Yunan və Roma mədəniyyətində olduğu mənalara çox yaxın idilər.
Məsələn, “etika” sözünü hamınız bilirsiniz. Şübhə etmirəm ki, “etika” sözünün yunanca olduğu da hamınıza yaxşı məlumdur. Etika elə əxlaq deməkdir. “Etika” sözü “etos” sözündən törəmədir. “Etos” yunanca vərdiş
deməkdir. Qədim yunanlar haqlı olaraq hesab edirdilər ki, yaxşılıq vərdişə çevriləndə əxlaq (etika) olur. Ona görə də tərbiyyənin əsas məqsədini yaxşı vərdişlərin öyrədilməsində görürdülər. Sadəcə olaraq onlar pisliklərin vərdişə çevrilməsini yanlış olaraq insanların sosial mənşəyində görürdülər, bu isə başqa mövzudur. Bir tək onu deyim ki, yunanlar romalılardan fərqli olaraq, pislikləri əxlaqa aid etmirdilər.
Latın dilində “mores” vərdiş deməkdir. Sonradan bu söz (təməl mənasi ilə birlikdə) bir çox digər dillərə keçmişdir. Məsələn, “morals” (ingiliscə), “moral” (rusca) və s. Romalılar əxlaqı yaxşılıqla birbaşa əlaqələndirmirdilər . “Əxlaq” sözu “xulq”, “xalq”, “məxluq” kimi sözlərlə eyniköklüdür. Əxlaq toplumda davranış modellərinin cəminə deyilir ki, bunun da təməl mənası “etos” və “mores” sözləri ilə üst-üstə düşür. Tək adamın əxlaqı olmur, əxlaq ancaq başqalarıyla ünsiyyətdə mövcud olur. Əxlaq – davranış və düşüncə vərdişləridir. Vərdiş olduğu üçün də irsən keçmir, öyrədilir (tərbiyyə). Amma məhz elə vərdiş olduğu üçün də onun yaxşısı və pisi
olur.
Nəyə vərdiş ediriksə, o da olur bizim əxlaqımız. Məsələn, cəmiyyətimizdə rüşvət çox adi haldır, ictimai bir vərdişdir. Bu vərdişin içində bir nizam var. Odur ki, ruşvət cəmiyyətimizin əxlaqını təşkil edən ünsürlərdəndir. Əbes yerə rüşvətə “hörmət” demirlər ki. Rüşvət o dərəcədə güclü ictimai vərdişdir (əxlaq) ki, ona
bəraet qazandırmaq üçün əsaslandırmalar da var. Cəmiyyətimizin əxlaqında rüşvətdən başqa yaltaqlıq, satqınlıq, oğurluq və s. kimi davranış modelləri də var. Heç sanmayin ki, əxlaq mütləq yaxşıdır.
Əxlaq sadəcə, vərdiş məsələsidir. Təkrar edirəm, nəyə vərdiş ediriksə, o da olur bizim əxlaqımız.
Əxlaqdan fərqli olaraq, mənəviyyat ictimai deyil, fərdi kateqoriyadır.
Əxlaq əksəriyyətin vərdiş etdiyi davranışdırsa, mənəviyyat fərdi tənqidi düşüncə bacarığıdır. Əxlaqdan fərqli olaraq, mənəviyyat rahat bir şey deyil. Mənəviyyat bir çox hallarda əksəriyyətin düşüncə və
davranışına qarşı çıxmaq cəsarətini tələb edir. Əxlaqlı adam hamı (və ya əksəriyyət) kimi olan adamdır. Əksəriyyət rüşvət alırsa, rüşvət hörmət demək olur. Yalnız yüksək mənəviyyatı olan adam əksəriyyətin
rüşvət aldığı bir mühitdə özünü rüşvət almaqdan çəkindirə bilər. Pul hamıya lazımdı, xüsusilə pulu olmayanlara. Amma cəmiyyətimizdə nədənsə elə məhz pulu olmayanlar və ya pulu az olanlar arasında rüşvət
almayanlar olur. Nədəni də sonuncuların mənəviyyatındadır. Hamısının deyil, təbii ki. Bəzilərinin rüşvət almağa sadəcə imkanı yoxdur, çünki onlara heç rüşvət təklif edən də olmur. Amma rüşvət almaq imkanı olduğu halda bunu etməmək artıq mənəviyyat məsələsidir.
Yalan, yaltqaqlıq, oğurluq, qeybət və s. kimi davranış modelləri bu gün üstünlük təşkil edir. Bu cür davranan əksəriyyət xoşlarına gəlməyən, onlara mane olan adamları asanlıqla damğalayır, şərləyir. Şər atanlar, qeybət edənlər əksəriyyət təşkil etdiyindən şər damğalar ictimai rəydə tezliklə və geniş yayılır. Bu da cəmiyyətimizdəki əxlaqın tərkib hissəsidir. Rəhmətlik Baba Pünhan demişkən:

Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.

Seçkilərin saxtalaşdırılmasına, hökümətin yalanlarına, polisin zorakılığına, küçələrin çirkabına, uşaqların həmin küçələrdə dilənməsinə, tarixi binaların sökülməsinə, yeni binaların çökməsinə, 15 iyun 1993-cu ildən əvvəl olanların əsasən pislənməsinə və ya unutdurulmasına, getdikcə artmaqda olan savadsızlığa və zövqsüzlüyə,
bir çox digər ictimai hal və hadisələrə dözməkdən ibarət olan əxlaqın, əlbəttə, əsas mövzusu qadınların geyimi və kimlə gəzdiyi (yatdığı) kimi məsələlər olasıdır.
Bakirəliyin əxlaqla nə aidiyyatı var, axı? İsa Peyğəmbər kimi adam fahişə Məryəmi qəbul edəndə, hamı ona lağ etdi. Doğrudan e, o boyda adlı-sanlı, nəsilli-nəcabətli, mallı-dövlətli, təlim-tərbiyyəli kişi və qadınların arasında birisi tapılmadı ki, İsa Peyğəmbərin ardınca getsin.
Fahişə Məryəm isə getdi. Allahın işinə və o işin hikmətinə baxın ki, İsa Peyğəmbərin ilk davamşısı fahişə oldu. “Bəs, əxlaq? Ayıb olsun İsaya!!! Gör, kimlə oturub-durur! ” Bu sözləri İsa Peyğəmbər öz ünvanına çox eşitmişdi. Ay-hay, çətin hansısa əxlaq belə şeyi qəbul edə bilsin.
Bunu ancaq yüksək mənəviyyatla izah etmək olar.
Əxlaqın təyinati isə əksəriyyətin düşüncələrini və davranışlarını mühafizə etməkdir. Azərbaycanın indiki durumunda olan əxlaq pisliklərin vərdiş halını almasından başqa bir şey deyil. Kimi qane edirsə, əxlaqlı ola bilər. Şəxsən mən belə əxlaqı qəbul etmirəm!

1 səs2 səs3 səs4 səs5 səs (9 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

13 Şərh var
Şərh yazın »

  1. Oxumaga bawlayanda sanballi bir yazi oxuyacagima umid edirdim. Cunki bir-iki defe qarwilawmiwdim. Amma yaniladim. Laqqirti, masaarxasi sohbetdi bu. Beyenmedim…

  2. Tebii beyenmezsiniz, chunki gerek agir felsefi sozler ishledeydi, nezeriyyelerden behs edeydi, postmodernden-filandan, ordan-burdan heftebecerliyine gore dahiyane gorunen misallar getireydi, bax onda sanballi olardi yazisi.
    Bu da bizlerin xesteliyidi. Sade anlatmaq her zaman laqqirti olaraq gorunub.

  3. Guya indi siz agillisiz da. Oz-ozunuze ve hetta dostlarinizin yaninda bele deyersiz ki, filankese bele cavab verdim e… “Agilli”….

  4. olur bele seyler…

  5. Salam Sadaca senin yazin haqqinda bunu deye bilerem ki,axlaq manaviyyata gore olculur meneviyyatin nadirse axlaqin da odur SANİN BU YAZİNDAN axlaq va manaviyetine qiymet vermek ele de cetin deyil axrinci cumlelerden bu gorunur yazina verdiyim qiymet kimi,!!!!

  6. chox beyendim,Size ugurlar arzulayiram Erkin mellim,her zaman ferqli ve rasionalsiniz

  7. Dushunduyumu yazida tapdim
    Cox sag olsun Elkin Qerili

  8. gozel fikir var bu yazida… Heqiqeten, biz exlaqdan deyil, meneviyyatdan danismaliyiq, cunki bzim cemiyyetin exlaq telebleri basqa cemiyyetler ucun belke de bir absurddur, amma menevi telebler Afrikada da ozunu dogruldur, cunki umumbesheridir…

  9. oxumadan once bu qeder mohtesem yazi olacagini dusunmurdum. cunku, bu movzu herkesin bir birinden keskin derecede ferqli dusunduyu movzudur. ancaq Erkin muellimin fikirleri o qeder ureyimden olduki(sadece ureyimden deyil, mentiqle de cox duzgundur)…

  10. mene cox maragli oldu. ve demey olarki yeni bilgi elde etdim.cox sagolun……

  11. Salam. Sənin nəzərinə catdırım ki məktəbdə bizə Azərbaycan dilindən belə birqayda öyrədirdilər Cümlə bitmiş, tam və mənalı fikrıə deyilir.

    Quranın Əzəmətəl yad etdiyi bir şəxsiyyəti Sən nə haqla fahişə adı verə bilərsən. əgər verirsənsə ya sənə Quranı tərbiyə verən o gendə dir yada sən hamını o cür görürsən.
    Məryəm sözünün mənasını bilirsəm\nmi ey bişarə?!
    Əgər bü gün dünyada xüsusi ilə də Azərbaycan da 100000 lərlə xanım qız, ağbirçəkləririmiz MƏRYƏM adını daşıyırsa onun İFFƏTİ və NAMUSUNA görə o adı daşımaq istəyiblər nəin ki Sənin adlandırdıöın ada görə ……..
    Yazarlıq etmək istəyirsən sə bir araşdır gör nə səbəbə görədir ki O xanım kim olub ?!
    O ki qaldı ƏXLAQ barəsində Sənə məsləhət gğrərdim ki, Əxlaq barəsində Şərq dünyasına üz tutasan yaxşı olardı. o ki qaldıSən dediyin Yunan və Roma adətlərinə onu səndə görmək çox da çətin deyil………

    Böyük dahimiz demişkən : YAXŞI GÖRƏN YAXŞI DÜŞÜNÜR.

  12. “Bakirəliyin əxlaqla nə aidiyyatı var, axı?” Bu çox kobud səhvdi!!! “İsa Peyğəmbər kimi adam fahişə Məryəmi qəbul edəndə, hamı ona lağ etdi. Doğrudan e, o boyda adlı-sanlı, nəsilli-nəcabətli, mallı-dövlətli, təlim-tərbiyyəli kişi və qadınların arasında birisi tapılmadı ki, İsa Peyğəmbərin ardınca getsin.
    Fahişə Məryəm isə getdi. Allahın işinə və o işin hikmətinə baxın ki, İsa Peyğəmbərin ilk davamşısı fahişə oldu. “Bəs, əxlaq? Ayıb olsun İsaya!!! Gör, kimlə oturub-durur!”. Bu əminliklə yazmaqda, görünür, şeytanla telefon əlaqən olub. Sən bunları hardan oxumusan?

  13. Əxlaq vərdiş deyil.

    Əkisnə, əxlaq bəzi vərdişlərin qarşısını alır: əxlaqlı insan davranışında və qərar verəndə BAŞQALARINA da YAXŞI olmasını nəzərə alır, öz rasionallığına və vərdişlərinə xilaf çıxır. Burada əxlaq/etika termininin XALQ və YAXŞI kökləri özünü göstərir. Əxlaq budur və əxlaqlı insan rasional deyil.

    Əxlaq düzənləyici yükdür, əxlaqlı insan isə bu yükü könüllü üzərinə götürür. Təkamül onun əqli və emosional tələbatını fərqli edib və o həmin tələbatı qarşılamaq üçün üzərinə həyatda ona lazım olandan daha ağır yük və məsuliyyət götürür.

    Olur ki, insanlar qısa yol şeçirlər: yaxşını axtara-axtara artıq vərdiş etdiklərinə “yaxşı” donu geyindirməyə, haqq qazandırmağa çalışırlar. Bu koqnitiv və emosional dissonans üzündən baş verir. Ola bilər müəllif də bu kontekstdə bu iki anlayışı (əxlaq və vərdiş) qarışıq salıb.

Şərh yazın