İlə görə arxiv: Kasım 2007


UNUDULMUŞ BİR KİTAB

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 25 Kasım, 2007

Allahverdi EMİNOV
Günəş şüalarını Kəpəzin sivri zirvələrinə təzəcə sancmış, səfalı gölün mərmər köksünü şölələndirməyə başlamışdı. Bərq verən ləpələr aramla gəlib sahili yuyaraq geri çəkilirdi. Əlvan çiçəklərin, yamyaşıl otların, yarpaqları hələ buxarlanmamış leysan suyu ilə çimmiş qocaman ağacların xoş ətri ətrafı bürümüşdü. Bu iddilik təbiətin bir ovuca sığan mənzərəsinin müəllifi kimdir? Peşəkar yazıçımı, dünyagörmüş insanmı, idrakını torpağın [...]



Ucqar şairinə mərkəz məktubu

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Kasım, 2007

Zəlimxan YAQUB, xalq şairi
Görəsən kim itirdi, kim qazandı bu dünyada? Ucqarda yaşayanmı, mərkəzə qaçanmı? Mərkəzdə diqqət mərkəzində olanmı, ucqarda gözdən iraq, könüldən qıraq qalanmı? Mərkəzdə küllənənmi, ucqarda öz içəri dünyasına çəkilənmi? “Ərəbi ölən dəvəninmi dərdi çoxdu, yoxsa dəvəsi ölən ərəbinmi?” Cavabı çətin olan bu suallar hələlik qalsın öz yerində. Günlərin bir günü ucqar şairi İbrahimxəlildən [...]



Dünyada ilk intellektual döyüş romanının müəllifi azərbaycanlıdır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Kasım, 2007

Moskvadan aldığımız məlumata əsasən, Rusiya Mədəniyyət Fondunun “Qrifon” nəşriyyatında Azərbaycanın tanınmış hüquqşünas alimlərindən biri, hüquq elmləri namizədi Vahid Məmmədlinin müəllifi olduğu dünyada ilk intellektual döyüş romanı olan “Tunc Allahın yükü” əsəri çapdan çıxıb.
Əsərin qəhrəmanı olan azərbaycanlı analitik-dedektiv xoşbəxt ömür sürmək üçün hər şeyə malik məşhur Meqastar Prinsessa ilə eşq məcərası yaşayır…



Yaradıcı gənclərin I respublika toplantısı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Kasım, 2007

Narazı gənclər Azərbaycan vətəndaşı deyil
Kultaz: Noyabrın 26-da yaradıcı gənclərin I ümumrespublika toplantısı keçiriləcək. Gənclər və İdman Nazirliyindən “OLAYLAR”a bildiriblər ki, Dövlət Musiqili Komediya Teatrında baş tutacaq tədbirə 600 nəfər qatılacaq: “Tədbirdə prezident təqaüdçüləri, müsabiqə, festival, olimpiada qalibləri, adları “Qızıl kitab”a düşmüş gənclər, yaradıcılıq təşkilatlarının nümayəndələri,



Məşhur yazıçı Maqda Sabo vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Kasım, 2007

Kultaz: Məşhur Macar yazıçısı Maqda Dabo bazarertəsi Macarıstanın Debres şəhərində yerləşən evində 90 yaşında vəfat edib.
Xanım Sabo müxtəlif yüksək ədəbi mükafatlara layiq görülüb, əsərləri əksər dünya dillərinə tərcümə edilib. Onun ilk povesti “Freska” 1958-ci ildə işıq üzü görüb.



Türk dünyasının öz “Nobel” mükafatı olmalıdır

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Kasım, 2007

Və bu mükafat Dədə Qorqudun adını daşımalıdır
“Artıq türk dünyasının qurultaylarını digər türk cümhuriyyətlərində də gerçəkləşdirməliyik. Türk dünyasının birləşə bilməsi üçün hər kəs əlini daşın altına salmağı gözə almalıdır”.
Bu Türk Dünyası Yazarlar və Sənətkarlar Birliyinin rəhbəri Yəhya Akenginin sözləridir: “Artıq türk dünyasının da “Nobel” səviyyəsində bir mükafat qurumu olmalıdır. Bu, türk dünyası ilə yanaşı, dünyaya da [...]



Rəşad Məcid: “AYB-də 800 istedadsız adam var”

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 19 Kasım, 2007

“Bu gün Azərbaycanda ədəbi hakimiyyətdə Namiq Qaraçuxurludur”
Kultaz: “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin Gənclər üzrə Katibi Rəşad Məcid APA agentliyinə müsahibə verib. Müsahibə qəzetin 15 illiyi ilə bağlı götürülsə də, Rəşad bəy “bu gün qəzeti ürəyimiz istəyən kimi buraxa bilmirik” deyib, daha çox ədəbi mühit haqqında fikirlər səsləndirib.
Müsahibədə yetərincə maraqlı məqamlar var. Onlara diqqət yetirək. [...]



Xaqani H., Realizmə qarşı reallıq

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Kasım, 2007

Kultazdan: Bu yazı Kultazın fəlsəfə blogunda çoxdan yerləşdirilsə də, onu təkrar və daha geniş auditoriyada müzakirəyə təqdim etmək ehtiyacı hiss etdik. İstər Xaqani H.-nın şeirləri, istərsə də digər mətnlər ətrafında gedən müzakirələr göstərdi ki, ədəbi tənqidin yoxluğu, ədəbiyyatımızın həmişəki dar və bəsit qəliblərində vurnuxması bəzən yaradıcılıqla məşğul olan insanlarımızı da çaşdırır. Bir az daha ciddi [...]



Qənimət Zahid, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Kasım, 2007

Gərək gördüyünü görk eyləyəsən,
Gərək görəsən ki, görk eyləyəsən.
Yığıb belə ömrün əlin-ayağın
Sonra bir xoruza yük eyləyəsən.



Alov, KÜLƏK VƏ AĞAC (nağıl)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2007

Bir dəfə Külək veyil-veyil yamacları dolaşarkən dağ döşündə tənha, məğrur, əzəmətli, pərişan saçlı Ağaca rast gəldi.
Agacın gözəlliyi qarşısında Külək bir anlıq dayandı.
“Necə olub ki, indiyə kimi bu gözəlliyi görməmişəm” – deyə, heyrətlənmiş Külək yumşaq, sərin mehə çevrilib Ağacın başına bir dövrə vurdu. Ancaq ona bir söz deməyə cəsarəti çatmadı və Ağacdan uzaqlaşdı.



«Pəri Qala» kimi kino tariximizdə film olmayıb

Yazar: Admin | Bölmə: Kino | Tarix: 16 Kasım, 2007

Bu həftə «Nərimanfilm» studiyası tərəfindən çəkilmiş «Pəri Qala» filminin təqdimatı keçirildi. Qeyd edək ki, filmin rejissoru İlqar Səffat və Mikayıl Mikayılovdur. Bu film barədə kinorejissor Teymur Daimi deyir: «Hesab edirəm ki, «Pəri Qala» filmi Azərbaycan kino tarixində özünəməxsus yer tutacaq.



Rəbiqə, “Payızda sən” şeirlər silsiləsi

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2007

nə vaxtsa hamımızın ürəyi belə döyünüb,
hamımız da unutmuşuq həmin vaxtı.
amma dünən Allah üzümə baxdı -
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini



Elan

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Kasım, 2007

Noyabrın 23-də saat 14-00 da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Qəşəm Nəcəfzadənin “Qadının ölümü”(azərbaycanca), “Çevrilmə”(rusca), “Axşam hekayələri”(ingiliscə) kitablarının və



İranda Markesin kitabına yasaq

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Kasım, 2007

Dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin «Mənim qəmli fahişələrimin xatirələri» romanına İranda qadağa qoyulub.
Bununla bağlı İranın islami irşad və mədəniyyət naziri Məhəməd Hüseyn Səffar Hərəndi xüsusi əmr imzalayıb. Əmrə əsasən, üç həftə əvvəl İranda Kavə Mir Abbasinin tərcüməsində «Mənim qəmli sevgililərimin xatirələri» adı ilə işıq üzü görən romanın nəşrinə qadağa qoyulur [...]



Cavidan, şeir

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Kasım, 2007

KİŞİNİN ÖLÜMÜ
Kişilər acizləşəndə
pələngə, şirə dönərlər,
nərə çəkib
əllərinə keçəni
çırparlar təpələrinə
məsələn,
içində siqaret közərən külqabını…



ANA DİLİNDƏ İLK NƏŞR AZƏRBAYCANA GƏTİRİLİB

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Kasım, 2007

Məmməd Adilov qədim nümunə üzərində tədqiqat işi aparır
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov Türkiyədə ezamiyyətdə olarkən Mustafa Zəririn “Sirətün-Nəbi” kitabını aşkar edərək surətini ölkəmizə gətirib.



Sarı ədəbiyyat: intellektual-kulturoloji aşınma

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 13 Kasım, 2007

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Ədəbiyyat da yaşadığımız bu dünya kimidir: zaman-zaman onun bir çox rəngləri, çalarları üzə çıxır, yaxud bizlər ona çoxsaylı adlar qoymuşuq. Adi, sadə, xalq, şifahi, yazılı, saray, küçə, toy, elitar, intellektual, modern, postmodern, klassik, sovet, milli, çağdaş, rəsmi, dövlət, yeni və ən yeni ədəbiyyat ifadələri ilə yanaşı, göy, [...]



Seymur Baycan, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Kasım, 2007

Bir, iki, üç
dünən Milli Parkda
bayram gəzintisinə çıxmıs adamları
arıq və sısqa gördüm
məndən olsaydı onlara



İlqar Fəhmi: «Mənimçün qəzəl artıq arxa plana keçib»

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Kasım, 2007

“İslamdan imtina etməkçün gərək əvvəlcə müsəlman olasan”
Şair, yazıçı və tərcüməçi İlqar Fəhmini ədəbi aləmdə tanımayan yəqin ki, azdır. Onu tanımayanlar üçün qeyd etmək istərdim ki, İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və «Ulduz» jurnalının şöbə müdiridir. 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. Yaradıcılığa qəzəllə gəlib. İndiyə qədər “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, [...]



VYANA YENƏ AFAQ MƏSUDLA GÖRÜŞÜR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Kasım, 2007

Yazıçı Afaq Məsud, bəstəkar Vaqif Gərayzadə və tanınmış tərcüməçi-şair Yusif Savalan Vyananın Mədəni Əlaqələr təşkilatının dəvəti ilə Avstriyanın paytaxtı Vyanaya yola düşüblər.
Orada bir sıra tədbirlərlə yanaşı, noyabrın 13-də yazıçının yaradıcılığından bəhs edəcək ədəbi verilişdə A.Məsudun “Dahi” və “Sərçələr” hekayələri alman dilində səsləndiriləcək, dinləyicilərlə yazıçı arasında canlı bağlantılar təşkil olunacaq. Həmçinin bəstəkar Vaqif Gərayzadənin əsərləri öz [...]