Mən əvvəllər daha çox ermənilərin məskunlaşdığı Zavaqzalnidə qalıram. Bura Dəmiryol vağzalının arxasında yerləşdiyindən, adına hələ sovetlər vaxtından “Zavaqzalni” deyirlər.
Qoca sakinlərimiz deyir ki, bura “Zavaqzalni” adını ermənilər verib.
Qarabağ müharibəsinə qədər bizim də məhəlləmizdə çoxlu erməni yaşayıb. Müharibə başlayanda buradakılar ora, oradakılar bura pənah gətirib.
Burdan ora pənah aparan ermənilərdən biri də məhəlləmizin köhnə sakini Akop kişi idi. İxtisasca zərgər olan Akop kişini qonşular, xüsusiylə məhəllə uşaqları həmişə xoş xatirələrlə anırlar.

Noy
1
Turxan, Hekayə
Bölmə: Ədəbiyyat | ≅ 6 şərh var
Noy
1
Aslan Quliyev, Hekayə
Bölmə: Ədəbiyyat | ≅ 6 şərh var
Çox danışdı, bacardığı qədər etiraz elədi, qız bəyənmək-filan nədi, hansı dövrdü, hansı zəmanədi? Ali təhsilli müəlliməm, tay-tuş içinə çıxa, şagirdlərimin gözünün içinə baxa bilmərəm! Mənim qəlbim qalıb sahil parkındakı söyüd ağacının dibində, orda guppa-gupla vurur, guppultusu dənizin səsini belə batırırsa, burda, dağ başında necə qız bəyənə bilərəm? Nənəsi isə onu eşitmək belə istəmədi, ağlını başına yığ, hədə ilə dedi, məktəbi qurtarıbsan, dərs deyirsən, nəyi gözləyirik? Qız yıxılan evin dirəyidi, oxumuş qızdı, xəstəxanada həkim işləyir, gözəl-göyçək, su sonası! Sizi özbaşınıza qoysaq, ömrünüzün sonuna kimi subay qalarsız. Davamı…








