İlə görə arxiv: Ekim 2007


“MODERN” TEATRININ AKTYORLARI BAKIDA

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 03 Ekim, 2007

Onlar Musiqili Komediya Teatrında çıxış edəcəklər
Sabah Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Modern” Moskva Dram Teatrının tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, moskvalı aktyorlar “Mənim əziz kişilərim” adlı səhnə əsərini təqdim edəcəklər.
Məlumatda bildirilir ki, sözügedən teatr artıq 19 ilə yaxındır fəaliyyət göstərir. Teatrın kollektivi gələn il ad günlərini böyük təmtəraqla qeyd etməyə [...]



BMT MƏDƏNİ MÜLKİYYƏTİMİZİN DAĞIDILMASI İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Ekim, 2007

Sənəd konsensusla qəbul olunan ilk sənəd olub
BMT İnsan Hüquqları Şurasında Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul olunub.
Bu il 10-28 sentyabr tarixlərində BMT İnsan Hüquqları Şurasının növbəti – 11-ci sessiyası keçirilib.



Xalq haqqında “xalqsız” yazı

Yazar: Qan Turalı | Bölmə: Publisistika | Tarix: 02 Ekim, 2007

Qan Turalı
qan_tural@yahoo.com
Azərbaycana nekroloq
Azərbaycan xalqı bir xalq olaraq özünü dərk edə bilibmi? Ümumiyyətlə, Azərbaycan adında xalq varmı? Son dönəmlərdə xalq haqqında məsələlər getdikcə aktuallaşır. Seçkiyə qədər yəqin ki, belə olacaq. Amma biz seçkidən əvvəl də, sonra da “xalq, xalq” deyirik. Biz bu gün xalq haqda yazacağıq. Xaqani Hasın sözü olmasın, kimdir bu Azərbaycanlılar? Nədir onları birləşdirən [...]



Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin açılışı olacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Oktyabrın 25-də Sloveniyada əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsinin açılış mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Sloveniyadakı səfiri Fuad İsmayılov məlumat verib.



“Cavad xan” filminin çəkilişləri başa çatıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

“Cavad xan” filminin yaradıcı heyəti filmin çəkilişlərinin başa çatmasına həsr olunmuş tədbir keçirib. Filmin çəkilişləri ilə bağlı yaradılan mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə “Cavad xan”ın ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı, quruluşçu rejissor Rövşən Almuradlı, quruluşçu operator Məhəmməd Məcidi,



“Yeni Dalğa” Prodüser Mərkəzi gələn il 4 bədii, 1 sənədli film istehsal edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

“Yeni Dalğa” Prodüser Mərkəzi 2008-ci ildə 4 bədii, 1 sənədli film istehsal edəcək. Bunu APA-ya mərkəzin direktoru Rasim Həsənov deyib. Onun sözlərinə görə, artıq filmlərin siyahısı Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.



Horadiz qəsəbəsində Azərbaycan musiqi festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Oktyabrın 8-9-da Füzulinin Horadiz qəsəbəsində Azərbaycan musiqi festivalı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva məlumat verib.



“Əli və Nino” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Oktyabrın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqında Qurban Səidin “Əli və Nino” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Bu barədə APA-ya ittifaqın yaradıcılıq şöbəsinin məsləhətçisi Elmira Kərimova məlumat verib.



Azərbaycanda Beynəlxalq Audio-Vizual Festival keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Noyabrın 20-də Azərbaycanda Kinorejissorlar Gildiyası tərəfindən təsis edilmiş Beynəlxalq Audio-Vizual Festival keçiriləcək. Bu barədə APA-ya Kinorejissorlar Gildiyasının mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin məlumat verib.



Almaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Almaniyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.



Türkün çağdaş ədəbi tarixini yaradan Orxan Pamuk: sənə daş atan çox olacaq…

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2007

Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,
yazıçı-kulturoloq

2006-cü ilin ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatı laureatının adı açıqlanandan sonra bütün Türk dünyası bu əlamətdar kulturoloji faktı, ədəbi-mədəni hadisəni böyük razılıqla qarşıladı. Türkiyə, Azərbaycan və bir sıra başqa ölkələr ədəbi-mədəni ictimaiyyət fəallarının saysız-hesabsız İnternet forumlarında yerləşdirilən fikirlərində Orxan Pamukun layiq görüldüyü Nobel ödülü ilə bağlı mövqeləri haçalandı. [...]



Əkrəm Əylisli: “Orxan Pamukun Nobel mükafatı alması ədəbiyyat hadisəsi deyil”

Yazar: Admin | Bölmə: Kino, Ədəbiyyat | Tarix: 02 Ekim, 2007

Xalq yazıçısı Əkrəm Əylisli yeni roman yazıb. Yazıçı APA-ya açıqlamasında “Daş yuxular” adlanan yeni romanının yaradıcılığında dönüş olduğunu bildirib: “Mən “Ətirşah Masan”ı yazanda demişdim ki, bundan sonra yaradıcılığımda dönüş olacaq. İndi həmin dönüş “Daş yuxular”la başlayır. Bu, Azərbaycan həyatının yazılmamış bir kitabıdır”.



Alim Qasımovun Kanada konserti

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Kanadanın Toronto şəhərində Alim Qasımovun və 6 ölkədən 18 musiqiçinin iştirak edəcəyi konsert oktyabrın 12-də baş tutacaq. Kanadadakı Azərbaycanlılar Cəmiyyətindən verilən məlumata görə, konsert Torontonun məşhur Roy Thomson Holl salonunda keçiriləcək.



“Bülbüllər” Avropaya gedəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Noyabrda Avropada beynəlxalq vokal musiqisi festivalı keçiriləcək. Festivalda Azərbaycanı Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupu təmsil etməlidir.



Gəncədə amerikalı vokalçı əyləncəli proqramla çıxış edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Gəncə Mədəniyyət və Turizm İdarəsinin, Uşaq Fondunun təşkilatçılığı, ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə mahir amerikalı musiqiçi və vokalçı Rene Kaufman şəhərin Nizami adına kitabxanasında əyləncəli konsert proqramı ilə çıxış edib.



Kamera Teatrı yeni mövsümü “Şah Edip”lə açdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2007

Bakı Dövlət Kamera Teatrının səhnəsində Sofoklun “Şah Edip” tamaşasının primyerası oldu. İki gün tamaşaçılara nümayiş olunan bu əsərlə kollektiv teatr mövsümünü açıq elan etdi.



Teatrların oktyabr ayına AFİŞAsı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Ekim, 2007

Dövlət Gənclər Teatrı:
06.10.2007- 12:00- Abdulla Şaiqin “Tülkünün uçuşu” tamaşasının premyerası
10.10.2007- 19:00- Rəhman Əlizadənin “Dünyanın axırı”
11.10.2007- 19:00- Üzeyir Hacıbəyovun “Ər və arvad” əsəri əsasında hazırlanan “Təzə gəlin” tamaşası



Əliağa Vahidin vəfatının ildönümü münasibətilə tədbir keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Ekim, 2007

Bu gün şair Əliağa Vahidin vəfatının ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Vahid bağında bir sıra incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları ilk növbədə qəzəlxanın məzarını ziyarət ediblər.



Oktyabrın 4-də “Qızıl payız” beynəlxalq musiqi festivalı başlayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Ekim, 2007

Oktyabrın 4-7-də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Qızıl payız” beynəlxalq musiqi festivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün festivalın təşkilat komitəsinin üzvləri mətbuat konfransı keçiriblər. Təşkilat komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rövşən Sənanoğlu bildirib ki, festivalda 7 ölkəni təmsil edən akapella və vokal qruplarının [...]



Azərbaycan və Gürcüstanın Akademik Milli Dram teatrları əməkdaşlıq edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Ekim, 2007

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Rustaveli adına Gürcüstan Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq edəcək. Bu barədə APA-ya teatrın direktoru Maqbet Bünyatov məlumat verib.